KUYUMCU
KUZGUNKILICI
OBASTAN VİKİ
Ray Kuzeyev
Ray Qumeroviç Kuzeyev (10 yanvar 1929 – 2 avqust 2005, Ufa) — başqırd elm xadimi, tarix elmlər doktoru, professor, Rusiya Elmlər Akademiyası və Başqırdıstan Respublikası Elmlər Akademiyası üzvü. == Həyatı == Ray Qumeroviç Kuzeyev 10 yanvar 1929-cu ildə Çeşmə bölgəsinə bağlı Amin kəndində anadan olmuşdur. Qardaşı Rüstəm Kuzeyev də elm xadimi olmuş və Başqırd Dövlət Universitetində rektorluq etmişdir. Ray Kuzeyev Başqırd Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Daha sonra akademik fəaliyyətə başlamışdır. İlk əsəri olaraq "rus xalqı ilə birlikdı 400 il: Rusiya dövlətinə və tarixi əhəmiyyətə sahib olma", "Başqırdların tarixi entoqrafiyasına dair sınaqlar" adlı əsərləri yayımlanmışdır. 1970-ci illərdə tarix sahəsində müəllimlik və professorluq vəzifələrində olmuşdur. Başqırdıstan MSSR Ali Sovetində millət vəkili olmuşdur. Ray Kuzeyev 2 avqust 2005-ci ildə həyatını itirmişdir. Ufa Arxeologiya və Etnoqrafiya Muzeyində Kuzeyevə həsr edilmiş büst vardır.