kriteriya
kritikləşdirmə
OBASTAN VİKİ
Kritik infrastrukturlar
Kritik infrastrukturlar — 2001-ci ildə ABŞ-də qəbul edilmiş Vətənpərvərlik Qanununda "kritik infrastruktur" anlayışı aşağıdakı kritik infrastruktur sektorlarını və resurslarını əhatə edir: kimya sənayesi fövqəladə xidmətlər informasiya texnologiyaları; poçt; telekommunikasiya; nəqliyyat sistemləri (avtobus, təyyarə, gəmi, avtomobil sistemləri, dəmiryolu sistemləri və boru kəməri sistemləri daxil olmaqla). == Regional kritik infrastrukturun qorunması proqramları == Avropa Birliyi – kritik infrastrukturun qorunması üzrə Avropa Proqramı Komissiya tərəfindən hazırlanmışdır. Üzv Dövlətlər tərəfindən təkliflərə əsaslanan Avropa kritik infrastrukturların siyahısı təklif edilmişdir. Almaniya – alman kritik infrastrukturun qorunması proqramı Federal Daxili İşlər Nazirliyi tərəfindən koordinasiya edilir. Həmin proqrama Alman Federal İnformasiya Təhlükəsizliyi İdarəsi və ya Vətəndaş Müdafiəsi və Fəlakətə Yardım Federal İdarəsi kimi xüsusi qurumlarından bəziləri müvafiq məzmun verir, məsələn, İT sistemləri. Birləşmiş Krallıq – Böyük Britaniyada Milli İnfrastrukturun Müdafiəsi Mərkəzi Böyük Britaniyanın milli infrastrukturunu təşkil edən, terrorizm və digər təhlükələrə qarşı zəifliyini azaltmağa kömək edən müəssisələrə və təşkilatlara məlumat, personal və fiziki təhlükəsizlik məsləhətləri verir. Amerika Birləşmiş Ştatları – ABŞ 1996-cı ildən etibarən Kritik İnfrastruktur Müdafiə Proqramına malikdir. 2014-cü ildə NIST Cybersecurity Framework ilk dəfə nəşr edilib və tezliklə məşhur təlimat dəstinə çevrilmişdir. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Kritik mach
Aerodinamikada, bir təyyarənin kritik Mach sürəti, qanadın kiçik bir hissəsi üzərindəki axının səs sürətinə çatdığı ən kiçik Mach sürətidir. Uçuşda olan bütün avianəqliyyat vasitələri üçün, nəqliyyat vasitəsinin ətrafında dövran edən havanın sürətinin artmasından və ya azalmasından, nəqliyyat vasitəsinin ətrafındakı hava axını nəqliyyat vasitəsinin hava sürəti ilə eyni deyildir. Kritik Mach sürətində, təyyarənin özü 1,0 Mach sürətindən daha az bir hava sürətinə malik olmasına baxmayaraq gövdə yaxınlığındakı bəzi bölgələrdə yerli hava axını səs sürətinə çatır. Bu vəziyyət zəif bir şok dalğası yaradır. Kritik Mach sayından yüksək sürətlərdə: Sürüklənmə əmsalı birdən-birə artaraq yüksək təsirli sürüklənməyə səbəb olar. Transonik və supersonik sürətlər üçün nəzərdə tutulmayan təyyarələrdə idarəetmə səthlərindəki hava axını nəqliyyat vasitəsinin idarəetməsində pozğunluqlara səbəb olar. Kritik Mach sayında uçmaq üçün dizayn edilməyən nəqliyyat vasitələrində, qanad və quyruq qanadı üstündəki axıntıda olan şok dalğaları qanaddakı hündürlüyü itirmək üçün kifayətdir. Kritik Mach sayındakı problemlərlə əlaqəli bu fenomen sıxışdırılma olaraq bilinir. Sıxışdırılma 1930-40-cı illərdə yüksək sürətli hərbi və eksperimental təyyarələrdə bir çox qəzaya səbəb olmuşdur. O vaxt bilinməsə də, sıxışdırılma səs divarı kimi tanınan fenomenin səbəbi idi.
Kritik düşüncə
Tənqidi düşüncə və ya tənqidi təfəkkür — rasional, skeptik və qərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrin və arqumentlərin təhlili. Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir. Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir. Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur. Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizm və sosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur. == Tarixi == Qədim Yunanıstanın klassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir.
Kritik mach sayı
Aerodinamikada, bir təyyarənin kritik Mach sürəti, qanadın kiçik bir hissəsi üzərindəki axının səs sürətinə çatdığı ən kiçik Mach sürətidir. Uçuşda olan bütün avianəqliyyat vasitələri üçün, nəqliyyat vasitəsinin ətrafında dövran edən havanın sürətinin artmasından və ya azalmasından, nəqliyyat vasitəsinin ətrafındakı hava axını nəqliyyat vasitəsinin hava sürəti ilə eyni deyildir. Kritik Mach sürətində, təyyarənin özü 1,0 Mach sürətindən daha az bir hava sürətinə malik olmasına baxmayaraq gövdə yaxınlığındakı bəzi bölgələrdə yerli hava axını səs sürətinə çatır. Bu vəziyyət zəif bir şok dalğası yaradır. Kritik Mach sayından yüksək sürətlərdə: Sürüklənmə əmsalı birdən-birə artaraq yüksək təsirli sürüklənməyə səbəb olar. Transonik və supersonik sürətlər üçün nəzərdə tutulmayan təyyarələrdə idarəetmə səthlərindəki hava axını nəqliyyat vasitəsinin idarəetməsində pozğunluqlara səbəb olar. Kritik Mach sayında uçmaq üçün dizayn edilməyən nəqliyyat vasitələrində, qanad və quyruq qanadı üstündəki axıntıda olan şok dalğaları qanaddakı hündürlüyü itirmək üçün kifayətdir. Kritik Mach sayındakı problemlərlə əlaqəli bu fenomen sıxışdırılma olaraq bilinir. Sıxışdırılma 1930-40-cı illərdə yüksək sürətli hərbi və eksperimental təyyarələrdə bir çox qəzaya səbəb olmuşdur. O vaxt bilinməsə də, sıxışdırılma səs divarı kimi tanınan fenomenin səbəbi idi.
Kritika: Explorations in Russian and Eurasian History
Kritika: Explorations in Russian and Eurasian History — "Slavica Publishers" tərəfindən nəşr olunan rüblük resenziyalı akademik jurnal. Rusiya və Avrasiyanın tarixini və mədəniyyətini əhatə edir. Baş redaktorlar Endrü Cenks (Kaliforniya Dövlət Universiteti), Suzen Morrissi (İrvayn Kaliforniya Universiteti) və Villard Sanderlenddir (Cincinnati Universiteti).

Значение слова в других словарях