kondisiya

kondisiya
kondisioneryığma
kondisiyaedici
OBASTAN VİKİ
Havanın kondisiyalaşdırılması
== Havanın kondisiyalaşdırılması == Bağlı yerlərdə (bina daxilində, otaqda), nəqliyyat vasitələrində və s.-dəki hava mühitinin parametrlərinin (havanın temperaturunun, nisbi nəmliyinin, tərkibinin və təzyiqinin) adamların səhhəti üçün, bəzi istehsalat prosesləri aparmaq, avadanlıq, məhsul saxlamaq və s. üçün ən əlverişli hədlərinin yaradılması və onların avtomatik olaraq saxlanılması. Havanın kondisiyalaşdırılması sistemlərindən yaşayış (cənub rayonlarında), ictimai, mülki, sənaye binalarında, təyyarə salonlarında, qatar, avtomobil və gəmilərdə, elmi tədqiqat institutlarında, arxiv, muzey, səhiyyə ocaqları, isti şitilliklər və s.-də istifadə edilir. Havanın kondisiyalaşdırılması sistemi, əsasən, havanı tozdan təmizləmə, qızdırma, soyutma, qurutma və nəmləşdirmə, habelə onun parametrlərini avtomatik tənzimləmə, idarə və nəzarət vasitələri ilə təchiz edilir. Havanın kondisiyalaşdırılması üçün kondisioner adlı aqreqatlardan istifadə olunur.
İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması
İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması ( İVHK ) dedikdə, qapalı məkanda havanın temperaturu, rütubəti və təmizliyinə nəzarət etmək üçün müxtəlif texnologiyaların istifadəsi mənasını daşıyır. İVHK-nın əsas məqsədi, daxili mühitdə komfort və normalar üzeə qəbuledilən daxili hava keyfiyyətini təmin etməkdir. İVHK sisteminin layihələndirilməsi isə, termodinamika, mayelər mexanikası və istilik ötürülməsi prinsiplərinə əsaslanan mexanika mühəndisliyinin alt sahəsi hesab olunur. İVHK sistemləri, çoxmənzilli binalar, otellər və yaşayış kompleksləri kimi inşaat strukturlarının mühüm hissəsi hesab olunur; buraya göydələnlər və xəstəxanalar kimi orta və böyük sənaye və ofis binaları; avtomobillər, qatarlar, təyyarələr, gəmilər və sualtı qayıqlar kimi nəqliyyat vasitələrini də əlavə etmək mümkündür. Havalandırma və ya ventilyasiya (İVHK-də "V") dedikdə, yüksək daxili hava keyfiyyətini təmin etmək üçün hər hansı bir məkanda havanın dəyişdirilməsi prosesi nəzərdə tutulur. Bu prosesə, temperaturun idarə edilməsi, oksigenin içəriyə vurulması və nəm, qoxular, tüstü, istilik, toz, bakteriyalar, karbon qazı və digər qazlar və havanın daxili mühitdən çıxarılması daxildir. İçərinin havalandırılması, havadakı xoşagəlməz qoxuları və həddindən artıq nəmi aradan qaldırır, xarici havanı zonaya daxil edir, daxili bina havasını dövr etdirir və daxili zonada havanın durğunluğunun qarşısını alır. Binanın havalandırılması üsulları mexaniki/məcburi və təbii növlərə bölünür. == Ümumi baxış == İstilik, ventilyasiya və havanın kondisiyalaşdırılmasının üç əsas funksiyası bir-biri ilə əlaqəlidir və bunun əsas səbəbi, otağın daxilində məqbul quraşdırma, istismar və texniki xidmət xərcləri daxilində rahatlıq və məqbul daxili hava keyfiyyətini təmin etməkdir. İVHK sistemləri həm məişət, həm də kommersiya mühitində istifadə edilə bilər.

Значение слова в других словарях