Kəsilmiş flomoides
Kəsilmiş flomoides - (lat. Phlomoides laciniata)
== Qısa morfoloji təsviri ==
Çoxillik, hündürlüyü 50-100 sm olan, kökyanı boyuncuğu ağ yunlu bitkidir. Gövdəsi sadə, bəzən az budaqlıdır; adətən ağ uzun tükcüklərlə sıx yunlu şəkildə tükləşmişdir. Yarpaqları yaşıl, az tüklənmişdir, uzun saplaqlı kökyanı yarpaqları lələkvari və ya ikiqat lələkvari parçalanmışdır. Gövdə yarpaqları qısa saplaqlı, yuxarıdan kəsilmiş diş-dişlidir. Uzun sıx sünbülvari çiçəkqrupu əmələ gətirən çiçəkləri çox çiçəkli köbələrdədir. Kasacığı 16–20 mm, boruvari–zəngvari, sıx ağımtıl-yunludur. Tacı 30 mm qədər uzunluqda; yuxarı dodağı ağ bizşəkillidir, içi qıraqdan ağ ipəkvaridir; aşağı dodağı üç dilimli, orta dilimi əlvan sarı, yan dilimləri limonvari-sarıdır. Fındıqca sıx şırımlıdır.
== Yayılması ==
Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.