itmə

itmə
itmam 2021
itmək
OBASTAN VİKİ
Entonet Kayeditonun itməsi
Entonet Kristin Kayedito (ing. Anthonette Christine Cayedito; 25 dekabr 1976, Qallap[d], Nyu-Meksiko) — 6 aprel 1986-cı ildə Nyu-Meksika ştatının Qallap şəhərindəki evindən itən amerikalı qız. == Haqqında == Kayedito 25 dekabr 1976-cı ildə Amerikada ən böyük yerli xalq Navajo xalqından olan Penni Kayedito (1952–1999) və italyan-ispan mənşəli ata olan Entoni Montoyanın (1951–2012) ailəsində anadan olub. Valideynləri boşandıqdan sonra Entonet, həmçinin kiçik bacıları-Vendi və Sedi anaları tərəfindən Nyu-Meksika ştatının Qallap şəhərində böyüdülər. == İtkin düşməsi == Kayedito 6 aprel 1986-cı ildə səhərin erkən saatlarında ABŞ-nin Nyu-York ştatının Qallap şəhərindəki 66 nömrəli marşrut yolundakı evində itkin düşdü. Həmin axşam Kayeditonun anası Penni yerli bir barda dostları ilə birlikdə idi, Entonet isə bacıları-Vendi və Sedi ilə bir yerdə bir dayə ilə birlikdə idi. Penni gecə yarısı evə gəldi və dayəni evinə göndərdi. Vendinin dediyinə görə, gecə saat 3 radələrində qapı döyüldü. Qızların ikisi də həmin vaxt oyaq idi və Entonet qapıya tərəf getdi. Onların kim olduğunu soruşduqda qapını döyən özünü "Co əmi" kimi təqdim etdi.
LiAnna Uornerin itməsi
LiAnna Uorner (ing. LeeAnna Susan Marie Warner; d. 21 yanvar 1998 - itkin düşüb 14 iyun 2013, Minnesota, Çizolm) — qaçırılan və qətl hadisəsi ilə 14 iyun 2003-cü ildə Minnesota Çizolm şəhərindən itkin düşən bir qız. İtkin düşdüyü gün LiAnna axırıncı dəfə bir dostunun evindən evə 5:00 - 5:15 arası gedərkən görüldü. Sonuncu dəfə ikinci və ya üçüncü küçənin cənub-qərbində görüldü. O, itkin düşəndə 5 yaşında idi. LiAnnanın qaçırıldığına dair hər hansı bir sübut olmasa da, polis bunun daha real bir variant olduğunu iddia edərək sadəcə gəzdiyi təqdirdə onu tapacaqlarına inanırdılar. Bu illər ərzində polis 1700-dən çox nişanə tapdı. Ancaq çox az dəlil ilə onlar heç vaxt konkret şübhəlini tapa bilmədilər. LiAnna bu vaxta qədər tapılmadı və onun işi həll olunmamış qalır.
Morqan Nikin itməsi
Morqan Çantel Nik (ing. Morgan Chauntel Nick; d. 12 sentyabr 1988, ABŞ, Arkanzas, Alma - itkin düşdü 9 iyun 1995, ABŞ, Arkanzas, Alma) – Kiçik Beysbol Liqası oyununda oğurlanmış amerikalı qız. Morqanın anası insanlara itkin düşmüş övladlarını tapmağa kömək edən Morqan Nik Fondunu yaratmaqla tanınmışdır. 9 iyun 1995-ci ildə Morqan Nik və anası Kollin Nik Arkanzas ştatının Alma şəhərində Kiçik Beysbol Liqası oyununa getdilər. Saat 10:30 radələrində Morqan anasından dostları ilə birlikdə işıldaböcəyi tuta biləcəyini soruşdu. Əvvəlcə anası tərəddüd etdi, lakin sonda icazə verdi. O, sonuncu dəfə dostları tərəfindən 10:45 radələrində anasının maşının yanında tək başına ayaqqabılarından qumu boşaldarkən göründü. Dostları isə ondan bir neçə metr kənarda ayaqqabılarını təmizləyirdilər. Morqanın dostları ayaqqabılarını geyinərkən Morqanla söhbət edən xoşagəlməz bir adam gördüklərini bildirdilər.

Значение слова в других словарях