KUDUR

(Quba)
qarışqa yuvası
KUDU
KUF
OBASTAN VİKİ
Kudur-Laqamar
Kedorlaomer (q.yəh. כדרלעמר‎ , Kedor-Laomer; q.yun. Хοδολλογομόρ, Xodolloqomor) və ya Kudur-Laqamar (q.yəh. נדדלעמד‎, Kudur-Laomar) — Əhdi-ətiqdə personaj, Elam hökmdarı, patriarx İbrahimin müasiri. Yaradılış kitabının məzmununda təcəssüm edir. O, indiki Ölü dənizin yerində olan beş şəhərin (Sodom, Qomorra, Adma, Sevoim və Bela ) üsyankar padşahlarını cəzalandırmaq üçün Orta Şərqin digər üç padşahı ilə ittifaqda Fələstinə qarşı yürüşə başlamışdır. Kedorlaomerin adı sırf elamcadır və tanrı Laqamarın adı ilə əlaqələndirilir.
Kudurru
Kudurru, qədim Babildə E.ə 16.əsr. ilə E.ə. 12 .əsr. arası sərhəd daşı və ya Kassitlər tərəfindən təəbəyə verilən ərazi qeydləri bir növ daşdan sənəd. Kəlimə Akkad dilində "hüdud" və ya "sərhəd" deməkdir (Ərəbcə جدر "cadr", جدار "cidar" 'divar'; cəm. جدور "cudûr"; İvrit dilində גדר "gader", çəpər, sərhəd). Kudurrular Babildəki Kassitlər hökmü zamanından geridə qalan tək sənət əsərləridir. Nümunələr, Luvr muzeyi, Britaniya muzeyi ve İraq Milli Muzeyində saxlanılır.