interferometr 2021

interferometr
interferensiya
interfeys
OBASTAN VİKİ
Akustik interferometr
Akustik interferometr — düzgün səs dalğaları uzunluğunun ( λ {\displaystyle \lambda } ) ölçülməsinə əsasən maye və qazlarda səsin sürətini təyin etmək üçün qurğu. Akustik interferometr prinsipcə səs mənbəyindən (reproduktor, telefon, pyezoelement və s.) və səs dalğalarının qarşısında, mənbədən l {\displaystyle l} məsafədə qoyulan reflektordan ibarətdir. Mühitdə səs mənbəyi ilə reflektor arasında durğun dalğalar yaradılır. Onların dalğa uzunluğunu (λ) müxtəlif üsullarla ölçərək, c = λ f {\displaystyle c=\lambda f} düsturundan səsin sürətini təyin edirlər ( f {\displaystyle f} – mənbəyin buraxdılığı səs rəqslərinin təzyiqidir). Akustik interferometrdən, əsasən, ultrasəs tezliklərində istifadə olunur. Belə akustik interferometrdə səs mənbəyi pyezoelektrik şüalandırıcılarıdır. Inoue N, Hirai M, Hasegawa T, Matsuzawa K. "A new ultrasonic interferometer for velocity measurement in liquids using optical diffraction". J. Phys. D: Appl. Phys.