KAMERTON
KAMFORALI
OBASTAN VİKİ
Kamfora ağacı
Camphora (lat. Camphora) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları — Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı. 1920-ci illərdə kamfora kefləndirici vasitə kimi istifadə olunurdu. Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı adalarında, cənubi - şərqi Asiya ölkələrində, Avstraliyada, Yaponiyada, cənubi və şimali Afrikada, Cənubi Avropada (Fransa, İtaliya) Cənubi Amerikada (Braziliya) Filippin, Antil və Qərbi Hind adalarında salınmışdır.
Kamfora yovşanı
Kamfora yovşanı (lat. Artemisia maritima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Qara, Azov, Baltik dənizlərinin sahillərində bitir. == Botaniki təsviri == Hündürlüyü 20–100 sm olan, ağ tükcüklü yarımkoldur. Gövdələri çoxsaylı, yuxarı qalxan hissəsi busaqlıdır və kiçik çim əmələ gətirir. Bitki çoxillikdir; qısalmış sərilən, çılpaq budaqlara malikdir. Yarpaqları hər iki tərərfdən ağ tükcüklü, növbəli, lələkvari bölünmüş, ensiz, xətvari hissəli, səbətlərdən uzundur. Aşağı yarpaqları saplaqlı, ikiqat, üçər lələkvari, parçalanan,3–4 sm uzunluqdadır. Boruvari çiçəkləri qırmızımtıl və ya sarımtıl, çox xırda, ellipsvari-oval, uzunluğu 1–2 mm-dir. Səbətləri, adətən, 2–5 mm uzunluqda, sallaq, gövdə budaqlarının uclarında süpürgələrdə yerləşir.

Значение слова в других словарях