Jagd

die; -, -en 1. ov gəmişdirmə, şikar; auf die ~ gehen ova çıxmaq, şikara getmək; 2. (Verfolgung) təqib etmə; ~ machen auf A -in dalınca qaçmaq, təqib etmək, izləmək
Jackett
Jagdbeute
OBASTAN VİKİ
Jagdpanther
Jagdpanther (“Hunting Panther”) Nasist Almaniyası ordusu Wehrmacht tərəfindən İkinci Dünya müharibəsi dövründə istifadə edilmiş və Panther tank şassisi üzərində hərəkət edən tank ovçusu. Hərəkət mənzili 250 km, maksimum sürəti saatda 46 km, dayandırma sistemi iki təbəqəli bar olmuşdur. Bu ağır sinif tank qatili olan maşın 88 mm Pak 43 top və Panther tank şassisindən ibarət idi. 1942-ci ildə SdKfz 173 adı ilə sifariş edildi. İstehsalına 1944-cü ilin ilk aylarında başlandı və Hitler tərəfindən Jagdpanther (Azərbaycanca → “ovlanan panter”) adlandırıldı. Maşın Tiger II tanklarının əsas silahı olan uzun lüləli 88 mm top və həmçinin mitralyoz kimi də istifadə olunan 7.92 mm MG 34 ilə silahlanmışdı. Tankın ön hissəsi əyri bir zirehlə örtülmüşdü. Jagdpanther tanklarının güc/çəki nisbəti həqiqətən çox yaxşı idi. Vasitənin istifadəsində olan top hər hansı bir müttəfiq tankını asanlıqla məhv edə bilərdi. Jagdpantherin aşağı silueti, nəqliyyat vasitəsinə asanlıqla gizlənmə şansı verir və onun müəyyənləşdirilib vurulmasını çətinləşdirirdi.
Jagdpanzer
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.
Jagdtiger
Jagdtiger (Sd.Kfz.186) (Azərbaycanca ovçu pələng) Nasist Almaniyasının ordusu olan Vermaxt tərəfindən İkinci Dünya müharibəsində istifadə edilmiş “Royal Tiger” tanklarının şassisi üzərində yaradılmış (Almanca Jagdtiger) tank qatilidir. Ayrıca olaraq ikinci dünya müharibəsində istehsal edilmiş olan ən ağır zirehli müharibə maşınıdır. Əsas silahı: 1 x 12.8 sm-lik PaK 44 L/55 (40 mərmi) Köməkçi silahı: 1 x 7.92 mm-lik MG-34 pulemyotu (3300 mərmi) Mühərriki: V-12 Maybach Maybach HL230 Mühərrik gücü: 700 at gücü Mühərriyin güc nisbəti: 9,21 at gücü/ton Asqı təchizatı: yaylı bar. Hərəkət mənzili: 120 km Sürəti: 34 km/saat 305004 seriya nömrəli texnika Böyük Britaniya da (Bovinqton tank muzeyində), 305020 seriya nömrəli texnika ABŞ da (Aberdeen Proving Ground), 305083 seriya nömrəli texnika Rusiya da (Kubinka tank muzeyi) qalmışdır. 150 ədəd Jagdtigers sifariş edilməsinə baxmayaraq sadəcə olaraq 88 ədəd istehsal etmək mümkün olmuşdur. 11 dənəsindən seriya nömrələri 305001, 305003 və 305012 yə qədər olanlar Porsche markalı asqı ilə və geri qalanları isə Henschel markalı asqı ilə istehsal edilmişdir. İstehsalına çox gec başlanan bir texnika olmuşdur. Müharibənin sonuna doğru bir çoxunun istehsalı xammal çatışmazlığına görə tamamlanmadı. Jagdtiger modeli model olaraq çox böyük idi və müttəfiq ordusunun əsgərləri bu texnikandan çox qorxmuşdular. Ancaq bu texnikalar xam maddə və insan gücünün boş-boşuna sərf edilməsinə səbəb olmuşdur.