Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köndələn
Köndələn — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı "eninə istiqamətdə olan, əyri, tərs" mənasında olub, yerləşdiyi çökəkliyin adı ilə bağlıdır. Azərbaycan ərazisində köndələn komponenti geniş areala malikdir: Köndələnarx (Goyçay rayonu), Köndələn əkin yeri (Qəbələ rayonu), Köndələnyer (Oğuz, Füzüli rayonları), Köndələnyol (Qax rayonu), Köndələnçöl (Zaqatala rayonu) və s.. == Əhalisi == Kəndin əhalisi 844 nəfər təşkil edir ki, onun da 431 nəfəri kişi, 413 nəfəri isə qadındır. .
Köndələn bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Köndələn dyunlar
Köndələn dyunlar-(rus. поперечные дюны, ing. transverse dunes) eninə profili asimmetrik, hakim küləklərin istiqamətinə perpendikulyar uzanan, səhradan kənar dyun tirələri. Əksər hallarda bu dəniz sahili cavan dyunlardır. K.d. qurunun dərinliklərinə doğru irəlilədikcə və inkişaf etdikcə, həmçinin qədim qumlu zandr düzənlik vilayətlərdə uzu-nuna və parabolik formalara keçir.
Köndələn dərə
Köndələn dərə-(rus. поперечная долина, ing. transverse valley) qırışıq srukturaların uzanma istiqamətini düz və əyri bucaq altında kəsən, çay dərəsi. Eroziyaya qarşı davamlı süxurların növbələşdiyi sahələrdə köndələn dərələr bərk süxurlarda daralır, boş süxurlarda genişlənir. K. d. uzununa profili adətən pilləli olur. K. d. su anbarları və su elektrik stansiyalarının tikilməsi üçün əlverişlidir.
Köndələn çalovabənzər əzələ
Köndələn çalovabənzər əzələ (lat. musculus arytenoideus transversus) — qırtlaq əzələsi.
Evləri köndələn yar
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. == Məzmun == Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. == Film-Tamaşanın Heyəti == === Film-Tamaşanın üzərində İşləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Evləri köndələn yar (film, 1982)

Aşağı Köndələnçay su anbarı
Aşağı Köndələnçay su anbarı — Füzuli rayonundakı Köndələnçay üzərində yerləşir. Su anbarı 1980-ci ildə istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır. Lakin Füzuli rayonunun Erməni qəsibkarları tərəfindən işğalı (23 avqust 1993-cü il) nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 25m, bəndin uzunluğu 925m və su anbarının ümumi həcmi 9.5mln.m³-dur. Suvarma sahəsi 6200ha-dır.
Köndələnçay
Köndələnçay — Kiçik Qafqazın Çaxmaq silsiləsinin şərq yamaclarından (1780m) bulaqdan başlayır. Köndələnçayın uzunluğu 89 km, hövzəsinin sahəsi isə 594 km² təşkil edir. Formalaşma şəraitinə görə Azərbaycanda formalaşan çaylar qrupuna daxil edilir. Xocavənd və Füzuli rayonları ərazisindən axaraq Bala Bəhmənli kəndinin yaxınlığında Araza tökülür. Ködələnçay bir çox qollarla əhatələnmişdir və ən böyük qolu, çayın sol istiqamətindən axan Keçəlçay hesab edilir. Keçəlçayın uzunluğu 29 km-dir. Arazın mənsəbindən 133 km yuxarıda 90m yüksəklikdə ona tökülür. Hövzənin orta yüksəkliyi 708m, Qırmızı Bazara qədər isə 1030m-dır. Hözvəsində 49 km meşə örtüyü var. Çayın ümumi düşməsi 1690m, orta meyilliliyi 16,6%-dir.
Göydələn
Göydələn ― yüksək tikili. Göydələnlər üçün minimum hündürlük 305 metr (1000 fut) hesab olunur. Göydələn sözünün İngilis dilindəki qarşılığı olan "skyscraper" sözü (göy qazan), XIX əsrin axırlarında Nyu-Yorkdakı xalqın böyük tikililərdən kütləvi şəkildə qorxması nəticəsində yaranmışdır. ABŞ-də göydələnlərin ən aşağı hündürlüyü ənənəvi olaraq 153 metr (500 fut) hesab olunur. Polad, dəmir-beton, su nasosları və liftlər göydələnlər üçün ən vacib inkişaflara səbəb olmuşdur. Göydələnlərin ağırlığı daşıyan sistemləri digər tikililərdən əsaslı dərəcədə çox fərqlənir. 4 mərtəbəyə qədər olan konstruksiyalar yalnız divarlarla dəstəklənə bilərlər, lakin göydələnlər polad karlaslar tərəfindən dəstəklənməsi lazım olan böyük tikililərdir. Divarlar bu polad karkaslardan pərdə kimi asılırlar — hətta memarlıqda bu polad karkaslar tərəfindən dəstəklənən şüşə ilə örtülmüş hündür tikililərə "pərdə divarları" deyilir. Küləklər üçün xüsusi şərtlər nəzərə alınır. == Adlandırma == İngilis ilə fransız dillərindəki adları "göy qazan" deməkdir və bu iki dildən digər dillərə kütləvi miqyasda hərfi tərcümə ilə keçmişdir.
Səndələn
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi. Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.) Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
Köndələlən mielit
Köndələlən mielit — nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola bilər, amma belə pasiyentlərin üçdə birində gələcəkdə heç bir həmlə müşahidə olunmur. Onurğa beyninin kəskin disfunksiyası olan hər bir şəxs təcili surətdə müayinədən keçməlidir, çünki onda cərrahi əməliyyatı tələb edən kompressiv zədələnmə ola bilər.
Kündələc (Mərənd)
Kündələc (fars. كندلج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,025 nəfər yaşayır (602 ailə).
Sanqalan (Səndələn)
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi. Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.) Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
Səndələn (Sanqalan)

İmperiya (göydələn)
İmperiya (ing. Empire business high-rise, ранее известен как Imperia Tower) — biznes kompleksi, 60 mərtəbəli tikili, Rusiyanın Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən göydələn. == Xüsusiyyətləri == Kompleksin ümumi sahəsi 203,191 m²-dir, bunlardan 121 497 m² ofis otaqları, 45.377 m² isə mənzillərdən ibarətdir. Kompleks Sərgi metro stansiyasına və Beynəlxalq metro stansiyasına yaxın məsafədə yerləşir. Tikili 23 noyabr ayının 2011-ci ilində istismara verildi. Bina 239 metr hündürlüyündə və 60 mərtəbədən ibarətdir. İkinci mərhələnin inşasına 2013-cü ildə başlamışdır.
İstanbul yaqutu (göydələn)
Istanbul Sapphire — İstanbulda yerləşən göydələn. 261 metr hündürlüyü (antenlərlə) ilə Avropada (Rusiya istisna) "Şard London Briç" binasından sonra ən yüksək 2-ci binadır. İstanbulun Kağızxana bölgəsində yerləşir. == Yerləşməsi == İstanbulun Çeliktəpə səmtindəki Böyükdərə küçəsində yerləşən @Istanbul Sapphire@ binası Türkiyədə inşa edimiş ən böyük binadır. 261 metr hündürlükdəki göydələni İstanbulun bir çox yerindən görmək olar. Göydələn ÖSYM (Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi) binasının yanında yerləşir. == Xüsusiyyətləri == 165.169 m2 sahəyə sahib bina yer altındakı 10 mərtəbə də daxil olmaqla 66 mərtəbədən ibarətdir. Bina 30 metr uzunluğunda antenlərə da malikdir. Binadan alış-veriş mərkəzi və yaşayış binası kimi istifadə olunur. Avtodayanacaq göydələnin ilk 6 mərtəbəsində yerləşir.
Heyvanlara yönələn şiddət
Heç bir heyvana əziyyət, işgəncə etmək, suda boğaraq və ya atəşdə yandıraraq öldürmək caiz deyildir. Heyvana işgəncə etmək, qeyri-müslim vətəndaşa işgəncə etməkdən daha böyük günahdır. Qeyri-müslim vətəndaşa əziyyət etmək də müsəlmana əziyyət etməkdən daha böyük günahdır. (Dürr-ül muxtar) Məqsədsiz olaraq bir heyvanı öldürmək caiz deyildir. Axirətdə, “Onu nə üçün öldürdün?” deyə sorğuya çəkiləcəkdir. Heyvanları bir-biriylə döyüşdürmək də caiz deyildir. Heyvanların haqqına riayət etməli, onlara mərhəmət edilməlidir. Hədisi-şərifdə, “Mərhəmət et ki, mərhəmət olunasan!” buyuruldu. (Şirə) Zərərli heyvanları öldürmək caiz olduğu kimi, dələ, porsuq kimi heyvanları dərisi və kürkü üçün, maral, ceyran kimi heyvanları əti üçün öldürmək də caizdir. Donuz xaric, əti yeyilməyən müxtəlif heyvanları pul qarşılığı müsəlman olmayanlara ixrac etmək də caizdir.
Evləri göydələn yar (film, 2010)
Evləri göydələn yar — 2010-cu ildə istehsal olunmuş Azərbaycan tammetrajlı bədii televiziya filmi. == Məzmun == == Film haqqında == Bu film tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan "Evləri köndələn yar" televiziya tamaşasındakı hadisələrin 28 ildən sonrakı davamını göstərir. Telman Adıgözəlovun son işidir.
Korbelen
Korbelen (fr. Corbelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Bovuazen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38043. Kommunanın 1999-cu il üçün əhalisi 2079 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Qonselen
Qonselen (fr. Goncelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38181. Kommunanın 1999-cu il üçün əhalisi 89 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Kondole
Kondole – Cənubi Avstraliya aborigenlərinin mifologiyasından bir personaj. Balinaya dönmüş sevimsiz və kobud insan. == Mif == Kondole haqqında əfsanə əsasən Enkanter-Bey bölgəsində yayqındır. Çox qızmar bir yay keçirdi, buna görə də bütün ayinlər gecə keçirilirdi. Ayinlərin aparılması üçün odun sönməməsinə nəzarət edəcək insan lazım idi. Odla bacara bilən yeganə insan Kondole idi, lakin o, ayinlərdə iştriak etmək istəmirdi və buna görə odu kolların içində gizlədir. Erkəklər onunla uzun müddət mübahisə edir, sonar isə onlardan biri Kondoleyə nizə atır və kəllə sümüyünü deşir. Bundan sonra bütün erkəklər kenquru, opossum, quş və digər heyvanlara çevrilirlər. Kondole isə balinaya dönür, kəllə sümüyündəki dəlik isə onun nəfəs borusu olur. Aborigenlər Kondoleni dünyanın ilk balinası sayırlar.