Qara köynəklilər
Qara köynəklilər (italyanca: Camicie nere və ya Squadristi) Birinci Dünya Müharibəsindən sonra yaranmış olan və ondan sonrakı İkinci Dünya Müharibəsinin sonuna qədər İtaliyada mövcud olmuş hərbiləşdirilmiş faşist təşkilatıdır.
Onlar 1919–1923-cü illər arasında Squadre D'azione (Hərəkət Qrupları), 1923–1943-cü illər arasında isə Milizia Volontaria Fascista Per La Sicurezza Nazionale (Milli Təhlükəsizlik üçün Könüllü Faşist Milisi) adlandırılmış və Benito Mussolini rəhbərliyi altında olan, Milli Faşist Partiyasının üzvlərindən ibarət olan kvazi-hərbi silahlı birləşmələr idilər. Bu yarımhərbi təşkilata Milliyətçi baxışları ilə tanınan ziyalılar, keçmiş ordu zabitləri və bəzi torpaq sahibləri də dəstək verirdilər.