Kazinok kağızağacı
Kazinok kağızağacı (lat. Broussonetia kazinoki) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbiətdə növün arealı Şərqi Çin, Yaponiya, Tayvan və Koreyanı əhatə edir.
== Botaniki təsviri ==
Hündürlüyü 5 m-dək olan, nazik, çılpaq zoğludur. Yarpaqları uzunsov-yumurtavari və ya yumurtavari, uzunluğu 5-20 sm, uzun, ucu biz, bünövrəsi yumru və ya yarımürəkvari, çox vaxt iki-üç pərli, üstü soyulan, alt tərəfi nazik tükcüklü, sonradan çılpaq olur, saplağının uzunluğu 1-2 mm-dir. Erkəkcik sırğaların uzunluğu 1,5 sm-dir. Dişicik başcıqların diametri 1 sm-dir. Çiçəkləri ikievlidir. Erkəkcik çiçəkləri sırğalara yığılmış, çiçək yanlığı dörd bölümlü və dörd erkəkciklidir. Dişicik çiçəkləri şarşəkilli başcıqlardadır, çiçək yanlığı üç-beş dişli və sapvari sütuncuqludur.