KARBON
KARBÜRATORÇU
OBASTAN VİKİ
Karbürator
Karbürator daxili yanma mühərriklərinin maye yanacaq və hava qarışığı ilə qidalandırılmasına xidmət edən yanacağın dozlaşdırılması qurğusudur. Yanacaq qarışığının hazırlanmasına karbürasiya (fransız mənşəli sözdür) deyilir. Yanacağın silindrlərdə böyük sürətlə tam yanması və eyni zamanda böyük istilik verməsi üçün o yanmaya hazırlanmalıdır. Hazırlıq prosesinin mahiyyəti mayenin kiçik damcılara bölünməsi və hava ilə inetsniv qarışmasından ibarətdir. Mayenin yayılması karbüratora verilən yanacaq şırnağının nazik ucluqdan verilən hava ilə darmadağın edilməsi ilə müşayiət olunur. === Növləri === Hava axınının istiqamətindən asılı olaraq karbüratorlar 4 qrupa bölünürlər: düşən cərəyanla (yuxarıdan aşağıya), maili cərəyanla (diaqonal), üfüqi cərəyanla və qalxan cərəyanla (aşağıdan yuxarıya) işləyən. Avtomobillərdə düşən cərəyanla işləyən karbüratorlar geniş yayılmışdır. Üfüqi cərəyanla işləyənlər ən çox motosikllərdə, qayıqlarda, həmçinin gücləndirilmiş avtomobil mühərriklərində istifadə olunur. Şəkildə Otto mühərriklərində istifadə olunan karbüratorlar təsvir edilmişdir. Otto mühərrriklərində baş verən yanma prosesi hava ilə yanacaq qarışığının nisbətinin 16:1 olmasını tələb edir.

Значение слова в других словарях