keton

keton
ketlər
ketonlar
OBASTAN VİKİ
Metil-etil keton
Metil-etil keton (butanon) CH3-C(O)-CH2-CH3-alifatik ketonların homoloji qrupunun ikinci üzvü olan ketonlar sinfinin kimyəvi birləşməsidir. Metil-etil keton asetonun qoxusunu xatırladan rəngsiz uçucu mayedir. Su ilə məhdud bir halda,əksər üzvi həlledicilərlə isə istənilən nisbətdə qarışır. Su ilə azeotrop bir qarışıq əmələ gətirir. Sənayedə metil etil keton alınmasının bir neçə metodu var onlardan biridə n-butanın maye fazalı sərbəst radikalın oksidləşməsi zamanı baş verir. Reaksiya zamanı 23% metil etil keton alınır və sirkə turşusu alınır. Əsas sənaye üsulu isə butilen fraksiyasının üç mərhələli işlənməsidir hansı ki, sintetik kauçuk zavodunda divinil istehsalında yan məhsul kimi istifadə olunur. Metil etil keton toksiki maddədir. Bədənə dəri vasitəsilə daxil ola bilər; gözlərə, dəriyə, mərkəzi sinir sistemininə, tənəffüs yollarına zədə verə bilər. 3-5 dəqiqə ərzində 1 mq / l konsentrasiyasında bir insana gözlərin, burun və boğazın selikli qişasının qıcıqlanması -na səbəb olur, 30 mq / l - qıcıqlanma dözülməz hala gəlir.
Ketonemiya və ketonuriya
Qaraciyərin piy infilyasiyası zamanı orada triqliseridlərin miqdarı normadan 10 dəfə artıq olur. Hüceyrələrin sitoplazmasında yağın toplanması qaraciyərin funksiyasını pozur. Bunun əsas səbəbi artıq triqliseridlərin olması və lipotropların azalmasıdır. Orqanizmdə keton cisimlərin toplanması ketoz patoloji vəziyyətə gətirib çıxarır. Yağ turşularının və ketogen aminturşuların intensiv oksidləşməsi ilə lipidlərin metabolizminin patologiyasının yaranmasını şərtləndirir və keton hisəciklərinin artıq biosintezi baş verir. Parçalanma reaksiyasının gedişində ketogenezdəistifadə olunan asetil-S-K0A və asetoasetil~S-K0A əmələ gəlir. Keton hissəcikləri qanda artır və sidiklə bərabər xaric olunur. Buna ketozun ketonemiya və ketonuriya xəstəliyi deyilr. Ketozun ağır formalarında qanda keton hissəcikləri 10-20 mmol/l çatır. Keton hissəcikləri normal halda gündə azacıq olur.
Ketonlar
Ketonlar — Molekullarının tərkibində iki karbohidrogen radikalı ilə birləşmiş karbonil ›C=O qrupu olan üzvi maddələrə deyilir. == Adlandırılması == Ketonları adlandırmaq üçün onların molekullarının tərkibinə daxil olan radikalların adına "keton" sözü və ya ketonun uyğun olduğu doymuş karbohidrogenin adına -on şəkilçisi əlavə edilir. Məsələn, CH3-CO-CH3 — dimetilketon və ya propanon, CH3-CO-CH2-CH2-CH3 — metilpropilketon və ya pentanon-2.
Ketonturşular
Ketonturşular- tərkibində karbonil və karboksil qrupu olan turşulara deyilir. == Tipləri == Karbonil və karboksil qruplarının bir-birindən uzaqlığından asılı olaraq ketonturşular α, β, γ və sairə tiplərə bölünə bilir. == Piroüzüm turşusu == Piroüzüm turşusu -CH3—CO— COOH α-ketonturşuların ən sadə nümayəndəsi asetilqarışqa turşusu və ya piroüzüm turşusudur. Bunu birinci dəfə üzüm turşusu və ya çaxır turşusunu yüksək temperaturda qızdırmaqla almış və buna görə "piroüzüm" adlandırmışlar. == Alınması == Piroüzüm turşusunu aşağıdakı üsullarla almaq olar: Süd turşusunu oksidləşdirməklə α, α-dihalogenpropion turşusuna suyun təsiri ilə asetilxloridə KCN təsiri ilə və alınan nitirilin sabunlaşdırılması ilə == Xassələri == Piroüzüm turşusu 165o-də qaynayan mayedir, suda yaxşı həll olur, kəskin iyi vardır. Piroüzüm turşusu şəkərlərin spirt qıcqırmasından alınan aralıq məhsullardan biridir. == Asetsirkə turşusu == Asetsirkə turşusu — CH3—CO—CH2—COOH β-ketonturşuların ən sadə nümayəndəsi olub, qızdırdıqda parçalanır, karbon qazı və asetona çevrilir. Diabet xəstəliyinə tutulmuş adamların sidiyində rast gəlinir. == Levulin turşusu == Levulin turşusu — CH3—CO—CH2—CH2—COOH, γ-ketonturşuların ən sadə nümayəndəsi levulin turşusudur. Bunu levulozu (furuktoz) və ya başqa şəkərlərin qüvvətli turşularla qızdırdıqda almaq olur.