İTAƏTSİZ

s. disobedient, recalcitrant; rebellious; unruly; ~ uşaq disobedient child

İTAƏTLİLİK
İTAƏTSİZLİK
OBASTAN VİKİ
İtaətsizlik (film, 2017)
"İtaətsizlik " (ing. Disobedience) — 2017-ci ildə rejissor Sebastyan Lelionun özü və Rebekka Lenkieviç tərəfindən yazılmış ssenari əsasında çəkdiyi Böyük Britaniya, İrlandiya və ABŞ dram filmidir. Filmin ssenarisi Naomi Eldermanın eyni adlı əsəri əsasında yazılmışdır. Filmdə əsas rolları Reyçel Vays, Reyçel Makadams və Alessandro Nivola canlandırmışlar. Filmin dünya premyerası 10 sentyabr 2017-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. ABŞ-də film "Bleecker Street" şirkəti tərəfindən 27 aprel 2018-ci ildə, Böyük Britaniyada isə "Curzon Artificial Eye" şirkəti tərəfindən 24 avqust 2018-ci ildə çıxarılacaq. Reyçel Vays — Ronit Kruşka Reyçel Makadams — Esti Kuperman, Dovidin həyat yoldaşı Alessandro Nivola — Ravvin Dovid Kuperman, Estinin həyat yoldaşı Bernardo Santos və Conatan Şey — Gənc Dovid Anton Lesser — Rav Kruşka Bernis Stecers — Fruma xala Allan Korduner — Moşe dayı Nikolas Vudison — Ravvin Goldfarb Liza Sadov — Rebbetzin Goldfarb Klara Frensis — Hinda Mark Stobbart — Lev Karolin Qruber — Hanna Şapiro Aleksis Zegerman — Riuka 29 sentyabr 2016-cı ildə Reyçel Vaysın Naomi Aldermanın romanının ekranlaşdırılmasında rol alacağı və prodüser kimi iştirak edəcəyi elan edilir. Sebastyan Lelionun özü və Rebekka Lenkieviç tərəfindən yazılmış ssenari əsasında çəkdiyi filmə həm də Ed Giney və Frida Torresblanko prodüserlik edirlər. 4 oktyabr 2016-cı ildə Reyçel Makadams filmin aktyor heyətinə qoşulur. 7 dekabr 2016-cı ildə isə Alessandro Nivolanın filmdə Madamsın personajının həyat yoldaşını canlandıracağı məlum olur.
Elektron vətəndaş itaətsizliyi
Elektron vətəndaş itaətsizliyi, həmçinin kibervətəndaş itaətsizliyi və ya kiberitaətsizlik — iştirakçıların öz hərəkətlərini həyata keçirmək üçün informasiya texnologiyalarından istifadə etdikləri hər hansı bir vətəndaş itaətsizliyi. Elektron vətəndaş itaətsizliyi adətən kompüterləri və interneti əhatə edir, haktivizim kimi də tanınır. Elektron vətəndaş itaətsizliyinin ümumi forması DDoS-in müəyyən bir hədəfə qarşı koordinasiyasıdır. Bu, virtual oturaq aksiya kimi də tanınır. Bu cür virtual oturaq aksiyalar Elektron Narahatlıq Teatrı və Hekleb kimi haktivist qruplar tərəfindən internetdə elan edilir. Kompüterləşdirilmiş aktivizm siyasi-ictimai hərəkatların və kompüter vasitəçiliyi ilə kommunikasiyanın kəsişmə nöqtələrində mövcuddur. == Mənşəyi == "Elektron vətəndaş itaətsizliyi" termini 1996-cı ildə "Electronic Civil Disobedience: And Other Unpopular Ideas" adlı araşdırmasında taktiki media sənətçiləri və praktiki kollektivi olan Critical Art Ensemble-ın (CAE) tənqidi yazılarında işlənmişdir. Elektron vətəndaş itaətsizliyi ilkin olaraq 1848-ci ildə "Vətəndaş itaətsizliyi"ni nəşr etdirən amerikalı şair Henri Devid Toro tərəfindən irəli sürülən qeyri-zorakı, lakin pozucu etiraz təcrübələrini davam etdirməyə çalışır. == Haktivizm == Elektron vətəndaş itaətsizliyi və haktivizm termini sinonim kimi istifadə edilə bilər. Bəzi şərhçilərə görə, elektron vətəndaş itaətsizliyinin haktivizmdən fərqi burada aktyorların adlarını gizlətməməsidir.

Значение слова в других словарях