Korbulaq (Abaran)

Korbulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd.[2][3][4]

kənd
Korbulaq
40°38′34″ şm. e. 44°16′24″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Alagöz rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.135 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 255 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Korbulaq xəritədə
Korbulaq
Korbulaq

Kənd 1972-ci ilə kimi İrəvan Quberniyasının Aleksandropol qəzasının, sonra Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun inzibati-ərazi bölgüsündən çıxarılıb yaradılan Alagöz (Araqadz) rayonunun tərkibinə daxil edilmişdir. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[5].

Toponim "çıxış yolu olmayan", "gözü olmayan (bulaqda), yarıda quruyan" mənasında işlənən kor sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. "Kor" sözü "Kor çay" hidronimində "heç bir hövzəyə tökülməyib yarıda quruyan çay" mənasında işlənmişdir[6]. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şenkani qoyulmuşdur. Azərbaycan dilində Korbulaq gözü görünməyən (olmayan) bulaq mə’nasındadır. Azərbaycanda Korcabulaq (Şəmkir rayonu) və Korcabulaq (Laçın rayonu) kənd adları ilə mə’naca eynidir. Kənd adını oradakı "Korbulaq"dan almışdır.

1918–1919-cu illərdə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.[7]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
  4. Пигулевская Н.В. Сирийские источники по истории народов СССР. М. -Л., 1941. .
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.129
  6. Azərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, "Elm", 1983. s.95
  7. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Корбулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.