Akustik interferometr
Akustik interferometr — düzgün səs dalğaları uzunluğunun (
λ
{\displaystyle \lambda }
) ölçülməsinə əsasən maye və qazlarda səsin sürətini təyin etmək üçün qurğu. Akustik interferometr prinsipcə səs mənbəyindən (reproduktor, telefon, pyezoelement və s.) və səs dalğalarının qarşısında, mənbədən
l
{\displaystyle l}
məsafədə qoyulan reflektordan ibarətdir. Mühitdə səs mənbəyi ilə reflektor arasında durğun dalğalar yaradılır. Onların dalğa uzunluğunu (λ) müxtəlif üsullarla ölçərək,
c
=
λ
f
{\displaystyle c=\lambda f}
düsturundan səsin sürətini təyin edirlər (
f
{\displaystyle f}
– mənbəyin buraxdılığı səs rəqslərinin təzyiqidir). Akustik interferometrdən, əsasən, ultrasəs tezliklərində istifadə olunur. Belə akustik interferometrdə səs mənbəyi pyezoelektrik şüalandırıcılarıdır.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Inoue N, Hirai M, Hasegawa T, Matsuzawa K. "A new ultrasonic interferometer for velocity measurement in liquids using optical diffraction". J. Phys. D: Appl. Phys.