khmerlər

khmerlər
khmer
kho 2021
OBASTAN VİKİ
Khmerlər
Khmerlər, kxmerlər (khm. ខ្មែរ, kʰmaːe) və ya kambocalılar — Kambocanın əsas əhalisi olan etnik qrup. Ümumi sayı təxminən 16 milyon nəfərdir, onlardan 14,2 milyonu Kambocada, 895 min–1,3 milyonu Vyetnamın cənubunda və 1,4 milyonu Tailandda yaşayır. == Dil == Khmerlər Avstroasiya dillərinin mon-khmer qolunun khmer dilində danışırlar. Onlar Khmer yazısından istifadə edirlər. == Din == Khmerlər əsasən buddizmin cənub qolu olan theravadaya etiqad edirlər. Kambocanın kahin ailələrində dini rütbə ana tərəfdən kişidən bacısının oğluna keçə bilərdi, çünki khmer ruhaniləri subaylığa riayət edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия. Дажан Б. Кхмеры. М.: Вече, 2009.
Qırmızı khmerlər
«Qırmızı kxmerlər» (khm. ខ្មែរក្រហម, Kmae Krɑhɑɑm, Khmer Kror-Horm; fr. Khmer Rouge) — Kambocada partizan müharibəsi ilə hakimiyyətə gələrək 1975–1979-cu illərdə ölkəni idarə edən radikal kommunist hərəkat. Hərəkatın qurucusu və lideri Pol Potdur. 1967-ci ildə Kamboca Kommunist Partiyasının silahlı qanadı kimi qurulmuşdur. Təqribən 2 milyon insanın öldürülməsi ilə nəticələnən Kamboca soyqırımında günahlandırılır. 1960-cı illərin əvvəllərində Fransada təlim keçmiş marksistlərin rəhbərliyi altında şahzadə Norodom Sianuka qarşı üsyanda iştirak edən Kommunistlər 1967-ci ildə bir kəndli üsyanına və 1968-ci ildə sürətlə genişlənən bir qəbilə üsyanına qatılmışdılar. 1970-ci ilin martında, Şahzadə Sianuku devirmiş General Lon Nolun rəhbərliyi ilə sağçı çevriliş ilə Kamboca Respublikası quruldu. Çevrilişdən qısa müddət sonra, ABŞ və Cənubi Vyetnam qoşunlarının ölkəni işğal etməsi ilə Kambocanı Vyetnam müharibəsinin iştirakçılarından birinə çevirdilər. Yeni rejimin sərt qərarlarından qaçan kambocalı vetnamlılar ilə müstəqil dövlət qurmaq istəyən müsəlmanlardan 2 minə yaxın insan da onlara qoşuldu.
Dağ khmerləri
Dağ khmerləri — Cənub-Şərqi Asiyada yaşayan mon-khmer xalqları qrupuna aid xalq. == Etimalogiyası == "Dağ khmerləri" termini 1960-cı illərdə Kambocada ölkənin şimal-şərqində yaşayan xalqları qeyd etmək məqsədilə qəbul olunmuşdur. Kambocadakı Dağ khmerləri (khmaelılar) khmerlər tərəfindən assimilyasiya olunurlar. Dağ khmerləri, ehtimal ki, khmerlər, monlar, myan malar, siamlılar, laolar və vyetlərin etnogenezində mühüm rol oynamış qədim substratın qalıqlarıdır. == Yaşadıqları ölkələr == Dağ khmerləri Cənub-Qərbi Çinin dağlıq rayonlarında – Yunnan əyalətində, Qərbi Vyetnamda, Şimali, Şərqi və Cənubi Laosda, Şərqi Myanmada, Şimali və Şərqi Taylandda, Şimal-Şərqi Kambocada yaşayırlar. == Sayları == Ümumi sayları 2008-ci ilin məlumatlarına görə Çində 700 min nəfərdən çox, Vyetnamda təqribən 1,3 milyon nəfər, Laosda təqribən 1,6 milyon nəfər, Myanmada 1,8 milyon nəfərdən çox, Taylandda təqribən 600 min nəfər, Kambocada 150 min nəfərdən çox idi. Əsas iki qrupa ayrılırlar: Şimali və Şərqi. Şimali Dağ khmerlərinə ("dağ monları"na) palaunq-va xalqları – qərbi – valar (900 min nəfərdən çox), bulanlar (112 min nəfər) və başqaları; şərqi – palaunqlar (640 min nəfər), danaular (138 min nəfər), rianqlar (50 min nəfər), lametlər (14 minnəfər) və başqaları, manqlar (3,5 min nəfər), khmular [khmular (900 min nəfərdən çox), phaylar (54 min nəfər), praylar (40 min nəfər) və başqaları aid edilir. Şərqi Dağ khmerlərinə banar xalqları – şimali – hrelər (tyam -relər, tatömlər; 130 min nəfər), sedanqlar (130 min nəfər) və başqaları; mərkəzi – banarlar (banalar; 180 min nəfər), tampuonlar (32 min nəfər) və başqaları; qərbi – suilər (özlərini cru adlandırırlar, cru, yaxud loven dilində danışırlar; 86 min nəfər) və başqaları; cənubi – srelər (keholar, koholar; 147 min nəfər), mnonqlar (mnonqqarlar və mnonqrlamlar; 123 min nəfər), stiyenqlər (97 min nəfər), malar (özlərini kontyau adlandırırlar; 38 min nəfər) və başqaları], katular – mərkəzi – katanqlar (120 min nəfər), taoylar (60 min nəfər) və başqaları; şərqi – katular (özlərini ktu adlandırırlar; 78 min nəfər), pakohlar (15 min nəfər) və başqaları; qərbi – kuilər (440 min nəfər), solar (manqkonqlar; 160 min nəfər), brular (brao dilində danışırlar; 150 min nəfər) və başqaları aid edilir. == Dilləri == Mon-khmer dillərində danışırlar.