itib-batan

itib-batan
itiaxma
itib-batma
OBASTAN VİKİ
Batan adası
Batan adası (ing. Batan Island) — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətinə (Kaqayan vadisi regionu, Filippin) aiddir. Sahəsinə görə Filippində yerləşən 43-cü adadır. == Coğrafiyası == Batan adası cənub-qərbdən şimal-şərqə qədər 19 kilometr uzunluğa malikdir. Adanın eni 2 kilometrdən 5 kilometrə qədər dəyişə bilir. Sahəsi 95,18 km²-dir. Adanın ən yüksək nöqtəsi — İraya dağıdır. Dağ 1009 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Son dəfə 1454-cü ildə püskürmüşdür.
Batan günəş
Batan günəş (斜陽, Şuyo) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1947-ci ildə nəşr olunmuş roman. İkinci Dünya müharibəsindən sonra tənəzzüldə olan və böhran yaşayan aristokratik ailədən bəhs edir. Dazainin başlıca əsərlərindən biridir. == Məzmun == 29 yaşlı Kazuko, qardaşı Naoci və onların dul qalmış anası İkinci Dünya müharibəsindən sonra Tokioda yaşayan yoxsul aristrokratik ailənin üzvləridir. Kazuko evli olmuş olsa da, bir rəssamla münasibətdə olduğu iddiasına görə boşanmış, ailəsinin evinə qayıtmış və uşağı ölü doğulmuşdur. Sakit okean müharibəsinə göndərilmiş Naoci itkindir. Kazuko evin bağındakı ilan yumurtalarını gürzə yumurtaları zənn edərək yandırdığını xatırlayır. Məlum olur ki, Kazukonun atası ölərkən evin ətrafında bir çox ilan var idi. Kazuko və anası Vada dayının köməyi ilə İzu yarımadasındakı bir evə köçürlər. Kazuko anasına dəstək olmaq üçün fermada işləməyə başlayır.