Athesmia kassimovi
Athesmia kassimovi (lat. Athesmia kassimovi) — Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.
== Xarici quruluşu ==
Bədəni yastı olub, 3,6–4,2 mm uzunluqda və əmziklərinin arasındakı haşiyədə 0,276–0395 mm enə malikdir. Dairəvi ağız əmziyinin diametri 0,228–0,282х0,204–0,252 mm-dir. Kiçik farinks 0,084–0,090х0,072 mm-dir. Qarın əmziyinin diametri isə 0,168–0,218 mm-dir. Cinsi dəlik bağırsağının şaxələndiyi yerdən geridə median vəziyyətində yerləşmişdir. Armud şəklində olan cinsi bursa qarın əmziyi ilə bağırsağın şaxələndiyi yerin arasında yerləşir. Bir ölçüdə və ovl şəklində olan toxumluqlar aralarında 0,350–0,420 mm məsafə olmaqla bir-birinin ardında yerləşir. Toxumluqların arasından balalığın ilməyi keçir.