Sərt karet dönüşü
Sərt karet dönüşü (en. Hard return) –kursorun (və ya printerin) yeni sətrin başlanğıcına keçməsinin gərəkliyini proqrama bildirən siqnal. Səhifə sahəsindən kənara çıxan sətirləri avtomatik ayıran mətn emalı proqramlarında sətr karet dönüşü simvollarından abzasları bildirmək üçün istifadə olunur. Sözlərin avtomatik sətirdən-sətirə keçirilməsi funksiyası olmayan mətn emalı proqramlarında hər bir sətri sətr karet dönüşü ilə bildirmək lazımdır. Sərt karet dönüşləri müxtəlif proqramlarda eyni mənanı daşımaya bilər, buna görə də sənədi bir proqramdan başqasına ötürdükdə mətndə sətirlərin ayrılması çox qəribə ola bilər, artıq sətirlər və sətirlərarası intervallar yarana bilər.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.