Kursk vilayətinə basqın (2024)

Kursk vilayətinə basqınUkrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində 2024-cü ilin 6 avqustundan etibarən indiyədək apardığı əməliyyatdır. Hücum Moskva saatı ilə (UTC+3) 08:00-da start götürüb.[28][29][30]

Kursk vilayətinə basqın (2024)
Rusiya-Ukrayna müharibəsi
Tarix 6 avqust 2024 – davam edir
Yeri Kursk vilayətiBelqorod vilayəti, Rusiya
Nəticəsi davam edir
Münaqişə tərəfləri

Ukrayna Ukrayna

Rusiya Rusiya

Komandan(lar)

Ukrayna Aleksandr Sırski[1]
Ukrayna Volodimir Artyux[2]
Ukrayna Eduard Moskaliov[1]

Andrey Belousov[3]
Yunus-bek Yevkurov[3]
Aleksey Dyumin[4]
Aleksandr Bortnikov[5]

Tərəflərin qüvvəsi

Ukrayna Silahlı Qüvvələri

 • Ukrayna Quru Qoşunları
 • Qərb Əməliyyat Komandanlığı
 • Ukrayna Xüsusi Əməliyyat Qüvvələri
 • Ukrayna Pilotsuz Sistem Qüvvələri
 • Ukrayna Hava-desant Qüvvələri

Saylar:
Qərb mənbələri:
10-15 min aralığında əsgər və 600 zirehli döyüş maşını (14 avqust 2024)[6][7]

Rusiya Silahlı Qüvvələri

 • Rusiya Quru Qoşunları
 • Moskva Hərbi Dairəsi
 • Rusiya Federal Təhlükəsizlik Xidməti[8]
 • FSB Sərhəd Xidməti
 • Rusiya Milli Qvardiyası
 • Axmat Batalyonu[9]
 • Vaqner qrupu[10]
İtkilər

4 tank və 41 digər zirehli nəqliyyat maşını[11] (1 Challenger 2 tankı və bir neçə sayda Stryker zirehli döyüş maşını daxil olmaqla)[11][12]
1 Buk-M1 sistemi[13] [14]
2 M142 HIMARS yaylım atəşli reaktiv sistemi[12]
1 S-125 zenit raket kompleksi[15]
Rusiya mənbələrinə əsasən:[16]
1350 ölü[17]
102 zirehli döyüş maşını[18] (tanklar, piyadanın döyüş maşınları və zirehli transportyorlar)[19]
26 pilotsuz uçuş aparatı

2 T-62M tankı[14]
2 Ka-52 helikopteri[14]
1 Mi-28 helikopteri[20]
1 Su-34 təyyarəsi[21]
1 T-90M tankı ələ keçirilib.[22]
Rəsmi 300-dən artıq,[23] qeyri-rəsmi isə 1000-2000 aralığı əsgər əsir götürülüb.[24]

Ümumi itkilər
31 mülki şəxs həlak olub.[25]
143 mülki şəxs yaralanıb.[25]
144 mindən çox sakin təxliyə olunub.[26] (təqribən 133 mini Kursk, 11 mini isə Belqorod vilayətindən olmaqla)[26][27]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Döyüşlər nəticəsində Ukrayna Kursk vilayətindəki xeyli sayda yaşayış məntəqəsini, o cümlədən Sudja rayonunda nəzarəti əldə edib.[31] Kursk vilayətində fövqəladə vəziyyət elan edilib.[32] 9 avqustda Belqorod, KurskBryansk vilayətlərində anti-terror rejiminə start verilib.[33][34] Ukrayna 1250 km²-dan çox Rusiya ərazini ələ keçirdiyi xəbərini yayıb. 15 avqustda isə Ukrayna artıq yeni tutulan ərazilərdə hərbi idarə təsis edib.

Bu basqın Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın Rusiya ərazisinə təşkil etdiyi ən güclü və intensiv əməliyyatdır.[35]

2022-ci ilin fevralından etibarən Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra arabir Rusiya ərazisində dağıntılar meydana gəlirdi. Bunlar dron hücumları, bombalamalar və digər yollarla baş tuturdu. Bəzən də Rusiyaya ölkənin içindəki müharibə əleyhdarları tərəfindən ziyan vurulurdu. Ukraynadan, əsasən, Belqorod, KurskBryansk vilayətlərində transsərhəd atəşi, raket zərbələri və qurudan reydlər olub.

6 avqustun səhər saatlarında Ukrayna tank, zirehli maşınlarla Rusiya ərazisinə basqın edib. Rusiya Müdafiə Nazirliyi bölgəyə qoşun və aviasiya bölmələri göndərməklə cavab verib. Rusiyanın məlumatına görə, hücuma 300-ə yaxın Ukrayna əsgəri, 11 tank və 20-dən çox zirehli döyüş maşını cəlb olunub və onlar SudjaNikolayevo-Darino istiqamətində olmaqla iki hədəfdə irəliləyib.[9]

Rusiya bloqqerləri və media qurumları hücumun uğursuz olub təhlükənin sovuşduğunu iddia edirdi. Kursk vilayətinin qubernatoru Aleksey Smirnov bir qadının basqın nəticəsində öldüyü, iki şəxsin isə dron hücumları nəticəsində həlak olduğu barədə məlumat verib.[36]

Rusiya hərbi bloqqerləri əməliyyatda Rusiya Könüllülər Korpusunun da iştirak etdiyini iddia etsələr də, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bunu rədd edib. [9] Rusiya Könüllülər Korpusunun müttəfiqi “Rusiyaya azadlıq” legionu isə əməliyyatda iştirakla bağlı fikir bildirməkdən imtina edib.[9]

7 avqustda Rusiya qüvvələri Ukraynanı ərazidən uzaqlaşdırmaq üçün bir sıra cəhdlər göstərdi. Hərbi bloqqerlərin iddiasına əsasən, Ukrayna qüvvələri Kursk vilayətinin 14 kilometr dərinliyinə qədər irəliləyərək 11 yaşayış məntəqəsini ələ keçirib.[37] Dövlət qurumlarına prezident Vladimir Putin tərəfindən sakinlərə lazımi yardımın göstərilməsi tapşırılıb və onların işinə nəzarət etmək işinə baş nazirin müavini Denis Manturov təyin olunub. Vilayətin qubernatoru Aleksey Smirnov ərazidə fövqəladə vəziyyət elan edib.[38][39] Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova bu hadisənin kriminal Kiyev rejiminin addımı kimi qiymətləndirib və bütün bunların yalnız ukraynalı neonasistlərin cəzasızlıq hissini gücləndirdiyini qeyd edib.[40] Putin Kursk əməliyyatı ilə bağlı Valeri Gerasimov, Aleksandr Bortnikov, Sergey ŞoyquAndrey Belousov da daxil olmaqla təhlükəsizlik strukturundakı əsas şəxslər ilə görüşüb.[41]

Geolokasiya edilmiş görüntülər təsdiqləyib ki, Ukrayna qüvvələri ən azı 10 kilometr (6,2 mil) Rusiya sərhədinə doğru irəliləyərək, ən azı iki Rusiya müdafiə xəttinə və bir qalaya keçib. Geolokasiya edilmiş görüntülər təsdiqləyib ki, Ukrayna qüvvələri ən azı 10 kilometr Rusiya sərhədinə doğru irəliləyib, iki Rusiya müdafiə xəttini və bir istehkam nöqtəsini aşa bilib. Bununla yanaşı, Rusiya mənbələri Ukrayna qüvvələrinin Sudja-Korenevo magistral yolunun həm şimal-qərb, həm də cənub-şərq istiqamətində hərəkət etdiklərini bildirib. Geolokasiya edilmiş görüntülər Ukrayna hərbçilərinin azı 40 rus əsgərini əsir götürdüyünü, Sudja şəhərini tamamilə ələ keçirərək onun giriş-çıxışını nəzarətdə saxladığını, həmçinin əməliyyatı şəhər sərhədlərindən kənarda davam etdirdiyini üzə çıxarıb. Ukrayna Parlamenti üzvü Aleksey Qonçarenko bildirib ki, Ukrayna qüvvələri Urenqoy-Pomarı-Ujqorod boru kəmərini Avropanın qalan hissəsinə çatdıran Sudja qaz qovşağını ələ keçirib.[42] Həmin gün İvniça kəndində döyüşlərin getdiyi xəbərləri də gəlib.

Xarici şəkil
Avqustun 8-inin yekunundakı döyüş zonası
"Аgentsva"nın xəritəsi[43]

RİA Novostinin xəbərinə əsasən, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 4 nəfər həlak olub.[44] Rusiyalı hərbi bloqqerlər Sudja şəhərinin itiridliyini qeyd etməklə bərabər, Ukrayna qüvvələrinin Lqova doğru irəlilədiyini bildirib.[45]

Kursk qubernatorunun sözlərinə görə, gecə və səhər saatlarında Ukraynanın altı pilotsuz uçan aparatı və beş raketi vurulub.[46]

8 avqustda döyüş zonasının 430 kvadrat kilometrə qədər genişlədiyi, Ukraynanın Kazaçya Loknya, Boqdanovka, 1-ci Knyajıy və 2-ci Knyajıy kəndlərinə nəzarəti ələ keçirdiyi ilə bağlı məlumatlar daxil olub. Snaqost kəndində toqquşmalar gedib.[47] Bununla yanaşı, Ukrayna qoşunları sərhəddən 35 kilometrliyə qədər yol qət edə bilib.[48]

Kursk vilayətində zərər görmüş tikili

Bu tarixdə gələn məlumatlara əsasən, Ukrayna qoşunları təxminən 100-200 kvadrat kilometrlik əraziyə nəzarəti əldə edib.[49]

Rusiya hərbçilərinin konvoyunun Qluşkovski rayonu ilə Kursku birləşdirən və RılskiLqovski rayonlarından keçən marşrutla hərəkət edərkən Oktyabrskoye kəndində HIMARS-ın zərbəsi nəticəsində məhv edildiyi bildirilib. Həmin hücumdan sonrakı görüntülər bəzi cəsədlərin olduğu 15 hərbi yük maşınının yandığını göstərir.[18] Ukraynalı NEXTA analitik qrupunun fikrincə, bu yük maşınlarının hər biri 35-ə qədər tam sursatlanmış əsgər daşıya bilər. Bu, Rusiya ordusunun zərbə nəticəsində bir gecədə 200-dən 490-a qədər əsgər itirə biləcəyini göstərir. Rus bloqqerlərin Telegram kanalı bunları yazıb: "Kolonun vəziyyətinə baxsaq, orada olanların ən azı həlak olub. Bu, bütün müharibədə ən qanlı kütləvi hücumlardan biridir."[50]

Çeçen Axmat Batalyonunun komandirlərindən olan Apti Alaudinov bildirib ki, Ukrayna mövqeləri bölgədən keçərkən onlarla açıq döyüşə girməyib, əksinə, daha çox rus qoşunları köməyə gələnə qədər geri çəkilməyə üstünlük verib.[51][52][53] Bəzi rus hərbi bloqqerləri bunu döyüşdən qaçmaq kimi qiymətləndirib. Bundan əlavə, Alaudinov indiyədək Ukrayna qüvvələrinin sərhəd boyu yaşayış məntəqələrinə nəzarət etdiyini etiraf edən yeganə rus komandir olub.[53]

Lipetsk vilayətində də böyük dron hücumları baş verib. Ən azı 6 nəfər yaralanıb, dörd kənd isə boşaldılıb.[54] Ukrayna daha sonra Lipetsk aviabazasını da vurduğunu və döyüş sursatı saxlanılan anbarları məhv etdiyini bildirib.[55] Rusiya rəsmiləri həmçinin Belqorod vilayətində baş verən digər bir hücumda bir nəfərin öldüyü xəbərini verib.[56]

Hücumlar ərəfəsində 20 min insanın Sumı vilayətindən təxliyəsi edilməsi əmri verilib. Rusiya hərbi bloqqerləri Rusiyanın Sumı vilayətinin sərhədyanı Lukaşivka kəndini yenidən ələ keçirdiyini, Ukrayna isə sərhədyanı Kuçerov kəndinə yönəlmiş yeni bir istiqamətdə kiçik bir hücum etdiyini, lakin hələ ki həmin kəndi tuta bilmədiyini iddia edib.[57]

Rusiya Müdafiə Nazirliyi 152 mm-lik özüyeriyən “Msta-S” artilleriya qurğuları və döyüşə dəstək maşınlarının daxil olduğu hərbi kolonun Belqorod vilayətindən Sudjanski rayonuna köçürülməsi barədə hesabat dərc edib.[58] Yayılan xəbərlər rus komandanlığının döyüş təcrübəsi olan qüvvələri Kursk vilayətinə köçürdüyünü göstərib.[59]

Kurçatov şəhər bələdiyyəsinin rəhbəri İqor Korpunkov döyüşlərin Kursk Atom Elektrik Stansiyasından 30 kilometr uzaqlıqda getdiyini bildirib.[60][61] Məsul şəxslər nüvə stansiyasına bütün girişləri bağlayıb, ərazidəki tikinti işçiləri ərazini tərk edib və stansiyadakı avadanlıqların enerjisi kəsilib. Rosatom ərazidəki işçilərin sayının müvəqqəti azaldıldığını açıqlayıb. 15:00-da Kurçatovda partlayış səsi eşidilib. Rusiya Radiasiya, Kimyəvi və Bioloji müdafiə qoşunları da stansiyanın təhlükəsizliyi üçün əraziyə yerləşdirilib.[62]

Kursk vilayətinin qubernatoru Aleksey Smirnov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin transformator yarımstansiyasına hücumu nəticəsində rayonlardan birində yanğın başlayıb. PUA-ların hücumu nəticəsində Kurçatov, eləcə də Kurçatovski, Oktyabrski, Bolşesoldatski, OboyanskiBelovski rayonlarının bir hissəsi elektrik təchizatından məhrum olub.[63]

Ukraynanın “Cənub” Könüllülər Ordusunun sözçüsü Serhiy Bratçukun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Sudjadakı silah-sursat anbarlarını ələ keçirə bilib.[64]

Avqustun 9-da Rusiya qüvvələri Snaqost kəndini geri alıb və şimalda Ukraynanı Milyutino və Generalovkadakı mövqelərindən geriyə, Ukraynanın şimalındakı Malaya Loknya kəndinə sıxışdırıb.[57] Karnegi Beynəlxalq Sülh Vəqfinin baş əməkdaşı Dara Massikot tərəfindən təxmin edir ki, Kursk vilayətindəki Ukrayna qoşunlarının sayı dörd-beş Ukrayna briqadasından ibarət olmaqla təxminən 10000-12000 nəfərdir.[65]

Federal Təhlükəsizlik Xidmətinin nəzarəti altında Kursk, Bryansk və Belqorod vilayətlərində vəziyyət normallaşana qədər “terrorla mübarizə rejimi” tətbiq edilib.[66] Bu deməkdir ki, "hərəkət məhdudlaşdırılır, nəqliyyat vasitələri dövlət tərəfindən götürülə bilər, telefon danışıqlarına nəzarət oluna bilər. Həmin ərazilər girişə qadağan zona elan edilir, giriş-çıxışlara müntəzəm nəzarət-buraxılış keçirilir, əsas infrastruktur obyektlərində təhlükəsizlik gücləndirilir."[34] Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov bölgədəki anti-terror əməliyyatlarının başına təyin olunub.[5]

Xarici şəkil
Avqustun 10-unun yekunundakı döyüş zonası
"Аgentsva"nın xəritəsi[67]

Bu tarixdə gələn məlumatlara əsasən, döyüş zonasının 650 km²-ə qədər genişləndiyi bildirilib.[68]

Ukrayna qoşunları 252-ci batalyon ilə Belqorod vilayətindəki Qrayvoronski rayonunun Poroz kəndinə hücuma keçib və oranı ələ keçirməsi ilə bağlı xəbərlər yayıb.[69][70][71] Həmin tarixdə Korenevo yaxınlığındakı Olqovkada, Malaya Loknya kəndində döyüşlərin olduğu bildirilib.[72] Rusiya Silahlı Qüvvələri Sudjanın şərqindəki Maxnovka kəndinə nəzarəti bərpa etdiyi məlumatını verib.[73]

Bu tarixdə gələn məlumatlara əsasən, döyüş zonasının 720 km²-ə qədər genişləndiyi bildirilib.[74]

Rusiya Müdafiə Nazirliyi səhər saatlarında məlumat verib ki, gecə ərzində Kursk vilayəti üzərində səmada 4 “Toçka-U” taktiki raketi və 14 pilotsuz uçan aparat məhv edilib. Raketlərdən birinin qalıqları Kurskda evlərin birinə düşərək yanğına səbəb olub. 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.[75] 15 nəfər təxliyə edilib.

Avqustun 11-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Sudjanski rayonunun cənub-şərqində yerləşən Belovski rayonuna daxil olub. Daha sonra bunu rayon rəhbəri və qubernator səlahiyyətlərini icra edən şəxs də təsdiqləyib. Rayon rəhbəri artıq təxliyə olunanlara geri qayıtmamağı tövsiyə edib.[76]

Xarici şəkil
12 avqust yekunundakı döyüş zonası
"Аgentsva"nın xəritəsi[77].

2024-cü il avqustun 12-də eskalasiyanın genişlənməsi səbəbi ilə Rusiya hakimiyyəti tərəfindən Krasnoyarujski rayonundan dinc əhalinin təxliyəsinə başlanılıb.[78] Kursk vilayətinin qubernatoru Smirnov bildirib ki, onun bölgəsində ümumi əhalisi 2 min nəfər olan 28 yaşayış məntəqəsi Ukrayna tərəfindən zəbt olunub.[79]

Dost atəşi insidenti nəticəsində Rusiyanın Ka-52 vertolyotu Belovski rayonunun Krivitskiye Budı kəndində rus qoşunlarının kolonuna hücum edərək 2S19M2 "Msta-S" özüyeriyən artilleriya qurğusunu məhv edib.[80]

Rusiya hakimiyyət orqanları Ukrayna ordusunun ən azı 28 yaşayış məntəqəsini ələ keçirdiyini təsdiqləyib, Ukrayna mənbələri isə 44 yaşayış məntəqəsinə nəzarəti əldə etdiyini və daha 10-una yiyələnməyə çalışdığını qeyd edib.[81] Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib ki, hazırda qüvvələr Rusiyanın təxminən 1000 km²-lik ərazisinə nəzarət edir.[82]

Ukrayna əsgərləri Sudjanın mərkəzində avtomobillə gedərkən çəkdikləri videonu paylaşaraq şəhər mərkəzinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olduğunu bildiriblər.[83]

Putin Aleksey Dyumini Kursk vilayətinin müdafiəsinin komandanı vəzifəsinə təyin edib.[84] Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını “Arria formatı”nda təcili iclas keçirməyə çağırıb.[85] Ukrayna mənbələrinə əsasən, nisbətən az sayda rus qoşunları ZaporojyaXersondan Kurska köçürülüb, lakin hələ də yerdə qalan qüvvələr Ukraynada hücumları davam etdirirlər.[86] Ukrayna prezidenti Volodimir Zelenski axşam çıxışında bildirib ki, ordu Kursk vilayəti daxilində təxminən 1000 kvadrat kilometr əraziyə və 74 yaşayış məntəqəsinə nəzarət edir.[87] Rusiya Müdafiə Nazirliyi Ukrayna hücumlarının Korenevski rayonunda, Sudjanski rayonunda Martınovka istiqamətində, həmçinin Korenevo, Oleşnya, Nikolayevo-Daryino ərazilərində qarşısını aldığını iddia edib.[88]

Xarici şəkil
14 avqust yekunundakı döyüş zonası
"Аgentsva"nın xəritəsi[89].

Rusiya Ukraynanı Kursk, Voronej, Belqorod, Nijeqorod, Volqoqrad, Bryansk, Oryol və Rostov vilayətlərinə böyük hava və pilotsuz təyyarə hücumu həyata keçirməkdə ittiham edib. Rusiya tərəfi Ukraynanın 117 dron və 4 raketini vurduğunu da əlavə edib.[90]

Ukrayna dövlət televiziyası Sudjanın Ukraynanın nəzarətində olduğunu bildirən və ukraynalı əsgərlərin rəsmi binadan Rusiya bayrağını götürərək yerə atdığını göstərən reportaj yayımlayıb.[91] Bununla belə, Apti Alaudinov bu hadisənin baş vermədiyini desə də, bunu sübutla əsaslandırmayıb.[92]

Həmin gündə Ukrayna 24 saatdan az müddətdə daha 100 rus əsgərini əsir götürdüyünü, Zelenski isə indiyədək yüzlərlə əsirin təslim olduğunu bildirib.[93]

Ukrayna üç istiqamətdə irəliləməyə cəhd edib: şərqdən Sudjadan Belitsa kəndinə və qonşu Giryi kəndinə, şimala Lqov şəhəri yaxınlığına və şimal-qərbə Rılska gedən yolda Korenevoya doğru. Lqovdan təxminən 30 kilometr aralıda yerləşən Kauçuk qəsəbəsi yaxınlığında şiddətli döyüş gedib. Rus qoşunları Lqovdan cənubda və Çermoşnoyda yeni xəndəklər qazıblar. Ukrayna qüvvələri 1-2 kilometr daha irəlilədiklərini və Sudjanı tamamilə ələ keçirdiklərini məlumatını veriblər.[94][95]

Sudjanın cənubundakı Çerkasskaya Konopelka kəndi, o cümlədən Kurilovka, Dmitryukov, Borki və Krupets kəndlərinin də ələ keçirildiyi bildirilib.[96] Ukrayna qoşunları şəhər döyüşünün getdiyi bildirilən Kamışnoye kəndinə daxil olub.[97] Qubernator Smirnov Qluşkovo şəhərinin evakuasiyası barədə əmr verib.[98]

Zelenskinin sözlərinə görə, Ukrayna Rusiyanın işğal olunmuş ərazilərində hərbi komandanlıq infrastrukturunun təsis olunmasını nəzərdən keçirir.[99]

Ukrayna Ali Baş Komandanı Aleksandr Sırski general Eduard Moskaliovun rəhbərliyi altında hərbi idarənin yaradıldığını elan edib. Sırski 82 yaşayış məntəqəsinin Ukraynanın nəzarətində olduğunu da əlavə edib.[100] Axşam çıxışında isə Zelenski bildirib ki, Ukrayna qüvvələri Sudjanı tamamilə ələ keçirib.[101]

Rusiya Müdafiə Nazirliyi Krupets kəndini geri aldığını iddia edib və həmçinin Ukrayna Silahlı Qüvvələrinin təxminən iki kilometr irəlilədiyini təsdiqləyib.[102]

Ukrayna Silahlı Qüvvələrinin 80-ci Hava Desant Hücum Briqadası hücumun ilk saatlarında Rusiya postunun məhv edilməsini və 50-dən çox rus əsgərinin əsir götürülməsini əks etdirən video yayımlayıb.[103][104][105]

Həmin gün Rusiyanın döyüş zonalarından kənarda işləmək vədi ilə ayda təqribən 2500 ABŞ dolları əmək haqqı müqabilində müdafiə qurğuları qurmaq üçün xəndək qazanlar işə götürməsi xəbəri yayılıb. Peyk görüntüləri də bölgədə Rusiya xəndəklərinin genişlənməsini göstərirdi.[106]

Qluşkovoda Seym çayı üzərindəki əsas avtomobil körpüsü Ukrayna hərbçiləri tərəfindən dağıdılıb. Körpünün itirilməsi rayondakı təxminən 20 minlik mülki əhalinin quru yolu ilə təxliyəsinə mane ola bilər.[107][108]

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin 8-ci alayı rus yük maşınına pusqu quraraq, bir neçə dəqiqə ərzində çox sayda əsgəri öldürdükləri barədə video yayımlayıb.[109] Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Vladimir Leninin Sudjadakı heykəlinin Ukrayna qüvvələri tərəfindən sökülməsinin fotolarını yayıb.[110][111]

Vladimir Putin Kursk vilayətinin qubernatoru Aleksey Smirnov ilə Ukraynanın əməliyyatından sonra yaranmış vəziyyəti müzakirə edərkən

Rusiya qüvvələri Seym çayının sağ sahilindən çəkildikdən sonra həmin ərazidəki TyotkinoPopovo-Lejaçi yaxınlığında iki körpünü partladıblar.[112]

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri Ukraynanın keçirdiyi əməliyyatı nə dəstəkləyib, nə də qınayıb.[113]

Ukrayna ordusu Korenevo qəsəbəsinin ələ keçirildiyini iddia etsə də, Rusiya Müdafiə Nazirliyi bu qəsəbənin statusunu mübahisəli adlandırıb.[114]

Ukrayna qüvvələri Zvannoye yaxınlığında Seym çayı üzərində daha bir körpünü dağıdıb.[115][116]

80-ci Hava Hücum Briqadası Kursk vilayətində ələ keçirdikləri T-90M tankının videosunu yayımlayıb. Onlar tankı təmir etdiklərini və indi ruslara qarşı istifadə edəcəklərini bildirib.[117]

Ukrayna 501-ci Əlahiddə Hərbi Dəniz Piyada Batalyonunun piyadaları Apanasovka bələdiyyəsinin binasından Rusiya bayrağını söküb yerdə sürüdükləri videonu yayıblar.[118]

Rusiya Ukrayna hərbçilərinin Korenevski rayonunda Seym çayı üzərindəki üçüncü və sonuncu körpünü dağıdıb. Bu insident Rusiyanın 700 km²-dən çox ərazisində logistika problemlərinə səbəb ola bilər.[119]

Zelenski axşam çıxışında Ukrayna qüvvələrinin hazırda 1250 km² Rusiya ərazisinə, o cümlədən 92 yaşayış məntəqəsinə nəzarət etdiyi xəbərini verib.[120]

Rusiya Daxili İşlər Nazirliyi Bryansk, Kursk və Belqorod vilayətlərinin sakinlərinə Ukrayna qüvvələri tərəfindən toplana biləcək məlumatlarla bağlı narahatlıqlarını əsas gətirərək onlayn tanışlıq saytları və təhlükəsizlik kameralarından istifadə etməmək barədə xəbərdarlıq edib.[121] İnquşetiyanın keçmiş rəhbəri və Müdafiə Nazirliyinin hazırkı rəis müavini Yunus-bek Yevkurov sərhədyanı ərazilərin təhlükəsizlik məsələləri üzrə Koordinasiya Şurasında Andrey Belousovun müavini təyin edilib.[3]

Ukrayna Müdafiə Nazirliyi qüvvələrin Novoivanivka və Kulbaki kəndlərinə doğru irəlilədiyi xəbərini verib. Nazirlik həmçinən bildirib ki, qoşunlar Aleksandrivkaya doğru irəlilədikdən sonra Korenevoya cənubdan təxminən altı kilometr məsafədə hücumlar olub. Sudja-Kursk Martinivka yolundakı yaşayış məntəqəsinin, o cümlədən Plyoxovo kəndinin də Ukraynanın nəzarətində olduğu informasiyası çatdırılıb.[122]

Ukrayna tərəfi Seym çayı boyunca rus qüvvələrinin istifadə etdiyi bir neçə ponton körpüsünü dağıtdığı xəbərini verib.[123]

Eyni gündə Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın nəzarətində olan Rusiya ərazisində 27 idarə olunan aviabombadan istifadə etməklə 17 hava hücumu həyata keçirib. Rusiya Quru Qoşunları isə Ukrayna ilə sərhəddə yerləşən Porozok və Pojne yaşayış məntəqələrinə artilleriya zərbələri endirib.[124]

Rusiya Müdafiə Nazirliyi iddia edib ki, qoşunlar Komarovka, Korenevo, Malaya Loknya və Russkaya Konopelkadan Ukraynanın hücumlarını dəf edib və Kursk vilayətinin səkkiz kəndi və Sumı vilayətinin doqquz kəndi yaxınlığında ukraynalı əsgərlərə hücum edib.[124]

Ukrayna aviasiyası Amerika istehsalı olan GBU-39 kiçik diametrli aviasiya bombaları ilə Rusiya ordusu taqımının güclü nöqtəsinə zərər vurduqları videonu yayımlayıb. Bildirilir ki, PUA-nın komanda məntəqəsi, elektron döyüş bölməsi, avadanlıq, silah-sursat bazası və Rusiya Federasiyasının 40-a qədər şəxsi heyəti məhv edilib.[125]

Belarus-Ukrayna sərhədindəki gərginlik

[redaktə | mənbəni redaktə et]

Avqustun 10-da Belarus Ukrayna ilə həmsərhəd bölgələrə “İskəndər” raketi, Polonez RYAS və xüsusi təyinatlıların köçürüldüyünü elan edib. Bu qərar ölkə prezidenti Aleksandr Lukaşenkonun Ukraynaya məxsus dronların ölkə ərazisi üzərində vurulması ilə bağlı dediklərindən sonra verilib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko Minskin bu hərəkətlərini Rusiyaya kömək etmək və Ukrayna komandanlığının diqqətini Belarus istiqamətinə yayındırmaq cəhdi kimi şərh edib.[126]

Belarus Müdafiə Nazirliyi sərhəddəki qoşunlara dəstək məqsədi ilə öz tanklarını Ukrayna ilə sərhədə daşıdığını bildirib.[127]

  1. 1 2 "Ukraine forms military administration in Russia's Kursk Oblast, Syrskyi says". The Kyiv Independent. 15 avqust 2024. 15 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2024.
  2. "Number of settlements in Sumy region to increase where mandatory evacuation will be announced - Artyukh". UNN. 14 August 2024. 15 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2024.
  3. 1 2 3 "Генерал Евкуров стал замглавы совета по защите приграничных регионов" (rus). РБК. 2024-08-20. 20 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-20.
  4. "Intel Slava Z". Telegram.
  5. 1 2 Harward, Christina; Gasparyan, Davit; Mappes, Grace; Evans, Angelica; Barros, George; Stepanenko, Kateryna. "Russian Offensive Campaign Assessment, August 10, 2024". Institute for the Study of War. 10 August 2024. 11 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2024.
  6. Axe, David. "More Ukrainian Brigades Roll Into Russia's Kursk Oblast As Ukrainian Artillery Blocks Russian Reinforcements". Forbes. 13 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2024.
  7. "Two More Ukrainian Air Assault Brigades Have Joined The Invasion Of Russia". Forbes. 14 avqust 2024. 15 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2024.
  8. "Moscow Rushes Troops to Kursk Region as 3 Killed in Ukrainian Attacks". The Moscow Times (ingilis). 6 avqust 2024. 7 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2024.
  9. 1 2 3 4 Wolkov, Nicole; Gasparyan, Davit; Mappes, Grace; Evans, Angelica; Kagan, Frederick W. "Russian Offensive Campaign Assessment, August 6, 2024". Müharibə Tədqiqat İnstitutu. 6 August 2024. 7 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2024.
  10. "Wagner mercenaries head to Russia's Kursk region as Ukrainian raid enters third day". Novaya Gazeta (ingilis). 8 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-08.
  11. 1 2 "Out In The Open And On The Move In Russia's Kursk Oblast, Ukrainian Forces Are Vulnerable—And Losing Lots Of Armored Vehicles". 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2024.
  12. 1 2 Altman, Howard. "Claims Swirl Around Strike On Key Russian Logistics Hub In Kursk (Updated)". The War Zone| The Drive. 14 avqust 2024. 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  13. "Fighting continues in Russia's Kursk region as Ukrainian troops reportedly advance further into Russian territory". Meduza (xəbər saytı). 7 avqust 2024. 7 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2024.
  14. 1 2 3 "Russia begins evacuating residents from Kursk Region border areas as Ukrainian forces reportedly occupy 11 settlements". The Insider (Rus saytı). 7 August 2024. 8 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2024.
  15. "Ex-British Challenger 2 Tanks Roll Into Kursk As Ukraine's Invasion of Russia Grinds Into Its 11th Day". Forbes. 17 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2024.
  16. "Russia says it halted a Ukrainian incursion into its territory. Evidence suggests it hasn't". 8 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2024.
  17. "Russia-Ukraine Conflict: Ukrainian Forces Suffer Heavy Losses in Kursk Region". 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2024.
  18. 1 2 Russia reinforces Kursk region as video shows evidence of Ukrainian attack
  19. "Russia says it halted a Ukrainian incursion into its territory. Evidence suggests it hasn't". 8 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2024.
  20. Fornusek, Martin. "Ukrainian FPV drone hit Russian Mi-28 helicopter in 'historic' feat, source says". Kyiv Independent. 7 avqust 2024. 2024-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-08.
  21. Mikhaila Friel. "Ukraine said it shot down a $36 million Su-34 bomber jet inside Russia". Business Insider (ingilis). 14 avqust 2024. 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  22. "Paratroopers show off Russia's latest T-90M "Proryv" tank captured in Kursk region". 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2024.
  23. "Ukrainian officials urge civilians to evacuate eastern city of Pokrovsk as Russian troops close in". 16 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  24. Korshak, Stefan. "Massive Haul of Russian POWs Gives Ukraine New Leverage to Bring Home Its Own". August 16, 2024. 16 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2024.
  25. 1 2 "30 Killed Since Ukraine Launched Border Incursion – TASS". The Moscow Times. 21 avqust 2024. 21 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.
  26. 1 2 "Kursk Governor Says 133K Evacuated, 20K Remain in Border Areas". The Moscow Times (ingilis). 12 avqust 2024. İstifadə tarixi: 22 August 2024.
  27. Beaumont, Peter; Morresi, Elena; Scruton, Paul. "Ukraine's incursion into Russia explained in maps, footage and photos". The Guardian. 16 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2024.
  28. "Russia says it moves troop reserves to border after Ukrainian attack". Reuters (ingilis). 6 avqust 2024. İstifadə tarixi: 6 avqust 2024.
  29. "Russia claims it is repelling Ukrainian border attack". Deutsche Welle (ingilis). 6 avqust 2024. 6 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2024.
  30. "Moscow claims Ukraine has launched offensive inside Russia". Financial Times (ingilis). 6 avqust 2024. 6 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2024.
  31. Cursino, Malu. "Russia must feel war consequences, says Zelensky amid Ukrainian attack". BBC News. 9 August 2024. 9 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2024.
  32. "State of emergency declared as Ukraine launches raid into Russia". BBC News. 8 August 2024. 9 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2024.
  33. "В Курской, Брянской и Белгородской областях ввели режим КТО". Радио Свобода (rus). 10 avqust 2024. 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.
  34. 1 2 "Russia evacuates tens of thousands amid Ukraine incursion". Voice of America. 10 avqust 2024. 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.
  35. "Ukraine braces for reprisals as Russia to send more troops to Kursk". Al Jazeera (ingilis). 10 avqust 2024. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.
  36. "Russia Says Deployed Aviation, Artillery To Repel Ukrainian Border Attack". Barron's. 6 avqust 2024. 7 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2024.
  37. Talmazan, Yuliya. "Russia says it's battling a surprise cross-border assault by Ukraine". NBC News. 7 avqust 2024. 7 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2024.
  38. "Russia: State of emergency in Kursk amid incursion". 7 August 2024. 7 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2024.
  39. Ostiller, Natalia. "Governor declares 'state of emergency' in Russia's Kursk Oblast, says situation remains 'very difficult'". The Kyiv Independent (ingilis). 7 August 2024. 7 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2024.
  40. "Russian MFA sees Ukraine's attack on Kursk Region as 'semblance of activity' amid failures". 8 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2024.
  41. Герасимов назвал целью ВСУ в Курской области захват Суджанского района. 8 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2024.
  42. Jochecová, Ketrin; Posaner, Joshua; Nöstlinger, Nette; Cienski, Jan. "Russia declares state of emergency in Kursk as Ukraine pushes incursion". Politico. 8 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2024.
  43. "ВСУ за день могли приблизиться к Курску на 30 км". Агентство (rus). 2024-08-09. 2024-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  44. Guy Faulconbridge. "Russia battles Ukrainian troops for a third day after major incursion". reuters.com (ingilis). Reuters. 2024-08-08. İstifadə tarixi: 2024-08-08.
  45. "Battles rage in Kursk region after Ukraine's largest incursion yet into Russia". France 24. 8 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2024.
  46. Война Восемьсот девяносто седьмой день [War, eight hundred and ninety-seventh day]. Meduza (rus). 2024-08-08. 2024-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-08.
  47. "Зона боевых действий в Курской области расширилась до 430 кв км". Агентство (rus). 2024-08-08. 2024-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-08.
  48. "Russian Offensive Campaign Assessment, August 8, 2024". Müharibə Tədqiqat İnstitutu (ingilis). 2024-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  49. Brooke, James. "Ukraine's Counter-Invasion of Russia Could Gain Bargaining Chips for Kyiv in the Event of Negotiated Peace With Moscow". New York Sun. 9 avqust 2024. 9 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2024.
  50. "Russia sends reinforcements to retake Kursk". The Telegraph. 9 avqust 2024. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
  51. "Alaudinov: We have enough forces to stop the Ukrainian Armed Forces in the Kursk direction". eadaily.com. 9 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2024.
  52. "Ukraine employed units from the border with Belarus to attack Kursk". Prensa Latina. 9 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2024.
  53. 1 2 Fornusek, Martin. "Chechen commander admits Russian losses, Ukrainian advances in Kursk Oblast". The Kyiv Independent. 9 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2024.
  54. "Russia's Lipetsk region under 'massive' drone attack, governor says". Al Jazeera (ingilis). 9 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  55. "Ukraine claims to hit military airfield deep inside Russian territory". bbc.com (ingilis). BBC News. 2024-08-09. 9 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  56. "Ukrainian Drone, Missile Strike Kills 1 in Russia's Belgorod Region". The Moscow Times (ingilis). 9 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  57. 1 2 Barros, George; Gasparyan, Davit; Bailey, Riley; Evans, Angelica; Mappes, Grace; Harward, Christina. "Russian Offensive Campaign Assessment, August 9, 2024". Institute for the Study of War. 9 avqust 2024. August 11, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2024.
  58. "Россия перебросила в Курскую область военных и технику из Белгородской и Донецкой областей". Агентство (rus). 2024-08-09. 2024-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  59. "Российское командование перебрасывает резервы в Курскую область с харьковского направления". The Insider (rus). 2024-08-09. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  60. Власти Курской области заявили о приближении ВСУ к Курской АЭС Arxivləşdirilib 2024-08-10 at the Wayback Machine//The Moscow Times
  61. "Russia Launches New Operation to Halt Advancing Ukrainian Troops" (ingilis). The Moscow Times. 2024-08-10. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
  62. Курскую АЭС оцепили из-за угрозы атаки ВСУ Arxivləşdirilib 2024-08-10 at the Wayback Machine//The Moscow Times
  63. Курчатов, где расположена АЭС, остался без света после атаки дрона Arxivləşdirilib 2024-08-13 at the Wayback Machine//Radio free Europe/Radio Liberty (Russian)
  64. "Призначалися для наступу на Сумщину: ЗСУ захопили склад з боєприпасами біля Суджі, — Братчук". Focus (Ukraine) (ukrayna). 2024-08-09. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
  65. Yu, Mallory; Handel, Sarah; Kelly, Mary Louise. "Here's what we know about Ukraine's military offensive in Russia" (ingilis). NPR. 2024-08-09. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
  66. В Курской, Брянской и Белгородской областях ввели «режим контртеррористической операции» Arxivləşdirilib 2024-08-09 at the Wayback Machine//BBC (Russian)
  67. "Площадь боевых действий в Курской области в субботу составила 650 кв км". Агентство. 2024-08-09. 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  68. "Площадь боевых действий в Курской области в субботу составила 650 кв км". Agents (Russia). 2024-08-09. 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  69. "AFU broke into the Belgorod region of the Russian Federation". News Online (Ukraine). 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2024.
  70. "Ukraine Pushes Into New Part of Russia: Reports". Newsweek. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2024.
  71. "Ukraine appears to expand incursion into Russia, in a morale boost for Kyiv". Washington Post. 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2024.
  72. "Минобороны сообщило о боях в 20 км от границы в Курской области". Агентство. 2024-08-09. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  73. "Бои под Курском. День пятый. Главное". Важные истории (rus). 2024-08-10. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
  74. Площадь боевых действий в Курской области в воскресенье продолжила расти Arxivləşdirilib 2024-08-11 at the Wayback Machine//Agents (Russia) 11 avqust 2024
  75. "Governor: Debris from a downed missile fell on a nine-story building in Kursk. 13 people were injured". The Insider (rus). 2024-08-11. 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.
  76. "Ukrainian military entered the Belovsky District of the Kursk Region — head of the district". The Insider (rus). 2024-08-11. 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.
  77. https://www.agents.media/ploshhad-boevyh-dejstvij-v-kurskoj-oblasti-prevysila-1000-kv-km/M
  78. "Authorities in Russia's Belgorod Oblast announce evacuation of border region as Ukrainian incursion reportedly widens". The Kyiv Independent (ingilis). 2024-08-12. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  79. "Под оккупацией Украины в Курской области 2 тыс. человек в 28 поселениях". Коммерсантъ (rus). 2024-08-12. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  80. "Дружественный огонь" в Курской области: российский вертолет ударил по российской военной колонне//Радио «Свобода»
  81. Украинский OSINT-проект DeepState заявляет о 44 населенных пунктах в Курской области под контролем ВСУ Arxivləşdirilib 2024-08-12 at the Wayback Machine//Радио «Свобода»
  82. "Top Ukrainian commander says his forces now control 1,000 square kilometers of Russia's Kursk region". AP News (ingilis). 2024-08-12. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  83. Площадь боевых действий в Курской области превысила 1000 кв км Arxivləşdirilib 2024-08-13 at the Wayback Machine//«Агентство»
  84. "Alexey Dyumin has been appointed to command WHO in the northern direction — Mass media". eadaily.com. 2024-08-13. 13 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  85. "La Russie veut convoquer un conseil de sécurité". 13 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2024.
  86. "Putin pulls units out of Ukraine to defend Russia, Kyiv says". POLITICO. 13 avqust 2024. 13 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2024.
  87. "Ukraine war latest: Ukraine controls 74 settlements in Russia's Kursk Oblast, Zelensky says". The Kyiv Independent. 13 August 2024. 13 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2024.
  88. "Минобороны РФ заявило, что российские войска помешали ВСУ прорваться вглубь Курской области в 28 километрах от границы". Meduza (rus). 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  89. "Arxivlənmiş surət". 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-19.
  90. Kateryna Denisova. "Russia claims over 110 downed drones amid reported explosions near airbases". The Kyiv Independent (ingilis). 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  91. "Ukraine's state TV shows Ukrainian troops pulling down Russian flag in Sudzha". Reuters. 14 avqust 2024. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-15.
  92. "Russia Still Fighting for Control of Sudzha Gas Hub, Chechen Commander Says". 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-15.
  93. "Ukraine captures over 100 Russian troops in Kursk Oblast in less than a day, Syrskyi says". The Kyiv Independent. 14 avqust 2024. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2024.
  94. "Украинские силы "продвинулись на 1–2 километра" в Курской области России". Radio free Europe/ Radio Liberty (Russian). Радио «Свобода». 2024-08-14. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-15.
  95. "Russian Military Fortifies Southern Outskirts of Lgov, Kursk Oblast". Militarnyi (ingilis). 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  96. "ВСУ взяли ещё четыре населённых пункта к югу от Суджи — аналитик BILD". Telegram. BILD на русском. 2024-08-14. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-15.
  97. "«Ситуация остается тяжелой». Украинская армия в Курской области за сутки заняла еще шесть населенных пунктов". The Moscow Times. 2024-08-14. 2024-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-15.
  98. "Authorities in Russia's Kursk Oblast order evacuation of another town". The Kyiv Independent (ingilis). 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-15.
  99. "Україна розглядає питання про створення військових комендатур на зайнятих територіях РФ – Зеленський". Гордон | Gordon (ukrayna). 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  100. "Ukraine forms military administration in Russia's Kursk Oblast, Syrskyi says". The Kyiv Independent (ingilis). 15 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-15.
  101. "BREAKING: Zelensky confirms full capture of Russian town of Sudzha in Kursk Oblast". The Kyiv Independent (ingilis). 15 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-15.
  102. "Российские войска освободили село Крупец в Курской области, заявило Минобороны РФ". Meduza. 2024-08-15. 16 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-15.
  103. "З явилося відео перших годин прориву на Курщині". ua.korrespondent.net (rus). 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.
  104. "Перші години наступу на Курську область: з'явилось відео". КИЇВ24 (ukrayna). 2024-08-16. 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.
  105. "Ukraine orders evacuation of eastern city as Russian forces advance". BBC news. 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  106. Murray, Warren. "Ukraine war briefing: Russia hiring trench diggers after Kursk invasion". The Guardian. 16 avqust 2024. 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  107. Ukraine says it keeps advancing, 'strengthening positions' in Kursk region, Reuters, 16 avqust 2024.
  108. Ukraine 'destroys bridge' in Russia's Kursk region Arxivləşdirilib 2024-08-18 at the Wayback Machine, Canberra Times, 16 avqust 2024.
  109. "Dozen Russian soldiers killed in a few minutes: Ukrainian Special Forces show results of ambush in Kursk Oblast – video". 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  110. "Lenin monument demolished in Sudzha, Kursk Oblast – photos". Ukrainska Pravda (ingilis). 17 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
  111. Hardaker, Daniel. "Ukrainian troops topple Lenin statue in Russia". The Telegraph (ingilis). 2024-08-17. ISSN 0307-1235. 17 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-18.
  112. "«Взорвали мосты». Российские военкоры сообщают об «организованном отступлении» оккупантов на восточный берег реки Сейм возле Теткино" ["They blew up the bridges." Russian military journalists report an "organized retreat" of the occupiers to the eastern bank of the Seim River near Tetkino] (Ukrainian). 17 avqust 2024. İstifadə tarixi: 17 avqust 2024.
  113. "Archived copy" «Дружественные» Путину страны отказались осудить вторжение ВСУ в Курскую область. 18 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2024.
  114. Неподтвержденные сообщения о взятии ВСУ райцентра Коренево в Курской области Arxivləşdirilib 2024-08-18 at the Wayback Machine Radio Free Europe/Radio Liberty (Russian)
  115. "Ukraine Says Struck Another Bridge in Russia's Kursk Region". The Moscow Times. 18 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2024.
  116. Kateryna Stepanenko; Christina Harward; Riley Bailey; Angelica Evans; Frederick W. Kagan. "Russian Offensive Campaign Assessment, 16 avqust 2024". understandingwar.org (ingilis). ISW. 2024-08-16. 17 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-18. Russian sources claimed on August 16 that Ukrainian HIMARS strikes destroyed bridges in Glushkovo and Zvannoye (both southwest of Korenevo).
  117. "Paratroopers show off Russia's latest T-90M "Proryv" tank captured in Kursk region". 18 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2024.
  118. Zimko, Oleksandra. "Marines of 501st Separate Battalion remove Russian flag in Kursk region". RBC-Ukraine. İstifadə tarixi: 19 avqust 2024.
  119. Fandorin, Olga. "В Росії скаржаться на знищення ЗСУ останнього моста через річку Сейм" (ukrayna). 19 avqust 2024.
  120. Kateryna Denisova. "Ukraine in control of 92 settlements in Russia's Kursk Oblast, Zelensky claims". The Kyiv Independent (ingilis). 20 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-20.
  121. "Don't Use Dating Sites Amid Kursk Incursion, Russia Tells Border Region Residents". The Moscow Times (ingilis). 20 avqust 2024. 21 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2024.
  122. "Генштаб вперше показав карту територій, які ЗСУ контролюють у Курській області". 24 Канал (ukrayna). 2024-08-20. İstifadə tarixi: 2024-08-20.
  123. "Ukraine Says Destroyed Russian Army Pontoon Bridges in Kursk Region". The Moscow Times (ingilis). 20 avqust 2024. 21 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.
  124. 1 2 "Война Девятьсот десятый день. Хроника «Медузы»". MEDUZA (rus). 2024-08-21. 21 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2024.
  125. Ukraine's Air Force strikes Russian platoon strong point in Kursk Oblast – video
  126. "Belarus announces transfer of missiles and personnel to border with Ukraine". BBC News Русский service (rus). 2024-08-10. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
  127. "Belarus sends tanks to border with Ukraine". BBC News Russian Service (rus). 2024-08-11. 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.