KÜY-KƏLƏK
KÜY-QARAÇI
OBASTAN VİKİ
Ağ küy
Ağ küy-ehtimal nəzəriyyəsində – spektral sıxlığı sabit olan ümumiləşdirilmiş stasionar X(t) təsadüfi proses. Korrelyasiya müddəti çox kiçik olan təsadüfi həyəcanlanmaları təsvir etmək üçün istifadə olunur. Məsələn, istilik küyündə – elektronların istilik hərəkətindən yaranan keçiricilərdə cərəyan şiddətinin pulsasiyası. Bəzi stoxastik diffuziya prosesləri üçün əksər halda η(t) (X(t)=η΄(t)) Viner prosesinə görə ümumiləşmiş törəməsi olan X(t) Qauss Ağ küyündən istifadə olunur. Stasionar təsadüfi həyəcanlanmaların təsiri altında rəqs edən sistemlərin dayanıqlı vəziyyətini təsvir edən Ağ küy modeli mühüm Y(t) təsadüfi proseslərdən biridir. Akustikada: müxtəlif tezlikli səs rəqslərini eyni dərəcədə ehtiva edən akustik küy. Ağ küydə müxtəlif tezlikli səs dalğalarının intensivliyi orta hesabla eyni olur. Ağ işıq ilə analoji adlandırılmışdır. Ötürmə zolağı sonlu olan, və bu çərçivədə real küyün spektri təxminən bərabər paylanmış hesab edilən fiziki siqnallara kiçik korrelyasiya müddətli küylərin təsirini təsvir etmək üçün Ağ küy modeli istifadə olunur. Korrelyasiya müddəti elektronun katoddan anoda uçuş müddəti ilə təyin olunan qırma küyə misal ola bilər.
Küy (hərf)
𐕣 (səslənməsi /kʿ/, transkripsiyası K, k) — Alban əlifbasının 52 və sonuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Քի՛ւ (Kʿiw) kimi verilmişdir. Jost Gippertin fikrincə daha doğru ad "Küw" olmalıdır. Xaç formalı qrafem qra. Ք və qədim gürcücə Ⴕ hərfi ilə bənzərlik təşkil edir və Məsih sözünün qarşılığı olan q.yun. Χριστός ilə əlaqələndirilir.
Multiplikativ küy
Multiplikativ küy (Multiplicative noise, Мультипликативный шум) – rabitə xəttinin xarakteristikalarının dəyişməsi nəticəsində kanalın ötürmə əmsalının təsadüfi dəyişmələri ilə şərtlənir. Additiv küylər isə aparaturanın komponentlərində istilik prosesləri, atmosfer və sənaye prosesləri, qonşu kanalların işi ilə əlaqəli olan fluktasiya hadisələri nəticəsində yaranır. Multiplikativ küylərə digər tezliklərlə qarşılıqlı təsir nəticəsində yaranan kombinasiya tezlikləri, parazit modulyasiya və rəqəmsal sistemlərdə kvantlama küyləri aid edilir. Multiplikativ küy siqnalı deformasiya edə – informasiya hissəsinin formasını dəyişə bilər, siqnalın qiymətlərindən və siqnalın müəyyən xüsusiyyətlərindən asılı ola bilər. Multiplikativ küylər küylə siqnalın qarşılıqlı təsiri nəticəsində meydana çıxır. Riyazi olaraq bu siqnal və küyün tezlik komponentlərinin bir-birinə vurulması ilə təsvir olunur. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.
Kələkçi kəndinin dağıldılması
Kələkçi kəndinin dağıldılması — 1992-ci ilin noyabrında Türkiyənin Diyarbəkir vilayətinin Diclə rayonunda Kələkçi kəndinin dağıdılması hadisəsi. Türkiyə hakimiyyəti Kələkçi kəndinin muxtarından kəndin bütün sakinlərini təxliyə etməyi tələb etmişdir, lakin kəndlilər bir əraziyə toplaşmış və bu zaman Türkiyə jandarma qüvvələri zirehli texnika ilə ağır silahlardan istifadə edərək kəndlilərə və onların evlərinə atəş açmağa başlamışdır. Əsgərlər 136 evi yandırıb dağıtmışdılar. Kənd sakinlərinin bəziləri naməlum şəxslərlə yaxınlıqdakı şəhərlərə qaçmışdılar. 6 aprel 1993-cü ildə Türkiyə hökuməti geri qayıtmış və qalan evləri yandırmışdır. Dağıldılmazdan əvvəl kəndin beş yüz sakini var idi. Həmin ilin iyul ayında bir kənd gözətçisi ailəsi Kürdüstan Fəhlə Partiyasının (PKK) hücumu zamanı üç üzvünün öldürülməsinə görə Türkiyənin yaratdığı kənd mühafizə sistemindən istefa vermək qərarına gəlmişdir. == Beynəlxalq Ədalət Məhkəməsi == Doqquz ailənin işi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) çatdırılmışdır. 1996-cı ildə kənd gözətçisi ailəsinin ailə üzvlərinin işi müvəffəqiyyətlə onların xeyrinə həll edilmiş, bu da "Türkiyə təhlükəsizlik qüvvələrinin həqiqətən də evin dağıdılmasında günahkar olduğunu təsdiqləmişdir". Sonradan qərar çıxarılmış və beləliklə, kəndlilərə evlərin, mal-qara və əkinlərin, ev təsərrüfatlarının əmlakının dağıdılması, gəlir itkisi və alternativ yaşayış yerlərinin dəyərinə görə cəmi 115,062,76 funt sterlinq (188,702 ABŞ dolları) məbləğində maddi zərərin ödənilməsinə qərar verilmişdir.

Значение слова в других словарях