İŞIQOTU

сущ. бот. дагъдин чкайра, чӀурара, валара экъечӀдай са хъач.
İŞIQLIQ
İŞIQÖLÇƏN
OBASTAN VİKİ
İşıqotu
İşıqotu (lat. Luzula) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin cığkimilər fəsiləsinə aid bitki cinsi.
Forster işıqotu
Forster işıqotu (lat. Luzula forsteri) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin cığkimilər fəsiləsinin i̇şıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-40 sm olan çoxillik çimli bitkidir. Gövdəsi düzdür, qaidə hissəsində tünd-qırmızı-bənövşəyi rəngli qın geyinmişdir. Yarpaqları xətvari, yastı, sivriləşmişdir, eni 1,5–5 mm-dir, qının kənarları və ağız hissəsi uzun tüklüdür. Çiçək qrupu çəturşəkillisüpürgəvaridir; çiçək qrupunun budaqları nazikdir, çiçəkləmədən sonra üzüyuxarı dik qalxandır; çiçəkaltlığının yarpağı çiçək qrupundan qısadır. Çiçəkləri təkdir; çiçəkaltlıqları yumurtaşəkilli, sivri, qırmızımtıl rənglidir, demək olar ki, çiçək yanlığının yarısına bərabərdir. Çiçək yanlığının yarpaqcıqları neştərvaridir, eynidirlər və ya daxildəkilər bir qədər uzundurlar, qılcıqvari sivriləşmiş, şabalıdı rəngdədir, kənarlardan ensiz-ağ pərdəlidir. Qutucuq enli yumurtaşəkillikonusvari, sarımtıl-yaşıl rəngli, sivriləşmiş və çiçək yanlığının yarpaqcıqlarına bərabər və ya ondan qısadır. Toxumları uzunsovyumurtaşəkilli, qırmızımtıl-qəhvəyi rəngli, xırda olub, qısa düz törəmələri vardır və kütdür.

Значение слова в других словарях