Dağ khmerləri
Dağ khmerləri — Cənub-Şərqi Asiyada yaşayan mon-khmer xalqları qrupuna aid xalq.
== Etimalogiyası ==
"Dağ khmerləri" termini 1960-cı illərdə Kambocada ölkənin şimal-şərqində yaşayan xalqları qeyd etmək məqsədilə qəbul olunmuşdur.
Kambocadakı Dağ khmerləri (khmaelılar) khmerlər tərəfindən assimilyasiya olunurlar. Dağ khmerləri, ehtimal ki, khmerlər, monlar, myan malar, siamlılar, laolar və vyetlərin etnogenezində mühüm rol oynamış qədim substratın qalıqlarıdır.
== Yaşadıqları ölkələr ==
Dağ khmerləri Cənub-Qərbi Çinin dağlıq rayonlarında – Yunnan əyalətində, Qərbi Vyetnamda, Şimali, Şərqi və Cənubi Laosda, Şərqi Myanmada, Şimali və Şərqi Taylandda, Şimal-Şərqi Kambocada yaşayırlar.
== Sayları ==
Ümumi sayları 2008-ci ilin məlumatlarına görə Çində 700 min nəfərdən çox, Vyetnamda təqribən 1,3 milyon nəfər, Laosda təqribən 1,6 milyon nəfər, Myanmada 1,8 milyon nəfərdən çox, Taylandda təqribən 600 min nəfər, Kambocada 150 min nəfərdən çox idi.
Əsas iki qrupa ayrılırlar: Şimali və Şərqi.
Şimali Dağ khmerlərinə ("dağ monları"na) palaunq-va xalqları – qərbi – valar (900 min nəfərdən çox), bulanlar (112 min nəfər) və başqaları; şərqi – palaunqlar (640 min nəfər), danaular (138 min nəfər), rianqlar (50 min nəfər), lametlər (14 minnəfər) və başqaları, manqlar (3,5 min nəfər), khmular [khmular (900 min nəfərdən çox), phaylar (54 min nəfər), praylar (40 min nəfər) və başqaları aid edilir.
Şərqi Dağ khmerlərinə banar xalqları – şimali – hrelər (tyam -relər, tatömlər; 130 min nəfər), sedanqlar (130 min nəfər) və başqaları; mərkəzi – banarlar (banalar; 180 min nəfər), tampuonlar (32 min nəfər) və başqaları; qərbi – suilər (özlərini cru adlandırırlar, cru, yaxud loven dilində danışırlar; 86 min nəfər) və başqaları; cənubi – srelər (keholar, koholar; 147 min nəfər), mnonqlar (mnonqqarlar və mnonqrlamlar; 123 min nəfər), stiyenqlər (97 min nəfər), malar (özlərini kontyau adlandırırlar; 38 min nəfər) və başqaları], katular – mərkəzi – katanqlar (120 min nəfər), taoylar (60 min nəfər) və başqaları; şərqi – katular (özlərini ktu adlandırırlar; 78 min nəfər), pakohlar (15 min nəfər) və başqaları; qərbi – kuilər (440 min nəfər), solar (manqkonqlar; 160 min nəfər), brular (brao dilində danışırlar; 150 min nəfər) və başqaları aid edilir.
== Dilləri ==
Mon-khmer dillərində danışırlar.