hərbi-diplomatik

hərbi-diplomatik
hərbi-dəniz
hərbi-hava
OBASTAN VİKİ
Diplomatik immunitet
Diplomatik immunitet — xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu. Diplomatik immunitet beynəlxalq hüququn ümumi qaydasından (hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar və əşyalar üzərində yurisdiksiyasını həyata keçirir) istisnadır. Müasir mənada diplomatik immunitet 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Diplomatik immunitet konsepsiyasının əksər prinsipləri hazırda adət hüququ kimi tətbiq olunur. Müvafiq konsepsiya dövlətlərarası əlaqələrin, xüsusilə də siyasi qarşıdurmalar və silahlı münaqişələr dövründə qorunub saxlanması məqsədilə inkişaf etdirilmişdir. Formal olaraq dövlətin suverenliyini təmsil edən diplomatlara qəbul edən dövlətin başçısı tərəfindən diplomatın öz vəzifələrini effektiv icra etməsi üçün müəyyən imtiyaz və üstünlüklər verilir. Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazlar iki qrupa bölünür: dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları; şəxsi immunitet və imtiyazlar. Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nümayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir. Şəxsi immunitet və imtiyazlara isə əsasən şəxsi toxunulmazlıq, iqamətgahın, şəxsi kağız və yazışmaların, əmlakın toxunulmazlığı, yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, gömrük imtiyazları aiddir. == Diplomatik immunitetin nəzəri əsaslandırılması == Diplomatiya hüququnun tarixi inkişafı mərhələlərinə uyğun olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüşdür.
Diplomatik protokol
Diplomatik protokol - beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələr və şərtlərin toplusu. Lakin bütün sadalananlar heç bir dövlətin özunəməxsus adətlərini və milli ənənələrini inkar etmir. Beynəlxalq təşkilatlarda üzvlük, zirvə toplantıları, beynəlxalq konfranslar və s. diplomatik prokolsuz keçinə bilməz. "Protokol" - yunan dilindəki protokollon sözündən götürülüb, "protos" - birinci, "kollo" - yapışdırmaq deməkdir. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasında təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçıların siyahısı göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibatı və arxivləşdirilməsi qaydası başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayışlari ilə əlaqəli şəkildə işləməyə başladıqda, sənədlərin tərtibatı ilə yanaşı özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladı. Diplomatik protokolun tələblərinə erinasızlıq, ən xırda ehtiyatsızlıq bəzən dövlətlər arasındakı əlaqələrin kəsilməsi, hətta müharibə şəraitinin yaranması ilə müşahidə oluna bilir. Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür.
Diplomatik psixologiya
Kitabda adi həyatdan tutmuş siyasətə və hərbiyyəyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir; Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə "oxumaq", ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansısa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir. İkinci hissədə – konkret olaraq siyasət və hərbiyyədə istifadə olunan diplomatik manevr və fəndlərin texnologiyalarından bəhs olunur: Rəqib cəbhəsinin əsgər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, beynəlxalq siyasətdə və ümumən siyasətdə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Metodika dünya psixologiyasında analoqa malik deyil. Kitab xüsusi idarələr, diplomatlar, siyasətçilər, politoloqlar, hərb strateqləri, pedaqoqlar, psixoloqlar və ümumiyyətcə, praktik psixologiya ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Kitab ABŞ-nin Konqress kitabxanasına daxil edilib.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. == Haqqında == Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Diplomatik İnqilab
Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi. == Düşmənliklər == === İngiltərə- Fransa === İngiltərə — Fransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi. === Avstriya-Prussiya === Avstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı. == Köhnə ittifaqlar == === İngiltərə — Avstriya === İngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi.
Diplomatik nota
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti. Etiraz məktubu notanın mənfi növüdür.
Diplomatik hüquq
Diplomatik hüquq — bu daimi və müvəqqəti diplomatik nümayəndəlikləri tənzimləyən beynəlxalq hüquq sahəsidir. Diplomatik hüququn əsas anlayışı dövlət toxunulmazlığından irəli gələn diplomatik toxunulmazlıqdır. Diplomatik hüququn əsas elementləri diplomatik personalın toxunulmazlığı, diplomatik nümayəndəliyin və onun ərazisinin toxunulmazlığı, habelə diplomatik yazışmaların və diplomatik göndərişlərin təhlükəsizliyidir. O, həm də beynəlxalq adət-ənənələrin hamılıqla qəbul edilmiş prinsipidir və ölkələr arasında praktiklik kimi qəbul edilir. Diplomatik hüquq çox vaxt dövlətlər tərəfindən ciddi şəkildə tətbiq edilir, çünki o, qarşılıqlılıq əsasında fəaliyyət göstərir. Məsələn, bir ölkə başqa ölkədən diplomatlarını qovubsa, o zaman onun diplomatlarının da digər ölkədən qovulma ehtimalı var. == Diplomatik toxunulmazlıq == Diplomatik hüququn ən əsas qaydası diplomatik agentin şəxsiyyətinin toxunulmaz olmasıdır. Göndərən dövlətin yurisdiksiyasından heç bir toxunulmazlıq olmasa da, diplomatlar saxlanıla və ya həbs edilə bilməz. Diplomatın törətdiyi iddia edilən cinayətlərə görə qəbul edən dövlətin yeganə çıxış yolu onu persona non qrata elan etməkdir. Bu da adətən diplomatın dövlət ərazisini tərk etməli olması deməkdir.
Diplomatik korpus
Diplomatik korpus — müəyyən bir ölkə və ya qurumda akkreditə olunmuş xarici diplomatların kollektiv orqanı. Diplomatik korpus bir ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, diplomatik nümayəndəliklərinin rəhbərləri və digər diplomatik şəxslərdən ibarət qrupdur. Diplomatik korpus ölkələrarası əlaqələri tənzimləyən əsas qurumlardan biridir və adətən bir ölkənin paytaxtında yerləşir. Diplomatik korpusun üzvləri beynəlxalq hüquqla qorunur və onlara xüsusi imtiyazlar və toxunulmazlıq hüquqları verilir. == Diplomatik korpusun dekanı == Diplomatik korpusa, ölkədə ən uzun müddət fəaliyyət göstərən səfir başçılıq edir və ona "duayen" deyilir. Bu şəxs, diplomatik korpusun ümumi maraqlarını təmsil edir və vacib diplomatik tədbirlərdə xüsusi rol oynayır. Diplomatik korpusun üzvlərinin əsas vəzifəsi təmsil etdikləri ölkə ilə yerləşdikləri ölkə arasında rəsmi əlaqələri idarə etmək və inkişaf etdirməkdir. Diplomatik korpusun fəaliyyətini ümumilikdə diplomatik protokollar və beynəlxalq konvensiyalar, xüsusən də 1961-ci il Vyana Konvensiyası tənzimləyir.
Diplomatik yazışmalar
Diplomatik yazışmalar — dövlətlər arasında münasibətlərin həyata keçirildiyi diplomatik xarakterli müxtəlif növ yazışmaların və sənədləşmələrin məcmusu. Diplomatik sənədlərin dili dövlətin xarici aləmlə ünsiyyət bağladığı dildir. Bu sənədlər rəsmi dövlət sənədi kimi bütövlükdə dövlətin xarici siyasət xəttini əks etdirir. Diplomatik yazışmalar dövlətlərarası münasibətlərin idarə edilməsi, anlaşmaların əldə olunması, problemlərin həlli və digər beynəlxalq məsələlərin müzakirəsi məqsədi ilə həyata keçirilir. Diplomatik yazışmaların əsas məqsədi iki və ya daha çox dövlət arasında əlqələri tənzimləmək və inkişaf etdirməkdir. Onlar rəsmi protokol çərçivəsində, xüsusi üslub və qaydalara uyğun olaraq tərtib olunur. == Tarixi == XIV əsrdə xristianlıq dövründən əvvəl mövcud olan beynəlxalq münasibətləri aydın şəkildə əks etdirən, bizə gəlib çatan ən qədim diplomatik yazışmaları El-Amarna məktubları adlandırmaq olar. == Şəxsi nota == Şəxsi nota müraciət formulu ilə başlanır və hörmət formulu ilə tamamlanır. Şəxsi nota özündə vacib hadisə haqqında informasiya verir. Diplomatik yazışmanın bu növü birinci şəxs adından tərtib olunur.
Diplomatik kabel
Diplomatik kabel — diplomatik mesaj və ya diplomatik göndəriş. Diplomatik nümayəndəlik, həm səfirlik, həm də konsulluq, həm də ki, Xarici İşlər Nazirləri ilə mübadilə edilən məxfi mesajlardır. Bu yazışmalar beynəlxalq münasibətlər, xarici siyasət, iqtisadi, hərbi və ya digər mühüm məsələlərlə bağlı məlumatları əks etdirir. Diplomatik kabel çox vaxt məxfi və ya gizli statusa malik olur, çünki burada mühüm məlumatlar, danışıqların detalları və ya hökumətin xarici siyasətlə bağlı strategiyaları əks olunur. Onlar ənənəvi olaraq şifrələnmiş formalarda göndərilir, amma müasir dövrdə e-poçt və digər təhlükəsiz rabitə vasitələri də istifadə olunur. 2000-ci illərin sonunda "Wikileaks" adlı təşkilat tərəfindən bir sıra ABŞ diplomatik kabellərinin sızdırılması beynəlxalq mediada böyük müzakirələrə səbəb olmuşdu.
Diplomatik çanta
Diplomatik çanta — beynəlxalq hüquqda və diplomatiyada xüsusi bir konteyner. Bundan diplomatik missiyalar tərəfindən rəsmi sənədlərin və ya əşyaların daşınması üçün istifadə olunur. Diplomatik çanta toxunulmazlıq statusuna malikdir və gömrük və ya digər yoxlamalara məruz qalmır. Bu çantanın içindəki əşyalar diplomatik missiyaların və ya hökumətlərin rəsmi məqsədləri üçün istifadə olunur və onun məxfiliyi təmin edilir. Çanta, ya möhürlənmiş konteyner, ya da çanta şəklində olur və diplomatik daşıyıcı tərəfindən aparılır. Diplomatik çanta Vyana Konvensiyasına uyğun olaraq qorunur və toxunulmaz sayılır, çünki onun məzmunu dövlətlərarası rəsmi yazışmaların təhlükəsizliyini təmin edir. == Vəzifələri == Diplomatik çantanın vəzifələri və funksiyaları beynəlxalq hüquq və diplomatik praktikalarda mühüm əhəmiyyət daşıyır. Məxfi yazışmaların daşınması, rəsmi sənədlərin ötürülməsi, hökumətə məxsus əşyaların daşınması, təhlükəsizlik və toxunulmazlıq, diplomatik əlaqələrin fasiləsizliyini təmin etmək diplomatik çantanın vəzifələri sırasındadır. Diplomatik çanta diplomatik missiyalar arasında dövlətlərarası rəsmi və məxfi yazışmaların təhlükəsiz şəkildə göndərilməsi üçün istifadə olunur. Bu, hökumətlər və səfirliklər arasında əlaqənin qorunması məqsədini daşıyır.
Hərbi
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Azərbaycan Diplomatik Akademiyası
"ADA" Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında "ADA" Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
Ermənistanın diplomatik nümayəndəlikləri
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı (erm. Հայաստանի դիվանագիտական ներկայացուցչությունների ցանկ[խմբագրել) Ermənistan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Rusiya, Fransa, İran, ABŞ, Livan, Argentina və Ukrayna kimi erməni diasporunun aktiv olduğu ölkələrdə Ermənistanın səfirlikləri mövcuddur. Ümumilikdə ölkənin 4 qitədə, 42 səfirliyi və 8 konsulluğu mövcuddur. Dağlıq Qarabağın işğal edilməsinə görə Ermənistan Pakistan tərəfindən müstəqil dövlət kimi tanınmır.
Azərbaycanın diplomatik nümayəndəlikləri
== Avropa ==
Hərbi And
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Hərbi Nəşriyyat
Hərbi Nəşriyyat
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Hərbi bilet
Hərbi bilet — Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Silahlı qüvvələrə və hərbi xidmətə çağırış vaxtı vətəndaşa verilən sənəddir. == Haqqında == === İtirilməsi === Vətəndaş ilk öncə şəhər və rayon polis idarələrinin nəzdində fəaliyyət göstərən Tapıntı Bürosundan hərbi biletinin itirməsi ilə bağlı arayış almalıdır: "Vətəndaş əgər işləmirsə məşğulluq idarəsindən arayış gətirməlidir. Eyni halda yerli MİS-dən arayış, şəxsiyyət vəsiqəsinin sürəti və 2 şəkil tələb edilir." Hərbi biletin itirilməsinə görə isə vətəndaş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 355 maddəsinə görə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə — xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilir.
Hərbi blokada
Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər: dövlətlər; şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər; böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr; iqtisadi rayonlar; adalar; boğazlar, körfəzlər; hərbi-dəniz bazaları, limanlar. Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır. == Həmçinin bax == Kobani blokadası; Leninqradın mühasirəsi. == Mənbələr == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Hərbi cinayətlər
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir. Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. == Müharibə cinayətlərinin siyahısı == Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması; Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik; Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi; Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Hərbi demokratiya
Hərbi demokratiya — Hərbi demokratiyanın mahiyyəti hakimiyyətin ancaq müharibə vaxtı üçün təşkil olunmasındadır. Başçılar krallar, basilevslər, xaqanlar adətən müharibə vaxtı üçün seçilirdilər, dinc vaxtı isə ağsaqqallar idarə edirdi. Hərbi demokratiya nümunəsini məsələn türklərdə atdan düşmədən adlanan quruluşda görmək olar. Müharibə vaxtı hakimiyyətə yiyələnən başçılar dinc vaxtı hakimiyyəti əldən verməmək üçün, daimi müharibələrdə maraqlı idilər. Hərbi demokratiya terminini elmə L. Morqan gətirmişdir. Hərbi demokratiya Homer dövründə (e.ə. 12–9-cu əsrlərdə) yunanlarda və çarlıq dövründə romalılarda (e.ə. 8–6-cı əsrlər) skiflərdə, keltlərdə, qədim germanlarda, normanlarda mövcud olmuşdur. Homerin İlliadasında baş verən Axilleslə Aqamemnon arasındakı mübahisə hərbi demokratiyanın daxili inkişafı nəticəsində müvəqqədi hakimiyyətdən daimi hakimiyyətə keçid əsnasını göstərir. Aqamemnon müvəqqəti başçıdır, lakin o hakimiyyəti əldən vermək istəmir, buna görə də müharibənin qızışdırılmasında maraqlıdır.
Hərbi diplomatiya
Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.
Korpus (hərbi)
Korpus — 3-4 diviziyadan ibarət olan hərbi vahiddir. Korpuslar birləşərək ordunu yaradırlar və general-leytenant və Vitse-admiral tərəfindən idarə olunurlar. Tabeçiliyində ən az 40.000 əsgər saxlayar. Bölgəni müdafiə etməsində təsirlidir, korpus olaraq çox seyrək əməliyyat edərlər. Ümumiyyətlə ordu qərargahından gələn əmrlə diviziyaları vəzifə yerinə yetirər.

Значение слова в других словарях