Kursk Atom Elektrik Stansiyası
Kursk Atom Elektrik Stansiyası (KuAES) — Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşən atom elektrik stansiyası. O, ümumi gücü 2 QVt olan iki işləyən enerqoblokdan ibarətdir. Kursk AES-in enerji bloklarının resursu tükəndiyi üçün onların gücü Kursk AES-2 aqreqatları ilə əvəz olunacaq.
Kursk AES Rosenerqoatom Konserni ASC-nin filialıdır.
Stansiyada 5 mindən çox insan çalışır.
2021-ci ildə elektrik enerjisi istehsalı 25,1 milyard kilovat-saat təşkil etmişdir.
== Yerləşməsi ==
Kursk Atom Elektrik Stansiyası Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşir.
Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi ərazi 100 ildə 1 dəfə təkrarlanan 5 ballıq seysmik zonaya və hər 10,000 ildə bir dəfə təkrarlanan 6 ballıq seysmik zonaya aiddir.
== Mədəniyyətdə ==
2019-cu ildə rejissor Danila Kozlovskinin "Çernobıl" bədii filmi Kursk Atom Elektrik Stansiyasının tikintisi başa çatmamış beşinci blokunda çəkilmişdir.
== İstinadlar ==
== Xarici keçidlər ==
Газета трудового коллектива Курской АЭС
Vikianbarda Kursk AES ilə əlaqəli mediafayllar var.