Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları - Bu landşaft kompleksi Böyük-Qafqazın Cənub-Şərq yamacında 500–550 m-dən 800–900 m yüksəkliyə kimi bir-birindən izolə olunmuş çay dərələri yamaclarında yayılmışdır. Bu ərazilərin relyefi orta dərəcədə parçalanmışdır. Çay dərələri nisbətən relyefi orta dərəcədə parçalanmışdır. Çay dərələri nisbətən meyilli terraslanmış yamaclardan ibarətdir. Dağ yamacları qalın delüvial çöküntülərlə örtülmüşdür. Alçaqdağlığın bitki örtüyü iqlim şəraitinə uyğun olaraq quraqlıq sevən bitkilərdən ibarətdir.
Alçaqdağlığın meşə landşaftı insanların təsərrüfat fəaliyyəti nəticəsində kəskin pozulmuşdur. Qırılmış meşə sahələrinin yerində ya əkin sahələri ya da yaşayış məntəqələri salınmışdır.
Alçaqdağ meşə landşaftının iqlim şəraiti bir sıra amillərdən, xüsusilə düzənlik sahələrdə həmsərhədlilik, yamacların səmtliyindən və s. asılı olaraq formalaşmışdır.