Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barelyef
Barelyef(fr. bas-relief) —heykəltaraşlığın növü. Barelyef – “baş” relyef sözündən götürülmüş alçaq relyef deməkdir. Memarlıq və dekorativ tətbiqi sənətdə geniş yayılmış bəzək növüdür. Barelyefdən əsasən bəzək qəpiklərdə xatirə lövhələrində, orden və medallarda istifadə olunur.
Qorelyef
Qorelyef — heykəltəraşlıq növü. Qorelyefdəki təsvirlər qabarıq olur.Həmin təsvirlərin həmçinin yarıdan çox hissəsi yastı səthdən qabağa çıxır. qorelyef təsvirləri bəzən səthə toxunur, bəzən isə onun ayrı-ayrı detalları səthdən ayrılır.Monumental-dekarativ qorelyeflərdən memarlıq bəzəklərində geniş istifadə olunur. Perqamdakı Böyük Zevs mehrabının qorelyef təsvirləri, Karl Marksın portreti, "26 Bakı komissarının güllələnməsi" abidəsi ən yaxşı qorelyef nümunələrindəndir.
Relyef
Relyef (fr. Relief) — Yer sethinin relyef formalaının cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V. V. Dokuçayev, N. M. Sibirtsev, Q. N. Vısotskiy, S. A. Zaxarov, S. S. Nestruyev, B. B. Polınov, V. R. Vilyams, İ. P. Gerasimov və başqalarının əsərləri həsr olunmuşdur. == Geomorfoloji termin == RELYEF- (rus. рельеф, ing. relief, topography) /lat.relevo, fr. relief- qaldırıram/- görünüşünə, ölçülərinə, mənşəyinə, yaşına və inkişaf tarixinə görə fərqlənən, yer səthinin nahamarlıqlarının /formalarının /məcmusu. R. yüksəklikləri əmələ gətirən müsbət və çökəkləri ifadə edən mənfi formalardan təşkil olunmuşdur. Miqyasına görə planetar, meqa, makro, mezo, mikro və nano formalara ayrılır.
Akkumlyativ relyef
Akkumulyativ relyef (lat. accumulation-toplamaq, relief-çıxıntı) — dəniz, çay, göl, buzlaq, eol çöküntülərinin, qravitasiya və vulkan məhsullarının toplanması nəticəsində əmələ gəlmiş relyef formalarının məcmusu. == Ümumi məlumat == Akkumulyativ relyefi mənşəyinə görə çay (Allüvial düzənliklər, deltalar, terraslar və s.), delüvial (şleyflər, çıxarma konusları, örtüklər və s.), qravitasiya (uçqunlar, soliflüksiya terrasları), dəniz və göl (sahil tirələri, çimərliklər, sahilboyu düzənliklər və s.), buzlaq (kamlar, ozlar, drumlinlər, zandr çölləri, moren tirələri və s.), vulkanik (vulkan konusları, lava örtükləri, traplar və s.), vulkanoid (palçıq vulkanları, salzalar), orqanogen (tor)luqlar, termit qurğuları və s.), texnogen və antropogen akkumulyativ relyef formalarına ayırırlar. == Akkumuliyativ relyef formaları == su, külək, buzlaq çöküntülərinin, vulkanın püskürmə materiallarının və insanın təsərrüfat fəaliyyətinin yaratdığı relyef formaları.Sürüşmələr, soliflüksiya terrasları: dəniz və göl-sahil valları, çimərliklər, sahilyanı düzənliklər: buzlaq-moren təpələri, kamlar, ozlar, drumlinlər,zandrlar: eol-dyunlar, barxanlar, subaeral lyoss örtükləri: vulkan konusları, lava örtükləri və axımları: vulkanoidlər-palçıq sopkaları: orqanogen-torflar: texnogen tullantılar, töküntülər və s.A.r.f.yerüstüvə sulaltı növlərə ayrılır.
Akkumulyativ relyef
Akkumulyativ relyef (lat. accumulation-toplamaq, relief-çıxıntı) — dəniz, çay, göl, buzlaq, eol çöküntülərinin, qravitasiya və vulkan məhsullarının toplanması nəticəsində əmələ gəlmiş relyef formalarının məcmusu. == Ümumi məlumat == Akkumulyativ relyefi mənşəyinə görə çay (Allüvial düzənliklər, deltalar, terraslar və s.), delüvial (şleyflər, çıxarma konusları, örtüklər və s.), qravitasiya (uçqunlar, soliflüksiya terrasları), dəniz və göl (sahil tirələri, çimərliklər, sahilboyu düzənliklər və s.), buzlaq (kamlar, ozlar, drumlinlər, zandr çölləri, moren tirələri və s.), vulkanik (vulkan konusları, lava örtükləri, traplar və s.), vulkanoid (palçıq vulkanları, salzalar), orqanogen (tor)luqlar, termit qurğuları və s.), texnogen və antropogen akkumulyativ relyef formalarına ayırırlar. == Akkumuliyativ relyef formaları == su, külək, buzlaq çöküntülərinin, vulkanın püskürmə materiallarının və insanın təsərrüfat fəaliyyətinin yaratdığı relyef formaları.Sürüşmələr, soliflüksiya terrasları: dəniz və göl-sahil valları, çimərliklər, sahilyanı düzənliklər: buzlaq-moren təpələri, kamlar, ozlar, drumlinlər,zandrlar: eol-dyunlar, barxanlar, subaeral lyoss örtükləri: vulkan konusları, lava örtükləri və axımları: vulkanoidlər-palçıq sopkaları: orqanogen-torflar: texnogen tullantılar, töküntülər və s.A.r.f.yerüstüvə sulaltı növlərə ayrılır.
Antropogen relyef
Antropogen relyef — insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranmış və ya dəyişdirilmiş yer səthinin relyef formalarının məcmusuna deyilir. Antropogen relyef şüurlu, məqsədyönlü və kortəbii təsir nəticəsində yarana bilər. Məqsədyönlü antropogen relyefə misal olaraq yamacların terraslaşdırılmasını, suvarma və drenaj kanallarının, bəndlərin inşasını, kortəbii antropogen relyeflərə isə yarğanları, hərəkət edən qum barxanlarını, səth çökmələrini və s. göstərmək olar.
Arid relyef
Arid relyef- Səhralarda, yarımsəhralarda və quru çöllərdə səhra aşınmasının, eol fəaliyyətinin, səthi yuyulmanın, müvəqqəti axımların eroziyası və b.təsiri ilə yaranmış relyef formalarının məcmu.
Bar (relyef)
Bar (relyef) — qumdan ibarət olan su altı say olaraq çayların mənsəbində yerləşir. Dəniz və çay axınlarının birləşdiri yerdə əmələ gəlir. Çayın gətirdiyi çöküntünün və dəniz axınlarının sahilə çıxartdığı qumların bir yerə toplanması ilə əlaqədardır.
Barik relyef
Barik relyef- Yer səthində atmosfer təzyiqinin alçaq və yüksək sahələrinin bölgüsüdür.Barik relyef yüksək zonalar üzrə yerləşir və yeddi zonadan ibarətdir:şimal qütb yüksək təzyiq zonası və cənub qütb yüksək təzyiq zonası, şimal mülayim alçaq təzyiq zonası və şimal subtropik yüksək təzyiq zonası və cənub subtropik yüksək təzyiq zonası ,ekvator boyu alçaq təzyiq zonası.
Biogen relyef
BİOGEN RELYEF – bioenozların təsiri nəticəsində yaranan relyef. Uzun dövr ərzində bitki qruplarının ölü kütləsinin akkumulyasiyası (fitogen relyef) nəticəsində yaranın mezorelyef (məs. torfun), uzun dövr ərzində duzların yuyulması nəticəsində bitkilərin yaratdığı mikrorelyef (səhra və yarımsəhra zonasında), qum və narın torpaq hissəciklərinin bitkilərin ətrafında akkumulyasiyası (məs. yulğun kollarının, cilin və s.) nəticəsində yaranan mikro və ya nanorelyef, dağ yamaclarında eroziya prosesi nəticəsində kolların ətrafında yaranan təpəciklər və ya bitkisiz sahələrdə əmələ gələn çala- çuxurlar, heyvanların fəaliyyətilə yaranan (məs. gəmiricilər), cücülərin (qarışqa koloniyası) və məməlilərin yaratdığı (qabanın eşdiyi sahələr) zoogen relyeflər.
Eol relyef
Eol relyef- arid iqlim şəraitinə malik olan vilayətlərdə küləklərin fəaliyyəti nəticəsində əmələ gəlmiş relyef formaları. E.r. bütün enliklərdə güclü küləklərin hakim olduğu ərazilərdə də müşahidə edilir. E.r.formaları müxtəlifliyi ilə fərqlənir: akkumuliyativ, akkumuliyativ-deflyasion/ barxanlar, dyunlar, qum tirələri/, yardanqlar, şəbəkələr/. Küləklərin rejimi ilə əlaqədar olaraq eol relyef formalarının morfologiyası və ölçüləri müxtəlif olur.
Hols relyef
Hols relyef- (rus. гольцовый рельеф, ing. goletic relief) mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Kuest relyef
Kuest relyef(rus. куэстовый рельеф, ing.
Ortadağlıq relyef
Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səth­lərinin qalıqları saxlanılan, zir­və hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttin­dən yuxarı qalxmaması və ya denuda­siyanın təsiri altında alçal­ması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlim­dən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.
Palimpsest relyef
Palimpsest relyef (rus. палимпсестовый рельеф, ing. palimpsest relief) palimpsest- qədim pozulmuş yazısı görünən perqamentlər/- ek­zogen proseslər vasitəsilə preparatlaşma zamanı əvvəllər basdırılmış struktur - petroloji xüsusiyyətləri aşkar edilən qədim /relikt/, qazılıb çıxarılmış və irsi relyef formalarını ifadə etmək üçün işlədilən, termin.
Qobulu relyef
Qobulu relyef(rus. балочный рельеф, ing. balka-relief) — yastı, dalğalı relyefi və sıx qobu şəbəkəsi ilə səciyyələnir. Meylliyi suayrıcı sahəsində 1-1,50, yamacların yuxarı hissəsində 3-40, yamacların orta hissəsində 7-80-dən çoxdur.
Relikt relyef
Relikt relyef-/ lat. relictum-qalıq/- (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Relyef tipi
Relyef tipi- (rus. тип рельефа, ing. relief type, type of relief) yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Relyef xəritələri
Relyef xəritə­ləri- (rus. карты рельефа, ing. maps of relief) qurunun, dəniz dibinin və ya başqa fəza cismləri səthinin relyefini əks etdirir. Hipsometrik, batimetrik, geomorfoloji, morfo­metrik, fizioqrafik xəritələrə, eləcə də relyefin parçalanması və yer səthinin eroziyadan, deflyasiyadan və b. mənfi təbii və texnogen amillərdən mühafizə tədbirləri və s. xəritələrə ayırırlar.
Tombolo (relyef)
Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəyifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir.
Zirehlənmiş relyef
Zirehlənmiş rel­yef – (rus. бронированный рельеф, ing. armoured landforms) uzun müddət aşınma və digər denudasiya amillərinə məruz qalan, altında yatan və aşınma proseslərinə qarşı davamsız süxur­ları aşınmadan qoruyan bərk süxur laylarının cilalanmış səthinə uyğun gələn, yayla, plato, ada şəkilli yüksəkliklər və zirvələr. Zirehlənmiş relyef bəzən inversiya nəticəsində yaranır /sink­linal dağ silsilələri və s./.
Çalalı relyef
Çalalı relyef- barxanlı relyefin analoqu; Ç.r. töküntü yamacı qarşısında üfürülmə çuxurun /çala\ əmələ gəlməsi ilə fərqlənir.Bir-birinə qarşı yönəlmişeyni güclü mövsümi küləklər zamanı köndələn tirələr, bir istiqamətli küləklərin üstünlüyü zamanı isə hakim küləklərə doğru yönəlmiş. "bığlı"tirələr formalaşır. Hündürlükləri 10-70m, diametri 80-200 m arasında tərəddüd edir. Orta Asiyanın qumlu səhralarında, əsasən dağətəyi rayonlarda geniş yayılmışdır.
Arid-denudasion relyef
Arid-denudasion relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid və əlverişli struktur-litoloji quruluşa malik ərazilərdə geniş inkişaf etmişdir. == Arid-denudasion relyef formaları == Arid-denudasion, relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid iqlimə və əlverişli struktur-litoloji qurluşa malik ərazilərdə geniş inkişaf etmişdir Suffozion-çökmə qıfları tərkibində asan həll olunan mineralların iştirak etdiyi lyoss gillərindən təşkil olunmuş Kür-Araz, Naxcıvan, Səbadüzü, Nəvahi, Ceyrançöl çökəkliklərinin yanlarında və Qusar-Dəvəçi və Lənkəran-Muğanının dağətyi hissəsində yayılmışdır. Bu cür formalara suvarılmanın düzgün aparılmadığı bəzi sahələrdə də təsadüf edilir (məs. Gəncə-Qazax düzənliyinin Kürboyu zonasında olduğu kimi. Gil karstları və onun formaları Cənub–Şərqi Qafqazın dağətəyində, Abşeron yarımadasının qərb hissəsində, Qobustanda, Ceyrançöl və Acınohur alçaq dağlığında, Həkəri çayının aşağı hissəsində, Naxçıvan çökəkliyində, Lənkəran Muğanının dağətəyi hissəsində və Kür çökəkliyinin daxili qalxmalarında inkişaf etmişdir. Gil karstlarının əmələgəlmə şəraitinin, onların morfoloji xüsusiyyətlərinin təhlili göstərir ki, bu prosesdə suların eroziya (mexaniki) fəaliyyəti mühüm rol oynayır. Suların yeraltı eroziyası morfoloji cəhətdən klassik karstı xatırladan, ancaq əmələgəlmə mexanizminə görə ondan kəskin fərqlənən formalar yaradır. Süxurların litoloji tərkibi və çatlılıq xüsusiyyətləri gil karstlarının morfologiyasına əsaslı təsir göstərir. Bunları əsas götürərək D. A. Lilienberq (1955) və N. Ş. Şirinov (1975) gil karstlarının — ana süxurlarda, delüvial və terras çöküntülərində və palçıq vulkanı brekçiyalarında inkişaf edən tiplərini ayırmışlar. Birinci tip gil karstları üçün yeraltı dəhlizlər vasitəsi ilə bir-biri ilə əlaqədar olan quyular, şaxtalar, çökmə qıflar xarakterik olub, Dəvəlidağ, Dəlikdaş, Dostubazı və b.
Eol relyef formaları
Eol relyef formaları küləyin təsiri nəticəsində əmələ gəlmiş relyef formalarına deyilir. Bu proses təkcə yer kürəsində deyil, digər plantlərdə də, o cümlədən Marsda müşahidə olunur. == Terminalogiya == Eol sözü qədim yunan mifalogiyasında külək tanrısı Aeolusun adından götürülmşüdür. == Əmələgəlmə == Eol prosesi zamanı, külək qalaq və çöküntü qırıntılarını bir yerdən başqa yerə özü ilə nəql etdir. Eol xüsusiyyətləri əsas etibarı ilə küləyin eroziya mənbəyi olduğu yerlərdə nəzərə çarpır. Yəni həmin yerlərdə rütubət çatışmamazlığı nəzərə çarpır. Hissəciklər qum, çöküntü və gil ölçüsündə yığılır. Hissəciklər küləyə qoşularaq prosesdə iştrak edir. Hissəciklərin sürünməsi səthdə diyirlənmə və sürtünmə nəticəsində baş verir. Qaldırılma isə, Bernoulli prinsipinə əsasən yerdən qalmxa sayəsində baş verir.
Fluvial relyef formaları
Fluvial — (lat. fluvius-çay) axar suyun (su-eroziya və su-akkumulativ) yaratdlğı morfoskluptur mezorelyef formasıdır. Qütb buz zonlarında axan buzlaqlar formasında, qalan quruda çay qolları və çaylar şəklində formalaşır. Axar su hər yerdə iş görür və onun yaratdığı relyef formaları universaldır. Hətta tropik səhralarda da meydana gəlir. Flüvial geomorfoloji komplekslər bütün quru sahəsinin yarısından çoxunu (59 %) tutur. == Ümumi məlumat == V.V.Dokuçayev hələ 1878-ci ildə göstərmişdir ki, eroziya formaları təkamül sırları təşkil edir. Səthi yuyulma xətti yuyulmaya keçdikdə eroziya parçalanmasının başlanğıc formalarını eroziya şırnağı və şırım yaradır. Eroziyanın qarşısı vaxtında alınmayanda eroziya şırnağı genişlənərək yarğanlara, yarğanlar da müəyyən vaxtdan sonra qobuya və ya quru dərələrə çevrilir. Su axını sabit olduqda çay dərələri inkişaf edir.