İNANMAK
İNCE
OBASTAN VİKİ
İNaturalist
iNaturalist — vətəndaş elmi (tam, yaxud qismən həvəskar alimlər (qeyri-peşəkar) tərəfindən aparılan elmi araşdırmalar) layihəsi və Yer kürəsində biomüxtəlifliyin müşahidəsi üzrə mübadilə konsepsiyası əsasında qurulmuş təbiətşünasların, həvəskar alimlərin, bioloqların onlayn sosial şəbəkəsindən ibarətdir. iNaturalist-ə onun veb-saytından və mobil əlavəsindən daxil olmaq olar. iNaturalist-in köməyilə yazılmış müşahidələr elmi-tədqiqat layihələri, təbiəti mühafizə agentlikləri, digər təşkilatlar və ictimaiyyət üçün qiymətli məlumatlardır. Bu layihə "təbiətşünaslıq üzrə mobil tətbiqlərin bayraqdarı" adlandırılmışdır.