kef-işrət
kefalkimi
OBASTAN VİKİ
Kefal
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Qızılı kefal
Qızılı kefal (lat. Liza parsia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. Qızılı kefal sırf dəniz balığıdır.
Sivriburun kefal
Sivriburun kefal (lat. Liza saliens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb. Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır. D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur. Burun hissəsi nisbətən kütdür. Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır.
Zolaqlı kefal
Zolaqlı kefal (lat. Liza tricuspidens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Kefal (Deionun oğlu)
Cephalus ( q.yun. Κέφαλος ) qədim yunan mifologiyasındakı personaj. Deion və ya Deionun oğlu, Eolun oğlu, Fokisin və Diomedin oğlu. Hermes oğlu ilə qarışıq. Arqosda (və ya İolkada) keçirilən oyunlarda sapandla atıcılıqda qalib gəldi. Kefal Fokidadan Attikaya köçmüşdü. O, Afina padşahı Erexteyin qızı Prokrida ilə evlənmişdir. Attikada onlar Attikanın cənub-şərq ucunda yerləşən 12 qədim dövlətdən biri olan Forik də yaşayırdılar.
Boz kefallar
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Cənubi Afrika kefalı
Cənubi Afrika kefalı (lat. Liza richardsonii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Kefalkimilər
Kefalkimilər (lat. Mugiliformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. == Təsnifatı == Fəsilə: Kefallar (lat.
Kefallar
Kefallar (lat. Mugilidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Sent–Lüsiya kefalı
Sent–Lüsiya kefalı (lat. Liza luciae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Kefaliniya
Kefaliniya və ya Kefaloniya (yun. Kεφαλληνία ή Κεφαλονιά) — Yunanıstanda ada. Kefaliniya adası İoni adalarının ən böyüyüdür. Mifoloji qəhrəman Kefalın şərəfinə adlandırılmışdır, başqa bir versiyaya görə bu ad "başı olan ada" deməkdir. Adanın səmavi himayədarı və qoruyucusu Kefaliniyadan olan Müqəddəs Gerasimdir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 35.801 nəfərdir. Adanın inzibati mərkəzi Arqostoliondur.
Kefaloniya
Kefaliniya və ya Kefaloniya (yun. Kεφαλληνία ή Κεφαλονιά) — Yunanıstanda ada. Kefaliniya adası İoni adalarının ən böyüyüdür. Mifoloji qəhrəman Kefalın şərəfinə adlandırılmışdır, başqa bir versiyaya görə bu ad "başı olan ada" deməkdir. Adanın səmavi himayədarı və qoruyucusu Kefaliniyadan olan Müqəddəs Gerasimdir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 35.801 nəfərdir. Adanın inzibati mərkəzi Arqostoliondur.
Konstantin Kefala
Konstantin Kefala (yun. Κωνσταντίνος Κεφαλάς; IX əsr – X əsr) — Bizans alimi. O, "Palatin antologiyası"nın və "Planud antologiyası"nın əsasını təşkil edən ən mühüm epiqram kitablarından birini tərtib etmişdir. O, sarayın arxpapası kimi xidmət edirdi. Ola bilsin ki, Konstantin Kefala adaşı olan Konstantinopol saraylarının arxpapası ilə eyniləşdirilir. O, Kefaloidlər aristokratik sinfinə mənsubdur və onun haqqında təxminən 917-ci ilə aid bir neçə şəhadət var. Kefala IX əsrin sonlarında böyük bir epiqram kolleksiyası tərtib etməklə tanınır. Bu kolleksiya Heydelberq Palatin Kitabxanasında saxlanılır və buna görə də "Palatin antologiyası" adlanır. Bu, Bizantidə "Suda" lüğəti və Maksim Planud tərəfindən geniş istifadə olunurdu.

Значение слова в других словарях