Aerodinamikada, bir təyyarənin kritik Mach sürəti, qanadın kiçik bir hissəsi üzərindəki axının səs sürətinə çatdığı ən kiçik Mach sürətidir.
Uçuşda olan bütün avianəqliyyat vasitələri üçün, nəqliyyat vasitəsinin ətrafında dövran edən havanın sürətinin artmasından və ya azalmasından, nəqliyyat vasitəsinin ətrafındakı hava axını nəqliyyat vasitəsinin hava sürəti ilə eyni deyildir. Kritik Mach sürətində, təyyarənin özü 1,0 Mach sürətindən daha az bir hava sürətinə malik olmasına baxmayaraq gövdə yaxınlığındakı bəzi bölgələrdə yerli hava axını səs sürətinə çatır. Bu vəziyyət zəif bir şok dalğası yaradır. Kritik Mach sayından yüksək sürətlərdə:
Kritik Mach sayında uçmaq üçün dizayn edilməyən nəqliyyat vasitələrində, qanad və quyruq qanadı üstündəki axıntıda olan şok dalğaları qanaddakı hündürlüyü itirmək üçün kifayətdir. Kritik Mach sayındakı problemlərlə əlaqəli bu fenomen sıxışdırılma olaraq bilinir. Sıxışdırılma 1930-40-cı illərdə yüksək sürətli hərbi və eksperimental təyyarələrdə bir çox qəzaya səbəb olmuşdur.
O vaxt bilinməsə də, sıxışdırılma səs divarı kimi tanınan fenomenin səbəbi idi. Supermarine Spitfire, Messerschmitt Bf 109, P-51 Mustang, Gloster Meteor, Messerschmitt Me 262, P-80 kimi subsonik təyyarələrin çox qalın qanadları var və onlar 1.0 Maxa çata bilmirlər. 1947-ci ildə Chuck Yeager Bell X-1-i Mach 1.0 və daha yüksək sürətlərdə uçurdu. Beləliklə səs divarı nəhayət qırıldı.
Hawker Hunter və F-86 Sabre kimi ilk transonik hərbi təyyarələr kritik Mach sayından daha sürətli uçmaq üçün dizayn edilmişdirlər. Bu təyyarələrdə düz uçuşlarda Mach 1.0-a çatmaq üçün kifayət qədər mühərrik gücü yox idi, lakin Mach sayı 1.0 və daha yüksək sürətlərə dalış həyata keçirə bilirdilər. Bu gün istifadə olunan Boeing və Airbus kimi sərnişin təyyarələrinin Mach sayı 1,0-dan azdır, lakin müntəzəm olaraq kritik Mach sayından daha yüksək sürətlərdə işlədilirlər.
Concorde, English Electric Lightning, Lockheed F-104, Dassault Mirage III və MiQ-21 kimi səsdən sürətli təyyarələr düz uçuşlarda 1.0 Mach-dan daha yuxatuy sürətlərdə uçmaq üçün dizayn edilmişdirlər. Bu təyyarələrin çox incə qanadları vardır. Kritik Mach sayı səsdən aşağı və transonik təyyarələrinkindən daha yüksəkdir, lakin 1.0-dan aşağıdır.
Real kritik Mach sayı qanad quruluşuna görə dəyişir. Ümumiyyətlə, qalın qanad aşağı kritik Mach sayına malikdir, çünki qalın qanad hava axınını nazik qanaddan daha yüksək sürətə çatdırır. Məsələn, P-38 Lightingdəki kifayət qədər qalın qanadlar kritik Mach sayının 0,69 olmasına səbəb olmuşdur. Bu sürət dalışlarda asanlıqla əldə edilir və düşməyə səbəb olur. Supermarine Spitfire təyyarələrindəki daha incə qanadlar kritik Mach sayının 0.89 olmasına səbəb olmuşdur.