Korb

der; -(e)s, -¨e 1. səbət, gövdə; 2. (kleiner ~) cəvərən
Koranvers
Korbball
OBASTAN VİKİ
Ceremi Korbin
Ceremi Bernard Korbin (ing. Jeremy Bernard Corbyn; 26 may 1949[…]) — Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri. Özünü demokratik sosialist sayır. == Siyasəti və baxışları == === Milli və konstitusiya məsələləri === Korbinin şəxsi istəyi Britaniyanın respublika olmasıdır. Lakin, o deyib ki, monarx ailəsinin populyarlığı nəzərə alaraq, "bu mənim vuruşduğum döyüş deyil". === İqtisadiyyat === Korbin British Rail və enerji şirkətlərin kimi ictimai infrastrukturunun yenidən milliləşdirməsinin tərəfdarıdır. === Xarici siyasət === Korbin özünü tam pasifist saymır. Onun sözlərinə görə, İspaniya vətəndaş müharibəsi, Britaniya qul alverçiliyi durdurmaq üçün törətdiyi blokadası və BMT-nin 1999-cu ilin Şərqi Timordaki konfliktdəki rolu haqq qazandırıla bilən konfliklər olduğunu deyib. Halbuki, müharibə və zorakılığa müqavimət "həyatının tam mənasıdır". O, 2003-cü ilin İraq müdaxiləyə, Əfqanıstan müharibəsinə, 2011-ci ilin Liviyaya müdaxiləyə, Suriyada Əsədə qarşı hücumlara və DAİŞ-ə qarşı hərbi hərəkətlərə qarşı çıxırdı və Stop the War Coalition hərəkətinin sədri olmuş.
Korbelen
Korbelen (fr. Corbelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Bovuazen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38043. Kommunanın 1999-cu il üçün əhalisi 2079 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Korben Şarrah
Korben Şarrah (20 aprel 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Korben Şarrah ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Korben Şarrah 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.876 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 1:05.902 saniyəlik nəticəsi ilə 16-cı yeri tutdu.
Korbin Blyu
Korbin Blyu (ing. Corbin Bleu Reivers; 21 fevral 1989, Bruklin, Nyu-York ştatı). Amerikalı kino aktyoru və film prodüseri və model və müğənnisi. O hit Disney Channel orjinal filmidir, "Orta məktəb tamaşası" (2006)-ci ildə Çad Danforth rolu qazandı. == Həyatı == Korbin Blyu 1989-ci ildə ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində dünyaya gəlmişdir. O uşaqlıqdan musiqi alətlərinə maraq göstərmişdir. Özləri də sənət adamları olduqlarına görə valideynləri Nikə həmişə dəstək olmuşlar. Korbin artıq 4 yaşında istedadlı aktyor kimi tanınmışdır. == Filmoqrafiya == == Diskoqrafiya == === Albomlar === 2006 — Digər Tərəfdən (Another Side) 2009 — Speed of Light === Sinqllar === 2006 — "Push It to the Limit" 2007 — "Deal with It" 2008 — "Run It Back Again" 2009 — "Moments That Matter" 2009 — "Celebrate You" === Saundtreklər === 2006: Orta məktəb müzikli 2007: Tullan, görüm!
Korbinian Burger
Korbinian Burger (27 aprel 1995-ci ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Sonnenhof Qrosaşpax klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Qroyter Fürth === Burger Bayern Münhen akademiyası vasitəsilə inkişaf etmişdir. 28 iyul 2017-ci ildə o, Qroyter Fürth klubuna transfer olmuşdur. O, peşəkar karyerasında debütünü 13 avqust 2017-ci ildə Morlautern klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Almaniya Kuboku görüşündə Qroyter rəqibinə 5-0 hesabı ilə qalib gəlmişdir. === Sonnenhof === 16 iyul 2018-ci ildə Burger Sonnenhof Qrosaşpax klubu ilə müqavilə imzalamışdır. Burger klub ilə debütünü 28 iyul 2018-ci ildə Karl Zeiss Jena klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 3.Bundesliqa görüşündə Sonnenhof rəqibinə 2-3 hesabı ilə məğlub olmuşdur.
Korbolko
Korbono
Korbono (fr. Corbonod) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sesel kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01118. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 89 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1176 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 721 nəfər arasında 515 nəfər iqtisadi cəhətdən aktiv, 206 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 71,4, 1999-cu ildə 59,3%). 515 aktiv sakindən 477 nəfər işləyirdi (264 kişi və 213 qadın), 38 nəfər işsizdir (15 kişi və 23 qadın).
Korbulaq
Korbulaq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Korbulaq (Ağbaba) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki. Qızılqoç (Qukasyan) rayonunda kənd. == Həmçinin bax == Korcabulaq — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Korcabulaq (bulaq) — Laçın rayonunun Quşçu kəndində bulaq.
Korbulaq (Abaran)
Korbulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Kənd 1972-ci ilə kimi İrəvan Quberniyasının Aleksandropol qəzasının, sonra Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun inzibati-ərazi bölgüsündən çıxarılıb yaradılan Alagöz (Araqadz) rayonunun tərkibinə daxil edilmişdir. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim "çıxış yolu olmayan", "gözü olmayan (bulaqda), yarıda quruyan" mənasında işlənən kor sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. "Kor" sözü "Kor çay" hidronimində "heç bir hövzəyə tökülməyib yarıda quruyan çay" mənasında işlənmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.
Korbulaq (Ağbaba)
Korbulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki. Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni dilinə kalka edilərək Korağbyur (Korbulaq) formasında mənbələrdə işlədilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Saxkaşen, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Tsizavet qoyulmuşdur. == Toponimi == Toponim Azərbaycan dilində "gözü görünməyən, suyun çıxdığı yer görünməyən", "yarıda quruyan", "yerin səthinə başqa yerdən çıxan" mənasında işlənən kor sözü ilə bulaq sözündən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyni adlı bulağın adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Korbyer (Yuxarı Provans Alpları)
Korbyer (fr. Corbières, oks. Corbièras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Cənub-şərqi Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 957 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 607 nəfər (15-64 yaş arasında) 456 nəfər iqtisadi cəhətdən, 151 fəaliyyətsiz (fəaliyyət göstərici 75.1%, 1999-cu ildə 71.4%) idi. Fəal 456 nəfərdən 417 nəfər (227 kişi və 190 qadın) işləyir, 39 nəfər işsizdir (15 kişi və 24 qadın).
Le Korbuzye
Le Korbuzye (fr. Le Corbusier; əsl adı Şarl-Eduar Jannere-Qri (fr. Charles-Edouard Jeanneret-Gris; 6 oktyabr 1887[…], La-Şo-de-Fon, İsveçrə[…] – 27 avqust 1965[…], Rokbrün-Kap-Marten, Dənizkənarı Alplar, Fransa) — İsveçrəli memar. Yeni müasir memarlığın liderlərindən və memarlıqda rasionalizmin yaradıcılarından biri. İnşaatın sənayeləşdirilməsi ideyası Le Korbuzyeyə məxsusdur.O, yeni material və konstruksiyalardan istifadə etmiş, memarlıq təcrübəsinə lentvari- üfüqi pəncələr,yastı dam-bağ, dayaq sütunlar üzərində ucaldılmış bina və s kimi yeniliklər gətirmişdir. Korbuzyenin yaradıcılığında şəhərsalma problemləri böyük yer tutur. Onun 3 milyon əhali üçün nəzərdə tutduğu müasir şəhərin layihə-dioramasında (1922), Parisin mərkəzinin yenidənqurma planında ("Plan Buazen",1925), Hindistanın Çandiqarx şəhərinin inşasında, Buenos Ayres, Əlcəzair və s şəhərlərini planlaşdırılmasında yeni urbanizm təmayülləri özünü göstərir.
Olqa Korbut
Olqa Valentinovna Korbut (16 may, 1955) —"Minskli sərçə" ləqəbi ilə tanınan keçmiş Belaruslu gimnast. 1972 və 1976-cı illərdə SSRİ komandasının heyətində yarışlarda iştirak edərək, Yay Olimpiya Oyunlarında dörd qızıl və iki gümüş medal qazanıb. Korbut Qrodnoda anadan olub. O, səkkiz yaşında məşqlərə başlayıb və doqquz yaşında Renald Knışın məşqçiliyi ilə Belorusiya idman məktəbinə daxil olub. Burada onun ilk təlimçisi Olimpiya qızıl medalın a sahib (1964) Yelena Volçeskaya olub, ancaq o bir il sonra Knışın qrupunu tərk edib. Başlanğıcda o, Korbutu "tənbəl və şıltaq" hesab edirdi , lakin o həmçinin onun böyük talantının olduğunu və qeyri-adi dərəcədə elastik onurğa sütununa və xarizmaya malik olduğunu da görürdü. Korbut onunla tir üzərində çətin geriyə salto hərəkətlərini öyrənirdi. Olqa Korbut ilk dəfə 1969-cu ildə SSRİ-də təşkil olunmuş yarışda iştirak etdi. O 1969-cu ildə ilk dəfə iştirak etdiyi müsabiqə olan — SSRİ çempionatında beşinci yeri tutmuşdur. Onun bu yarışda iştirakına yetkinlik yaşına çatmayan 15 yaşlı kimi mübarizə aparmasına icazə verilib.
Petr Korbel
Petr Korbel (6 iyun 1971) — Çexoslovakiyanı və Çexiyanı təmsil edən stolüstü tennisçi. Petr Korbel Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Petr Korbel Çexiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Petr Korbel Çexiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Petr Korbel Çexiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Petr Korbel Çexiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Qney Domisi Korbulon
Qney Domisi Korbulon (lat. Gnaeus Domitius Corbulo; təq. 7 – 67, Korinf, Peloponnes) — Roma sərkərdəsi, 39-cu ildə konsul-suffekt. O,Domisilər zadəgan plebey ailəsinin adı indiki dövrdə məlum olmayan qolundan olmuşdur. Korbulon ilk növbədə, imperator Neronun Şərqə yürüşündə iştirak edən sərkərdə kimi tanınır. Adını paylaşdığı atası imperator Tiberi dövründə pretor kimi senata daxil olmuşdur. Fahişə olan anası Vistiliya pretorian statuslu ailədən gəlirdi və altı fərqli kişidən yeddi uşağı olmuşdur. Bu uşaqlardan bəziləri dövrün siyasi səhnəsinin mühüm fiqurları idi. Romanın sərhəd ərazilərində artan Parfiya təsirindən narazı qalmış Neron Romanın vassal padşahlarının hakimiyyətini bərpa etmək missiyası ilə legat Qney Domisi Korbulonu böyük bir ordunun başçısı təyin edərək Ermənistana göndərmişdir. 58–63-cü illər Parfiya–Roma müharibəsi zamanı Ermənistan çarı I Trdat Parfiya hakimi olan qardaşı I Vologezin köməyi ilə Roma ordusunu sıxışdırmaq üçün çevik qüvvələr göndərmiş, Korbulon da eyni taktikadan istifadə edərək muşkiləri Ermənistanın periferik rayonlarını qarət etmək üçün göndərmişdir.
Ursula Korbero
Úrsula Corberó Delgado (11 avqust 1989) — İspan aktrisası. Úrsula Corberó Delgado Barselona da doğulmuşdur. Onun Monika adında bir bacısı var.Hələ 6 yaşında olarkən o aktrisa olmaq istəyirdi və buna görə də erkən yaşlarından reklamlarda rol alırdı. O öz ilk rolunu 13 yaşında almış və aktyorluq, həmçinin flamenko və caz dərsləri almışdır. Təhsilini bitirdikdən sonra Madridə öz ilk televiziya serialında çəkilməyə getmişdir. Corberó 2002-ci ildə Mirall Trencat televiziya serialında debüt etmişdir . 2005-2006-cı illərdə o,Ventdelplà serialında və 2007-ci ildə Cuenta átras serialında Sara kimi rol almışdır .2008-ci ildə Manuela Portillonu El Internado serialında canlandırmış və Física o química televiziya seriyasında 2010 qədər rol almışdır.