KOLLU

прил. кустарниковый (поросший кустарником). геогр. Kollu bozqır кустарниковая степь, kollu tundra кустарниковая тундра
KOLLOKVİUM
KOLLU-KOSLU
OBASTAN VİKİ
Kollu
Kollu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Kollu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Kollu (Daşkəsən)
Kollu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd kolluq ərazidə bina edildiyi üçün belə adlandırılmışdır. == Tarixi == Kəndin köhnə adı Köhnəqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrin sonunda Qarabağdan köçüb gəlmiş Məhərrəm adlı şəxs salmışdır. Hazırda kənddə məhərrəmli nəsli mövcuddur. Sonralar kənd əhalisi qərbə doğru 1–2 km. kəndin yerini dəyişmiş, əvvəlki yer isə Köhnəqışlaq adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Kollu kənd kitabxana filialı, Kollu kənd klubu fəaliyyət göstərir.
Kollu (Gədəbəy)
Kollu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Göyəli inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Gədəbəy rayonunun Göyəlli kənd ərazi vahidinin Kollu kəndi Şınıx kənd ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndi XIX əsrdə Qazax mahalının Dəmirçilər kəndindən gəlmiş Mahmud adlı şəxs kolluq sahədə saldığı üçün belə adlandırılmışdır. Hazırda kənddəki nəsillərdən biri mahmudlu adlanır. Kəndin şimal-qərbində isə Mahmudun yeri adlı sahə var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 281 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları
Kiçik Asiya kolluq siçanı
Kiçik asiya kolluq siçanı (lat. Microtus majori) , (Rodentia) dəstəsindan bir Məməli növü.
Kolludərə (Təbriz)
Kolludərə (fars. كلوكدرق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər yaşayır (22 ailə).
Kolluq atlanqaçı
Kolluq atlanqaçı (lat. Elephantulus intufi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Kolluq dukeri
Kolluq dukeri (lat. Sylvicapra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Kolluq qaytarması
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Kolluqışlaq
Kolluqışlaq — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd. Kolluqışlaq kəndi dağətəyi ərazidədir. Əvvəllər burada Pirdavudan kəndinin (İrəvan quberniyası) qışlağı olmuşdur. Qışlaq kollu-koslu olduğu üçün belə adlandırılmışdır. Sonralar burada salınmış kənd də həmin adı almışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Şelkovnikov kolluq çöl siçanı
Şelkovnikov kolluq çöl siçanı (lat. Microtus schelkovnikovi) — Rodentia dəstəsindan bir Məməli növü. == Təsviri == Bədəninin uzunluğu 107 mm, quyruğunun uzunluğu 18–24 mm-ə qədər, çəkisi 7–10 qramdır. Üst tərəfinin rəngi tünd boz, qonurumtul çalarlıdır. Quyruğu aşkar ikirənglidir. Dişilərdə 4 cüt əmzik var. == Yayılması == Şelkovnikov çöl siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. Onun İranda Elburs dağının şimal yamaclarında yaşaması ehtimal edilir. == Yaşayış yeri və həyat tərzi == 150–1000 m hündürlükdə meşələrdə tökülmüş yarpaqların və lianların arasinda yaşayır. Əldə edilmiş dişilərdə 3–6 rüşeym aşkar edilmişdir.
Adi kolluq dukeri
Adi kolluq dukeri (lat. Sylvicapra grimmia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin kolluq dukeri cinsinə aid heyvan növü.

Значение слова в других словарях