Kokospalme
koksen
OBASTAN VİKİ
Kourtni Koks
Kourtni Koks (15 iyun 1964, Birminqem, Alabama) — amerikalı aktrisa. "Dostlar" teleserialındakı Monika və "Fəryad" filmindəki Qeyl rolu ilə məşhurdur. == Həyatı == Kourtni Koks Alabama ştatının Birminqem şəhərində anadan olub. Koks biznesmen Riçard Levis Koks (28 yanvar 1931 - 3 sentyabr 2001) biznesmen, və onun həyat yoldaşı Kourtni Koplandın qızıdır. Onun iki böyük bacısı var, Virciniya və Dotti; bir böyük qardaşı var, Riçard. Onun valideynləri 1974-cü ildə boşanıb və anası biznesmen Hunter Koplandla evlənib. Mauntin Brok Ali Məktəbindən məzun olduqdan sonra Mount Vernon Kollecində memarlıq ixtisasında təhsil almağa başlasa da, bu təhsilini başa vurmayıb. Bunun əvəzinə o, model və aktyorluq karyerasına davam etdi. Koks ingilis, şotland, uels, irland və alman əsillidir. == Evlilik və ailə == 12 iyun 1998-cu ildə Koks David Arqette ilə evlənib.
Laverna Koks
Laverna Koks (ing. Laverne Cox; 29 may 1972, Mobil, Alabama) — ABŞ aktrisası.
Riçard Koks
Riçard Koks (ing. Richard Cocks; 1566 – 1624) – 1613-1623-cü illərdə Ost-Hind şirkətinin Yaponiya postunun meneceri. Onun Yaponiyadakı biznes fəaliyyətləri uğursuzluqla nəticələnmişdir. Yaponiyadakı həyatı boyunca yazdığı zəngin informasiyalı gündəliyi ilə tanınır. 1565-ci ildə xırda torpaq sahibi Robert Koksun üçüncü oğlu kimi doğulmuşdur. Ost-Hind şirkəti Hirado limanında (indiki Naqasaki prefekturası) ticarət postu qurmaq üçün Riçard Koksun başçılığı altında bir çox taciri Yaponiyaya göndərmişdir. Koks iki dəfə Edo şəhərini ziyarət etmişdir. 1616-cı ildəki ilk ziyarəti zamanı şoqun Tokuqava Hidetada ilə qısa görüşü baş tutmuşdur. Lakin ingilislərin Yaponiyadakı ticarət fəaliyyətləri uğursuzluqla nəticələnmişdir. Hirado limanı ticarət üçün əlverişsiz idi, eləcə də, holland və portuqal tacirlər Yaponiyada ingilislərlə rəqabət aparırdılar.
Brayn Koks
Brayn Koks (1 iyun 1946[…], Dandi, Şotlandiya) — şotland film və teatr aktyoru.
Alan Koks (aktyor)
Alan Koks (ing. Alan Cox; 6 avqust 1970, London) - Böyük Britaniya aktyorudur. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir.
De Koksdorp
De Koksdorp — Şimali Hollandiya əyalətində bir şəhərcik. Teksel bələdiyyə qurumunu tabeliyindədir və Den-Helderin şimalında 25 km boyunca uzanır. == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 481 nəfər əhali yaşamaqdadır. 0.21 km2 Ərazidə 195 yaşayış məntəqəsi mövcuddur.
Koksartroz
Koksartroz — bud-çanaq oynağının zədələnməsi. Bud-çanaq oynağı bədən yükünü daşıdığı üçün aşınmağa və sıradan çıxmağa ən sıx məruz qalan oynaqlardandır. Bu xəstəlik tibb dilində koksartroz, el arasında duzlaşma olaraq bilinir. Bütün oynaqlar kimi bud-çanaq oynağının da həm oynaq başı, həm oynaq yuvası qığırdaqla örtülür. Qığırdaq səthi hamardır və iki sümüyün bir-biri üzərində ağrısız və minimal sürtünmə ilə sürüşməsini təmin edir. Bu oynaq qığırdağının pozulması və aşınmasına duzlaşma vəya koksartroz deyilir. Əslində el arasında deyilən duzlaşma ilə heç bir əlaqəsi yoxdur. Xəstələrdə ilk şikayətlər səhər yerindən qalxarkən qasıqda və budun ön-iç tərəfinə yayılan ağrı və narahatlıq hissinin olmasıdır. Ağrı hərəkət edərkən artır, istirahətlə azalır. Bu şikayətlər digər bud-çanaq oynağı xəstəliklərində də rast gəlinir.
Koksidilər
Koksidilər (lat. Coccidiasina) — Sporlular və ya Apikompleksa lat. Apicomplexa tipinə aid olan ibtidai yarımsinfi. Koksidilər həyat dövriyyəsinin çox hissəsində hüceyrədaxili parazitdirlər. Əksəriyyətində cinsi və qeyri-cinsi çoxalmanın növbələşməsi gedir. İzoqomiya və anizoqamiya kəskin nəzərə çarpır. Mikroqamont və ya dişi qamont yalnız bir makroqametə başlanğıc verir. Formalaşma prosesində o, böyüyür, lakin nüvədə dəyişiklik baş vermir. Makro-qamontlar və ya erkək qamontlar isə dəfələrlə bölünür və çoxsaylı qametlərə başlanğıc verir. Koksidikimilər sinfinə daxil olan nümayəndələr insanda və heyvanda daha ağır xəstəliklər törədir.
Kokslaşma prosesi
Kokslaşma prosesi – ağır xammalın bərk koksa və daha aşağı temperaturda qaynayan məhsullara çevrilməsi prosesidir.Bu məhsular neft emalının digər proseləri üçün (qiymətli mühərrik yanacaqları almaq üçün) xammal kimi yararlıdır. Kimya nöqteyi- nəzərdən kokslaşma reaksiyalarına dərin termiki krekinq prosesi kimi baxılır və onun son məhsullarından biri koksdur ki, o da əsasən karbondan ibarətdir. Əslində əmələ gələn koks müəyyən miqdar uçucu madələrə və yüksək tempetraturda qaynayan karbohidrogenlərə malik olur. Uçucu maddələri kənarlaşdırmaq üçün koks 980-dan 13250C-ə qədər temperaturda közərdilir. Kokslaşma,- əsasən katalitik krekinq üçün xammal komo yararlı qazoyl almaq üçün istifadə olunur. Bu, prosesdəki katalizatorun kokslaşma surətinin azalmasına şərait yaratdı və krekinq qurğusunun istehsal gücünü artırdı. Əlavə üstünlük, istifadə edilən katalitik krekinq xammalında metalların miqdarının az olması idi. Son illərdə kokslaşma ilə həmçinin psevdosıxılmış şəraitdə katalitik krekinqin və katalizatordan təmizlənmiş katalitik krekinq qalıqlarının da emalı həyata keçirilir. Kokslaşma nəticəsində keyfiyyətli iynəvari koksla yanaşı, hidrikrekinq prosesi üçün də xammal alınır. Ləngidilmiş kokslaşma qurğularında, həmçinin daş kömür qətranı da emal olunur.
Koksaki virus
Koksaki-1948-ci ildə Doldorf və skli ABŞ-ın Koksaki adlanan yerində uşaqlardan yeni bir virus almışdır. == Haqqında == Bu virus öz antigen xassələrinə görə poliomielit virusundan fərqələnir.Bu viruslara daha tez rast gəlinir. Məşhur alim Doldorf bu virusları 2 əsəs qrupa A və B qruplarına ayırır.Insanda torətdiyi patogenezi və infeksiya mənbəyi poliomielit virusunda olduğu kimidir.Poliomielit virusundan fərqli olaraq koksaki virusu çox müxtəlif xəstəlik törədir. Virusun A forması insanda poliomielitdən fərqlənərək iflic,tənəffüs yolları xəstəliyi,meningit səpkili qızdırma ilə keçən xəstəliklər törədir. == Diaqnoz == Virusun alınması və seroloji reaksiyaların köməyi ilə qoyulur.Əsasən sicanlara yoluxdurulur.Yoluxdurulmuş siçanlarda 3-5 gündən sonra ətraf hissələrin paralici inkişaf edir.B qrup viruslar hüceyrə kulturasına yüksək sitopatik təsir göstərir.Seroloji diaqnostika üçün hüceyrə kulturasında neytralizasiya reaksiyasında istifadə edilir. == Müalicəsi == Proflaktikası sanitar-epidemioloji tədbirlər əsasında qurulur.Müakicəsi çox geniş aparılır.Əsasən qammaqlobulindən istifadə edilir.
Koksiqodiniya
Koksiqodiniya — büzdüm nahiyəsində müşahidə edilən ağrılardır. Əksər hadisələrdə xəstəliyin əsasında büzdüm nahiyəsinin travmaları durur. Qadınlarda kişilərə nisbətən 3 dəfə çox rast gəlir.
M-1978 Koksan
M-1978 "Koksan" (koreya dilində: 곡산포; rus dilində: Чучхе-по Rom: Juche-po, ilk göründüyü şəhərin şərəfinə özüyeriyən haubitsaya Qərbdə verilən ad) Şimali Koreyanın 170 mm-lik özüyeriyən artilleriya qurğusudur. Özüyeriyən haubitsa sinfinə məxsusdur. Atış tezliyi 5 dəqiqədə 1–2 atışdır. Maksimum sürəti 40 km olub, əməliyyat mənzili 300 km təşkil edir. Asma sistemi burulma çubuğudur. Haubitsanın effektiv atəş məsafəsi ~40 km (standart döyüş sursatı) və 60 km (gücləndirilmiş sursatlarla) təşkil edir. Maksimum atəş məsafəsi isə 60 km (RAP dövrəsi ilə) təşkil edir. == Təsviri == Texnika haqqında məlumat olduqca məhduddur. Məlumdur ki, bu texnika, KXDR-də istehsal edilmiş (və ehtimal ki, işlənib hazırlanmış) T-54, T-62 və ya Type 59 tanklarının şassisinin üstündə açıq qüllənin quraşdırıldığı 170 mm-lik artilleriya silahıdır. KPA Journal jurnalında bildirilmişdir ki, texnika 1960-cı illərdə Sovet İttifaqı tərəfindən İkinci dünya müharibəsində ələ keçirilmiş olan Alman 17 cm Kanone 18 toplarının və ya Yapon 150 mm Tip 96 haubitsalarının Şimali Koreyaya verilmiş olan modellərinin dizaynları əsasında inkişaf etdirilə bilərdi.

Значение слова в других словарях