Korluq (roman)
Korluq (roman) (port. Ensaio sobre a cegueira) — 1995-ci ildə Joze Saramaqo tərəfindən yazılmış roman.
"Korluq" 1998-ci il Ədəbiyyat üzrə Nobel mükafatçısı Joze Saramaqonun son illərdə yazdığı ən təsiredici romandır. Joze Saramaqo bu müthiş romanında korluq faktını məcaz olaraq istifadə edib. O, sadə obrazlar və bəsit söz oyununa müraciət etmədən, olduqca dolğun şəkildə bütün qəhrəmanların danışıqlarını ortaq bir monoloqa çevirmiş, onların heç birinə ad verməmişdir. Romanda demək olar ki, nöqtə və vergüldən başqa heç bir durğu işarəsindən istifadə olunmamışdır. Bu üsulla o, liberal demokratiyanın insanları məruz qoyduğu qeyri-sağlam mühiti fövqəladə bir ustalıqla yarada bilmişdir.
Roman 2008-ci ildə Fernando Meirelles tərəfindən ekranlaşdırılmışdır.
Yazıçının bu romanın davamı olan "Görmək" kitabı 2004-cü ildə nəşr edilmişdir.
== Mövzu ==
Əsərdə sükan arxasında olan bir adam yaşıl işığı gözləyərkən qəflətən korlaşır.