Şelkovnikov kolluq çöl siçanı
Şelkovnikov kolluq çöl siçanı (lat. Microtus schelkovnikovi) — Rodentia dəstəsindan bir Məməli növü.
== Təsviri ==
Bədəninin uzunluğu 107 mm, quyruğunun uzunluğu 18–24 mm-ə qədər, çəkisi 7–10 qramdır. Üst tərəfinin rəngi tünd boz, qonurumtul çalarlıdır. Quyruğu aşkar ikirənglidir. Dişilərdə 4 cüt əmzik var.
== Yayılması ==
Şelkovnikov çöl siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq
meşə əraziləri ilə məhdudlaşır. Onun İranda Elburs dağının şimal yamaclarında yaşaması ehtimal edilir.
== Yaşayış yeri və həyat tərzi ==
150–1000 m hündürlükdə meşələrdə tökülmüş yarpaqların və lianların arasinda yaşayır. Əldə edilmiş dişilərdə 3–6 rüşeym aşkar edilmişdir.