KERAMİK

1
сущ. керамик, керамист (специалист по керамике, гончарному делу)
2
прил. керамический (сделанный из керамики). Keramik boru керамическая труба, keramik kondensator керамический конденсатор, keramik materiallar керамические материалы, keramik kütlə керамическая масса
KEPKALIQ
KERAMİKA
OBASTAN VİKİ
Azərbaycanda Bədii Keramika sənəti
Azərbaycanda bədii keramika sənəti —Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər. İbtidai dövrdə zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totеmistik və animistik anlayışların yaranması ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur. Tunc və dəmir dövrü keramikasının ayrıca istiqamətini boyalı qablar mədəniyyəti təşkil edir. Tunc və dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir.
Bədii Keramika sənəti

Keramika
Keramika — çox qədim zamanlardan məlum olan, qeyri-üzvi maddələrin birgə bişirilməsi (sinterlənməsi) sayəsində əldə edilən polikristallik bərk materialdır. Keramika tikinti materialları, ev əşyaları ilə bərabər maşınqayırmada da geniş tətbiq olunur. Bu sahədə tətbiq olunan keramik materiallara texniki keramika deyilir. Texniki keramikanın mexaniki xassələri onun tətbiq sahəsindən asılı olaraq optimallaşdırılır. Maşınqayırmada tətbiq sahələrindən biri də mexaniki emaldır. Burada keramika kəsici alət materialı kimi istifadə olunur. Kəsici keramika üç növə bölünür: oksidkeramika, oksidsiz keramika və qarışıq keramika. Oksidkeramika saf aluminium-oksiddən (Al2O3) ibarət olur. O, hal-hazırda ən geniş yayılmış keramik kəsici alət materialı sayılır (tətbiq sahəsi: 2000°C-yə qədər). Yüksək yeyilməyə davamlığına görə incə emalda tətbiq olunur.
Keramika stadionu
Estadio de la Keramika (isp. Estadio de la Cerámica) və ya keçmiş adı ilə El Madriqal – Vilyarreal FK-ın ev oyunlarına sahiblik edən futbol stadionu. 1923-cü ildə istifadəyə verilmişdir. 25 minlik tamaşaçı tutumuna malikdir.
Keramika sənəti
Keramika sənəti - keramika sənəti.
Latviya keramikası
Latviya keramikası (latış. Latvijas keramika‎ və latış. Latvijas podniecība‎)- Ölkədə ən qədim incəsənət növlərindən biridir. Tarixi Neolit dövrünə qədər gedib çıxır. Latqale keramikası (latış. Latgales keramika‎) isə Latviya keramikasının ən məşhur yarımnövüdür. Latqaledə ölkənin keramika məhsullarının çox hissəsi istehsal edilir. Bir qayda olaraq, Latviya keramikası hər hansı naxışların olmaması ilə digər ölkələrin keramikasından fərqlənir. Əsasən onların yerinə bütöv rənglərdən və ya güllərdən istifadə olunur. Ənənəvi məmulatlar təmkinli, torpaq çalarlarıyla rənglənir (yaşıl, qəhvəyi və başqaları).
Raku keramikası
Raku keramikası (|楽焼|raku-yaki|) — yapon çay mərasimində ənənəvi istifadə olunan yapon keramika növü. İlk növbədə çay içmək olan qablar bu keramikadan hazırlanır. Raku keramikası üçün xarakterik xüsusiyyət dulusçuluq dairəsinin əvəzinə gilin əl qəliblənməsindən hazırlanmasıdır. Nəticədə bu keramikadan hazırlanan hər bir əşya öz unikallığı ilə seçilir. Bişirilmənin aşağı temperaturu kifayət qədər məsaməli səthin yaranmasına imkan verir, qabı sobada bərk qızdırıldıqdan sonra götürüb soyumaq üçün xüsusi kapsulaya qoyurlar. Örtük kimi qara və ya şəffaf qlazurdan istifadə olunur. Raku termini (hərfi tərcümədə "həzz" və ya "sadəlik", "təbiilik" deməkdir) Toyotomi Xidzesi (1537–1598) tərəfindən Kiotoda tikilən Dzyurakuday adlı sarayın adından yaranmışdır. Sarayın tikintisində iştirak etmiş məşhur yapon çay mərasimi ustası Sen no Rikyu bir dəfə tikintidə çalışan bir çinli kirəmit ustasından vabi-sabi estetikasını özündə təcəssüm etdirən qab hazırlamasını xahiş edir. Usta Tanaka Tödziro dzen fəlsəfəsinə müvafiq olan sadə qablar hazırlayır. Usta Tödzironun ailəsinə Raku soyadı bəxş edilmişdir.
Çin keramikası
Çin keramikası — 1000 il bundan öncə Çində qab-qacaqları nefritdən hazırlayırdılar. Bu qablar çox baha olurdu. Neçə illərdən sonra çin dulusçuları keyfiyyətinə görə nefritdən daha üstün olan material — farforu icad etdilər. Çinin Tszyansi əyalətində farfor daşı ehtiyatlarının olması onun geniş yayılmasına səbəb oldu. Farforu farfor daşı, briketorot tozu və məhsula ağlıq verən kaolindən hazırlayırdılar. Kaolin də həmin əyalətdə çoxluq təşkil edirdi. Çin dulusçuları massanı, plastiklik əldə etməsi üçün bir neçə 10 il saxlayırdılar. Qabların üzərinə bir neçə qat qlazur vururdular ki, xüsusi parlaqlıq əldə olunsun. Misal olaraq krakls və öküz qanından hazırlanan qlazuru göstərmək olar. Yüksək keyfiyyətli farfor nümunələrinin hazırlanmasında əlbəttə ki, peşəkar Çin dulusçularının da böyük rolu olmuşdur.
Estadio de la Keramika
Estadio de la Keramika (isp. Estadio de la Cerámica) və ya keçmiş adı ilə El Madriqal – Vilyarreal FK-ın ev oyunlarına sahiblik edən futbol stadionu. 1923-cü ildə istifadəyə verilmişdir. 25 minlik tamaşaçı tutumuna malikdir.
Mikena keramikası
Mikena keramikası — qədim Yunanıstanın Mikena dövründə yaradılmış vaza rəsmi növü. Materik Yunanıstanın ərazisində Mini keramikasının və Minoy keramikasının qalıqlarını sıxışdırır. E.ə. XI əsrdə dori işğalından sonra Mikena dövrünün mədəni nailiyyətlərinin əksəriyyəti itirilmişdir.
Mini keramikası
Mini keramikası — tarixdən əvvəlki qədim Yunanıstanın orta Ellad dövrünə xas olan spesifik keramika. Onlar bu dövrün sonunda tədricən Minoy keramikası ilə əvəz olunur. Keramika Yunanıstanın yarıməfsanəvi, yunanlardan əvvəl burada yaşamış minililərin adını daşıyır. XX əsrin ikinci yarısında arxeoloqlar arasında Mini keramikasının qədim yunan dilində danışanların genişlənməsi ilə əlaqəli olduğu ümumi qəbul edilmişdir. XX əsrin sonlarına doğru Mini keramikası ilə əvvəlki keramika arasında davamlılığın kəşfi ilə əlaqədar olaraq bu keramikanın avtoxton mənşəyi haqqında fikirlər yayılmağa başlamışdır. Hal-hazırda, yunanların Balkanlara genişlənməsinin birdəfəlik işğal deyil, Folteşt mədəniyyətinin daşıyıcılarının şimaldan tabe edilməsi ilə tədricən dalğa kimi nüfuz etməsi ilə bağlı üçüncü bir fikir də geniş yayılmışdır. Bundan başqa, Ellad dövründə yerli mədəniyyətlərin assimilyasiyası da seçimlər arasındadır, buna görə də bu keramikaları "yalnız avtoxton" və ya "yalnız yunan" hesab etmək yanlışdır. Arxeoloqlar arasında Mini keramikasının təxminən eyni dövrə aid olan Qərbi Anadolu boz keramikası ilə nə qədər oxşar olması ilə bağlı mübahisələr var. Bəzi arxeoloqlar bu oxşarlığı təsadüfi hesab edirlər.
Minoy keramikası
Minoy keramikası — Kritdə Tunc dövrünə aid Minoy mədəniyyətinin xarakterik keramika. O, müxtəlif bədii üslublar, yəni həm vaza rəngkarlığı, həm də qab dizaynı ilə seçilir. Bu müxtəlifliyə görə, ilk dəfə XX əsrin əvvəllərində Artur Evans tərəfindən irəli sürülmüş Minoy mədəniyyətinin inkişaf dövrlərinin tarixləşdirilməsi Minoy keramikasının üslublarına (sonralar N. Platon tərəfindən Knoss sarayının tarixinə əsaslanaraq) əsaslanır. Knossos Sarayının inkişafı). Hazırda keramika məmulatlarının qaba, adətən bəzədilməmiş fraqmentlərinin geoloji analizinə əsaslanan yeni üsul geniş yayılmaqdadır.
Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi
Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi — Azərbaycanın Şəki şəhərində yerləşən Qafqazda ilk Keramika Mərkəzi. Mərkəzin binası həm də 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Şəki şəhərinin Avropa Keramika marşrutuna daxil edilməsində mərkəzin xüsusi rolu olmuşdur. == Tarixi == "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq qoruğu Şəki şəhərinin qədim tarixi hissəsində yerləşir. Qoruğun UNESCO-nun mədəni irs siyahısına salınması yönündə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası da qoruğun UNESCO-nun müvafiq siyahısına salınacaq ərazisində, Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. O, uzun müddət kazarma kimi istifadə olunub və sonradan baxımsız və qəzalı şəraitdə qalıb. Daha sonra bina "Paşa Holdinq"in dəstəyi ilə yenidən qurulub və müasir avadanlıqlarla təchiz edilib. 2018-ci il oktyabr 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər.

Значение слова в других словарях