İRƏMƏ

I
(Kürdəmir)
rəf. – İrəmədə qabqaşığ saxleyıllar
II
(Xanlar)
xam yer
III
(Cəbrayıl, Goranboy, Qazax, Tərtər, Tovuz, Yevlax, Zəngilan)
1. otlaq (Goranboy)
2. su çıxmayan dərə-təpəlik (Qazax, Tərtər, Tovuz, Yevlax). – Ə:, niyə qırersan heyvanı bu irəmədə, bir az o yannara aparsaηa otduya (Qazax); – Yo:şan irəmədə çox olor, su çıxmıyan yerdə (Tovuz); – İlan-əğrəb irəmələrdə çox olur (Tərtər)
İRƏLLƏRİ
İRƏMƏLİ
OBASTAN VİKİ
İrəməl dağı
İrəməl dağı (başq. Ирәмәл) — Cənubi Uralda hündürlüyünə görə ikinci ən böyük dağ. Zirvə Başqırdıstan Respublikası Uçalı rayonunun şimal-qərbində, Belores rayonun şimal-şərqində yerləşir. Başqırdıstanın şərqində, Cənubi Ural dağlarının ən hündür zirvəsi olan Yamantau dağı Böyük İrəməldən 53 km şimal-qərbdə yerləşir. Dağ öz növbəsində iki zirvəli bir massivdir: Böyük İremel Qaban adlı platoyabənzər zirvə, hündürlüyü 1582,3 m; Kiçik İremel, hündürlüyü 1449,4 metr. Zirvələr öz növbəsində eni 1 km, hündürlüyü 1200—1250 metr olan sahə ilə ayrılırlar. Uzunluğu şimal-şərqdən cənub qərbə 12 km, şimal-qərbdən cənub-şərqə 8 km təşkil edir. Dağın yaxınlığından Tıqın, Sinyak, Böyük Avnyar, Karaqayka və Tyulyuk çayları axır. Bu çaylar öz növbəsində Ağidel çayının qollarıdır. Bu çay öz başlanğıcını Avalyak silsiləsindən götürür.

Значение слова в других словарях