kayzer

kayzer
kayzen
kazak
OBASTAN VİKİ
Kayzer
Kayzer (alm. Kaiser) — alman dilində imperator titulunu ifadə edir. Bu söz öz mənşəyini Roma imperatorlarının daşıdığı latın dilindəki caesar titulunun, o isə öz növbəsində Yuli Sezarın (Julius Caesar) adından götürmüşdür. Kayzer alman dilində imperator mənasını verdiyinə görə almanlar Rusiya çarlarından başqa bütün imperatorları bu sözlə ifadə edirlər. Lakin digər xalqlar kayzer sözünü əsasən Avstriya-Macarıstan və Avstriya imperatorlarına və vahid Almaniyanın yaranmasından sonra (1871-1918) hakimiyyətdə olmuş I Vilhelm, III Fridrix və II Vilhelmə şamil edirlər. Eyni zamanda hind və urdu dillərində "keysər" sözündən istifadə olunur. Əvvəllər "Hindistan İmperatoru" titulunu daşıyan Britaniya monarxlarını yerli xalq "Keysər-i-Hindi" adlandırırdı. Lakin bu sözün alman dili ilə heç bir əlaqəsi yoxdur və yunan dilindəki "Kesar" sözündən yaranmışdır.
Karlos Kayzer
Karlos Enrike Rapozo və ya Karlos Kayzer (port. Carlos Henrique Raposo; 2 iyul 1963 və ya 2 aprel 1963) — Braziliyalı futbolçu hesab edilən şəxs. Peşəkar futbolçu kimi bacarıqları olmasa da, iyirmi il ərzində Braziliya, Argentina və Meksikanın yüksək divizionlarında çıxış edən bir çox komanda ilə müqavilə bağlamağı bacarıb. O, bütün karyerası ərzində bir oyun keçirməyib. Cəmi bir dəfə meydana çıxmaq üzrə olsa da, həmin oyunda isinmə hərəkəti zamanı qırmızı vərəqə alıb. Karlos çoxlu zədələrə məruz qalmaqla və tez-tez komanda dəyişikliyi etməklə, həmçinin digər hiylələrlə futbolçu keyfiyyətlərinin olmadığını gizlədə bilib. The Guardian Kayzeri futbol tarixinin ən böyük fırıldaqçısı adlandırıb. == Kitab == Jurnalist Rob Smitin "Kayzer: Heç Vaxt Futbol Oynamayan Ən Böyük Futbolçu" kitabı 2018-ci ildə nəşr edilib.
Kayzerşteyn sarayı
Kayzerşteyn sarayı (çex. Kaiserštejnský palác, alm. Kaiserstein Palais‎) - Praqanın Mala Strana meydanı №37-də yerləşən barokko üslublu binadır. O, 1714-cü ildə iki İntibah dövrünə aid binanın yenidən qurulması nəticəsində yaranmışdı. Hazırda Kayzerşteyn sarayı qorunan memarlıq abidəsi sayılır və UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib. Bura həmçinin toy mərasimləri keçirmək üçün ən populyar məkandır. Çexiya paytaxtının ən qədim rayonlarından birində, yəni Praqa 1-də yerləşən saray, şəhərin tarixinin bir parçası olmaq üçün özünün xidmətlərini yeni ailə quranlara təklif edir. == Tarix == Bu barokko sarayı 1714-cü ildə daha erkən tikililər və iki renessans üslublu binanın yerində ucaldılmışdı. O, yaxınlıqdakı Şternberq sarayı ilə birlikdə italiyalı memar Covanni Batisto Alliprandi tərəfindən inşa edilmişdi. Kayzerşteyn sarayı birləşmiş nazik yan qanadları olan iki binadan ibarətdir; bu binalar kiçik bir daxili həyəti formalaşdırır.

Значение слова в других словарях