JUMP

jump1

n 1. atılma, hoppanma, tullanma; sıçrayış; at a ~ bir sıçrayışda; to give / to take a ~ atılmaq, hoppanmaq, tullanmaq; high / long ~ yüksəkliyə / uzunluğa tullanma; parachute ~ paraşütdən tullanma / atılma; 2. sıçrayış, gözlənilmədən / qəfildən yüksəlmə / qalxma; a great ~ forward in technology texnologiyada irəliyə doğru böyük sıçrayış; ~ in prices qiymətlərdə kəskin qabana; 3. id. maneə; The horse fell at the last jump At sonuncu / axırıncı maneədə yıxıldı

jump2

v 1. atılmaq, hoppanmaq, tullanmaq, sıçramaq; to ~ high hündürə tullanmaq; to ~ out of the window / over the wall pəncərədən / divarın üstündən hoppanmaq; to ~ up and down atılıb-düşmək; to ~ up and down for / with joy sevincdən atılıb-düşmək; 2. dik atılmaq; He jumped to his feet as the boss came in Boş içəri girəndə o dik atıldı; 3. məc. keçmək; to ~ from one subject to another bir mövzudan başqasına keçmək; 4. hoppanmağa / tullanmağa məcbur etmək; to ~ a horse (over a fence) atı (hasarın üstündən) hoppanmağa / tullanmağa məcbur etmək; 5. kəskin sürətdə qalxmaq (qiymət, hərarət və s.); The temperature has jumped Temperatur kəskin surətdə qalxıb;

◊ to ~ the queue növbəni pozmaq, növbəsiz almaq (bir şeyi); to ~ at the bait tələyə düşmək; to ~ into one’s clothes tələsik / cəld geyinmək;

◊ to ~ out of the frying-pan into the fire at. söz. ≅ Yağışdan çıxıb yağmura düşmək

JUMBLE
JUMPER
OBASTAN VİKİ
Doodle Jump
Doodle Jump — Xorvatiyanın Lima Sky videooyun şirkəti tərəfindən Windows Phone, BlackBerry, Android, Java Mobile, Nokia Symbian və Xbox 360 kimi platformalar üçün hazırlanan videooyun. İlk dəfə 2009-cu ilin 16 aprelində iOS qurğular üçün buraxılmışdır. Daha sonra oyunun 2 mart 2010-cu ildə Android və BlackBerry üçün, 1 may 2010-cu ildə Symbian üçün, 1 iyun 2011-ci ildə Windows Phone üçün, 1 sentyabr 2011-ci ildə iPad üçün olan versiyaları çıxmışdır. Oyun yaxşı rəylər almışdır. Sunflat Games tərəfindən hazırlanan PaiJump oyununda personajlar və oyunun quruluşu bu oyundan ilhamlanaraq yaradılmışdır. Hazırda oyun 9 platformada oynana bilinir. Doodle Jump App Store-də 4 ay ardıcıl gündə 25.000 dəfə yüklənməsindən sonra məşhurlaşmışdır. iTunes və Google Playdan 10 milyon, ümumilikdə isə 15 milyon dəfə yüklənmişdir. Xorvat İqor və Marko Pusenyak oyunun yaradıcılarıdır. == Oynanılması == Doodle Jump oyununda əsas məqsəd Dudler adlı 4 ayaqlı heyvanı idarə edərək sonsuz davam edən platformalar üzərində düşmədən yuxarı qalxmaqdır.
Ultra Jump
Ultra Jump (yaponca: ウルトラ ジャンプ, Hepbörn: Urutora Janpu) — Yaponiya aylıq seynen manqası jurnalı. Jurnal "Jump" jurnal seriyası çərçivəsində Shueisha nəşriyyatı tərəfindən nəşr olunmaqdadır. Əslində jurnal 1995-ci ildə "Weekly Young Jump" jurnalının xüsusi buraxılışı kimi nəşr olunmuşdu. 19 oktyabr 1999-cu ildə bu xüsusi buraxılış yeni aylıq publikasiyaya çevrilmiş və "Ultra Jump" adını almışdır. Jurnalda nəşr olunmuş manqalar Young Jump Comics Ultra leyblı altında tankobon cildləri şəklində nəşr olunur. == Tarixi == "Ultra Jump" əvvəlcə "Weekly Young Jump" seynen antologiyasının xüsusi buraxılışı kimi "Young Jump: Ultra Special Issue: Ultra Jump" adı ilə nəşr olunurdu və ilk sayı 1995-ci ildə nəşr olunmuşdur. 1999-cu ildə bu buraxılış ayrı publikasiyaya çevrilmişdir və "Ultra Jump" adını almışdır. 19 mart 2008-ci ildə "Ultra Jump" jurnalı jurnalın onlayn spin-offunu yayımlamışdır: "Young Jump: Ultra Special Issue: Ultra Jump" (ヤングジャンプ超増刊ウルトラジャンプ, Yangu Janpu Chō Zōkan Orutora Janpu ). "Ultra Jump Egg" manqa saytında isə jurnalda nəşr olunmayan manqalar yayımlanır. == Xüsusiyyətlər == Jurnal gənclər üçün nəzərdə tutulmuşdur və fentezi və elmi fantastika hekayələrinə üstünlük verir.
Jumper
Jumper ~ перемычка ~ atlatıcı ~ atqı - elektron sxemin müxtəlif kontaktlarını birləşdirmək yolu ilə aparat vasitələrinin köklənməsi ( konfiqurasiyasının dəyişdirilməsi) üçün kiçik çəngəl, yaxud tellər. Bax: DIP SWITCH. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.