Zaqafqaziya ilişgəni
Zaqafqaziya ilişgəni (lat. Cobitis satunini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü.
Adi ilişgən Şərqi Avropa, Sibir, Primorye, Saxalinin çaylarında, Amur hövzəsində yayılmışdır. Zaqafqaziyada bir yarımnöv-Zaqafqaziya ilişgəni yaşayır. O, həmçinin Azərbaycanda Kürün aşağı hissələrində, Alazan, Qarqar, Əkərə, Göndələn, Lənkəran, Astara çaylarında yayılmışdır.
Burnu kəsikdir. Alt dodağı ikipərlidir və hər pər iki hissəyə bölünmüşdür. Rəngi açıq sarıdır. Bədənin yuxarı hissəsində bəzən bütöv zolaq əmələ gətirən, nadir hallarda isə olmayan 9-16, böyürlərində isə 10-19 qonur xal olur. Bu cür xallar quyruq (5-8 sıra) və bel üzgəclərində də olur, qalan üzgəclərdə isə olmur.