İssa Botaşlanı
İssa Botaşlanı və ya İssa Botaşov (qaraç.-balk. Боташланы Жарахматны жашы Исса: 6 sentyarb 1925, Gündələn, Nalçik dairəsi, RSFSR - 7 oktyabr 1991 Nalçik, RSFSR, SSRİ ) ― balkar şair, dramaturq, maarifçi. RSFSR əməkdar incəsənət xadimi, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti. Səhnə incəsənətinin təşkilatçısı, balkar dramaturgiyasının yaradıcılarından biri, balkar ədəbiyyatının klassiki, balkar poeziyasının və mahnı mədəniyyətinin inkişafına böyük töhfələr verib.
İssa Botaşlanı 1925-ci ildə Köndələn kəndində kəndli ailəsində anadan olub. 1941-ci ildə kənd məktəbini bitirib, biçinçi kimi işləməyə başlayıb. Sonradan isə kənddə olan kolxozda qeydiyyatçı işləyib. 1942-ci ildən 1943-cü ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının Elbrus rayon komitəsində təlimatçı kimi fəaliyyət göstərib. 1944-cü ilin mart ayına qədər Balkar Dram Teatrının artisti olub. Balkarlar sürgün edildikdən sonra Orta Asiyada yaşamağa başlayıb.