Ləyaqət hücrəsi (film, 2011)
Ləyaqət hücrəsi — rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən sənədli televiziya filmi.
== Məzmun ==
Filmdə böyük Azərbaycan yazıçısı və dramaturqu İlyas Əfəndiyevin həyat və yaradıcılığından söhbət açılır.
== Film haqqında ==
Film ""Kənddən məktublar"ın ədəbiyyat körpüsü", "Teatrla İlyas Əfəndiyevin nağılı", "Siz həmişə bizimləsiniz", "Unuda bilmərik…", "Məhv olmayan gündəliklər", "Geriyə müdrik baxışlar", "Dünya dünya içində", "Babalıq kürsüsü" adlanan hissələrdən ibarətdir.
Filmdə Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunmuşdur.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Ssenari müəllifi: İlham Rəhimli
Quruluşçu rejissor: Tariyel Vəliyev
Quruluşçu operator: Mətləb Yaqubov
Rəssam: Rafael Əsədov
Səs rejissoru: Ceyhun Ağayev
Montaj: Yaqub Həsənov
Assistentlər: Elnurə Kazımova, Gülnarə İlham, Mikayıl Əjdəroğlu, İsfəndiyar Nağıyev, Elşən Rafiqoğlu, Əliabbas Qasımov
Geyim ustası: Reyhan Əliyeva
İnzibatçı: Məlahət Əhməd
Mətni oxuyanlar: Laləzar Mustafayeva, Elşən Rüstəmov
Direktor: Sahib Heybətov
=== Rollarda ===
İlyas Əfəndiyev
Timuçin Əfəndiyev
Mətanət Atakişiyeva
Elnur Hüseynov
== İstinadlar ==
== Mənbə ==
Vahid, T. "Ləyaqət hücrəsi": [AzTV-də rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən eyniadlı sənədli televiziya filminin təqdimatı] //Mədəniyyət.- 2012.- 4 aprel.- S. 5.