Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ernest Telman
Ernest Telman (alm. Ernst Thälmann‎; 16 aprel 1886[…], Hamburq – 18 avqust 1944[…], Buhenvald həbs düşərgəsi, Türingiya[d]) — Almaniya komunistlərinin lideri. == Həyatı == Errnst Telman 1886-cı il aprel ayının on altısında Hamburqda İohann Telmanın ailəsində anadan olmuşdur. Ernst gənc yaşlarından işləməyə başlamışdır. O əvvəlcə günəmuzd fəhlə, sonra mebel daşıyan, yük daşıyan arabaçı, liman fəhləsi, dənizçi işləmişdir. Proletar şüuru getdikcə artan Ernst 1902-ci ildə Almaniya Sosial-demokrat Partiyasının (ASDP) sıralarına, iki ildən sonra isə Hamburq nəqliyyat işçiləri həmkarlar ittifaqına daxil oldu. Hamburqun fəhlə kütlələrinin kapitalist zülmkarlara qarşı apardıqları amansız mübarizə ona daim inqilabiləşdirici təsir göstərirdi. Axı Avqust Bebelin reyxstaqda Hamburqun nümayəndəsi olması nahaq deyildi. Telman nəqliyyatçı fəhlələri müdafiə etmək üçün tez-tez həmkarlar ittifaqlarının yığıncaqlarında çıxış edir, həmkarlar ittifaqlarındakı bürokratlara kəskin hücum edirdi. Bürokratlar hələ o zaman Telmana barışmaz üsyançı və inqilabçı kimi baxırdılar.
Telman Bağırov
Telman Bəkirov
Telman Muxtar oğlu Bəkirov — Alim, texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmi-Tədqiqat Qaz İnstitutunun laboratoriya rəhbəri. Telman Bəkirov 1941-ci ildə Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olmuş və 1965-ci ildə bitirmişdir. 1965–1970-ci illərdə Respublikanın kimya və qaz sənayesi müəssisələrində mühəndis vəzifəsində işləmişdir. 1970-ci ildə Moskvaya gedərək Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda aspirant, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1972-ci ildə "Yüksək təzyiqdə karbohidrogenli qazların absorbsiya qabiliyyətinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ildə "Təbii qazların ilkin emalının absorbsiya prosseslərinin intensivləşdirilməsi" mövzusunda dissertasiya işini mudafiə edərək texnika elmləri doktoru elm dərəcəsi almışdır. Tədqiqat işləri ittifaqın neft və qaz yataqlarında geniş tətbiq olunmuş, Urenqoy və Yamburqda çox səmərəli nəticələr vermişdir. 200-dən çox elmi əsərin, 4 monoqrafiyanın, bir kitabın, 20 kəşfin müəllifidir.
Telman Cəfərov
Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor. Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı.
Telman Hacıyev
Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı.
Telman Hüseyn
Telman Hüseyn — Azərbaycan Yazıçılar Birliyinin üzvü(1998), şair. Hüseynоv Telman Canbaхış оğlu, 2 fevral 1941-ci ildə Vedi (Qarabağlar) rayоnunun Haхıs kəndində anadan оlub. 1951-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycandan Bərdə rayоnunun Otuzikilər kəndinə depоrtasiya оlunmuşdur. 1958-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqоji İnstitutunun filоlоgiya fakültəsinə qəbul оlmuş və 1972-ci ildə həmin iхtisası bitirmişdir. Telman Hüseynin ilk şeiri 1968-ci ildə "Gənc müəllim" qəzetində çap оlunmuşdur. 1972-1974-cü illərdə təyinatla İmişli rayоnunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildən hal-hazıra qədər Bərdə rayоnunun Оtuzikilər kəndində kənd оrta məktəbinin ədəbiyyat müəllimi işləyir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2006-cı ildən Bərdə "Söz" ədəbi birliyinin sədridir.
Telman Hüseynov
Telman Hüseynov (iqtisadçı) (azərb. Telman Əlihüseyn oğlu Hüseynov‎) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. Telman Hüseynov (hərbçi) (azərb. Telman Əsgər oğlu Hüseynov‎) – Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı.
Telman
Telman — Kişi adı. Telman Adıgözəlov — Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru Telman Abışev — Vətən müharibəsi şəhidi Telman Abdinov — rəssam Telman Abdullayev — azərbaycanlı şəhid Telman Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru Telman Bağırov — "20 Yanvar" şəhidi Telman Bəkirov — Alim, texnika elmləri doktoru Telman Ağdamski — azərbaycanlı kimyaçı Telman Ağayev — biologiya elmləri doktoru, professor Telman İsmayılov — Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi Telman Allahverənov — Vətən müharibəsi şəhidi Telman Həsənli — Vətən müharibəsi şəhidi Telman Həsənov — şəhid Telman Orucov — Azərbaycan dövlət və siyasi xadimi Telman Ələkbərov — Vətən müharibəsi şəhidi Telman Kəlbiyev — Vətən müharibəsi şəhidi Telman Nəhmətov — Vətən müharibəsi şəhidi Telman Nüsrətoğlu — tarix elmləri doktoru Telman Tatarayev — coğrafiya elmləri doktoru, professor Telman İbadov — azərbaycanlı dövlət və siyasi xadim Telman İmanov — İqtisad elmləri doktoru, professor Telman Həmidov — Texnika elmləri namizədi, dosent Telman Qurbanov — professor Telman Kazımov — dövlət xadimi Telman Miriyev — Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri Telman Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru Telman Paşayev — sovet sərbəst güləşçisi Telman Xəlilov — coğrafiya elmləri doktoru, professor Telman Salahov — Azərbaycanlı futbolçu və məşqçi Telman Zeynalov — Azərbaycan heykəltəraşı Telman Cəfərov Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı Telman Hüseyn — şair Telman Hüseynov Telman Hüseynov (iqtisadçı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Telman Hüseynov (hərbçi) — Vətən Müharibəsi Qəhrəmanı Telman Hacıyev Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı. Telman Hacıyev (professor) — professor. Telman Hacıyev (fleytaçı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi Telman Hacıyev (mühəndis) — elmlər doktoru, professor Telman Hacıyev (polkovnik) — Ədliyyə polkovniki Telman Quliyev — Qax rayonu icra hakimiyyətinin başçısı (2009–2010). Telman Səfərov — şair-publisist.
Telman Həmidov
Telman Həmidov — Texnika elmləri namizədi, dosent. Telman Muxtar oğlu Həmidov 1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. O,1948–1958-ci illərdə orta məktəbdə oxumuş, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1953-cü ildə institutun inşaat fakültəsini qurtarmışdır. Oxuduğu illərdə nümunəvi tələbə olduğundan, institutu qurtaran kimi "Mühəndis rəsmxəti" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. İnstitutda işlədiyi ilk gündən onu qabiliyyətli, bacarıqlı, təvazökar və savadlı bir müəllim kimi tanımışlar. Buna görə də T. Həmidov 1969-cu ilbə baş müəllim vəzifəsinə keçirilmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqdan sonra T. Həmidov öz fəaliyyətini burada "Mühəndis qrafikası" kafedrasında davam etdirmişdir. T. M. Həmidov 1975-ci ildə görkəmli alim, texnika elmləri doktoru, professor A. Mustafayevin rəhbərliyi altında hazırladığı elmi dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 1991-ci ildə dosent elmi adını almışdır. T. Həmidov dəfələrlə beynəlxalq elmi-metodik konfranslarda məruzə etmiş, 22 elmi-metodik əsər çap etdirmişdir ki, əsərlərdən 5-i fransız dilində nəşr edilmişdir.
Telman Həsənli
Telman Həsənov
Telman Kazımov
Telman Məmməd oğlu Kazımov (9 fevral 1937, Lənkəran – 31 oktyabr 2016) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988), Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi (1976–1982), Azərbaycan SSR əməkdar inşaatçısı. Telman Məmməd oğlu Kazımov 9 fevral 1937-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə buradakı 4 nömrəli orta məktəbi bitirmiş, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində "İstilik-qaz təchizatı və ventilyasiyası" ixtisası üzrə təhsil almışdır. İnstitutda kafedra assistenti olmuşdur. Əmək fəaliyyətinə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin Rostov şəhərindəki "Qavsantexquraşdırma" trestinin Bakı Quraşdırma İdarəsində usta vəzifəsində başlayan Telman Kazımov 1962–1966-cı illərdə Bakı Quraşdırma İdarəsində istehsalat şöbəsinin müdiri olmuş, Abşeron Mexanikləşdirilmiş Səyyar Dəstəsində rəis işləmişdir. 1966–1972-ci illərdə isə Bakı "Santexquraşdırma" idarəsinin rəisi vəzifəsində çalışmışdır. Telman Kazımov 1972–1976-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini, 1976–1982-ci illərdə isə idarənin rəisi olmuşdur. 1982-ci ildə bu idarənin bazasında Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi yaradılmış və o, nazir vəzifəsinə təyin edilmişdir. 1988-ci ildə nazirlik ləğv edildikdən sonra Telman Kazımov SSRİ Quraşdırma və "Azərquraşdırmaxüsusitikinti" ərazi tikinti-quraşdırma birliyinin rəisi və "Azərquraşdırmaxüsusitikinti" istehsalat tikinti-quraşdırma birliyinin rəisi olmuşdur. 1991-ci ildən "AzQUR" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.
Telman Kəlbiyev
Telman Laçınlı
Telman Miriyev
Telman Mirbaba oğlu Miriyev (19 iyul 1981, Cəlilabad rayonu – 28 oktyabr 2016, Cəlilabad rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; [[Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)|Xüsusi Təyinatlı Qüvvələr]; Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri. Telman Miriyev 19 iyul 1981-ci ildə Cəlilabad rayonunda doğulmuşdur. Telman Miriyev Lələtəpə azad olunması əməliyyatlarına rəhbərlik etmişdir.
Telman Məlikov
Telman Qulu oğlu Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə təyinatla indiki Gəncə Dövlət Universitetinə müəllim göndərilmişdir. Dekabr 1972-ci il, Dekabr 1975-ci il müddətində BDU-nun Aspirantı olmuşdu.1976-1977-ci illərdə Gəncə Dövlət Universitetində işləmişdir. 1977-ci ildən 2013-cü ilədək Azərbaycan Texnologiya Universitetində(Gəncə şəhəri) işləmişdi. 1990-cı ildən 2005-ci ilədək Ali riyaziyyat kafedrasının müdiri olmuşdu. 11.01.2000-ci ildən 13.03.2013-cu ilədək universitetin rektor vəzifəsini icra etmişdir.2014.04.01 tarixindən AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda işləyir. T.Q.Məlikov 1972-ci ildə ADU-nun aspiranturasına daxil olmuş, 1976-cı ildə «Bəzi optimal sistemlərdə məxsusi proseslərin tədqiqi » mövzusunda 01.01.02-«Diferensial və inteqral tənliklər» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Professor T.Q.Məlikov 2005-ci ildə 01.01.09 - «Diskret riyaziyyat və riyazi kibernetika» ixtisası üzrə «Bəzi optimal idarə məsələlərində optimallıq üçün zəruri şərtlər» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. T.Q.Məlikov 1992-ci ildən professordur. Professor T.Q.Məlikov AMEA-nın müxbir üzvü Q.T.Əhmədovun Respublikamızda yaratdığı optimal idarə məktəbinin davamçılarından biridir.
Telman Məmmədov
Telman Nüsrətoğlu
Telman Nüsrətoğlu (tam adı: Quliyev Telman Nüsrət oğlu;1971, Zəngilan rayonu) — tarix elmləri doktoru.[mənbə göstərin] Tarix Elmləri Doktoru Quliyev Telman Nüsrət oğlu 1971-ci ildə Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Orta məktəb təhsilini əlaçı olaraq bitirən Telman Nüsrətoğlu 1993-cü ildə ölkəmizdə ilk dəfə tətbiq edilən test üsullu tələbə qəbulu imtahanından yüksək bal toplayaraq dövlət hesabına qardaş Türkiyə dövlətinin Mərmərə Universitetinə ali təhsil almağa göndərilib. Tələbəlik illərində İstanbulda nəşr edilən "Gənc Aydın" jurnalının baş redaktoru olub, müntəzəm olaraq Türkiyə mətbuatında məqalələrlə çıxış edib. Bakalavr təhsilini tamamladıqdan sonra eyni universitetin Ümumi Türk Tarixi kafedrasında magistr təhsilinə qəbul olunub. Magistr təhsilini uğurla başa vuraraq Çarlıq Rusiyasının Azərbaycanı işğalı mövzusunda elmi işinini müdafiə etdikdən sonra Türkiyənin ən öncül universitetlərindən biri olan İstanbul Universitetində doktora təhsili və tarix araşdırmalarına davam edib. İstanbul Universitetində böyük Türk tarixçiləri Zəki Vəlidi Toqan və İbrahim Kafesoğlunun təməllərini atdığı Ümumi Türk Tarixi kafedrasında elmi işini müdafiə edərək tarix üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşamaqdadır. Ailəlidir, dörd övladı var. Bir müddət Müsavat Partiyasının üzvü olmuş, Yasamal Rayon Təşkilatının sədri seçilmişdir. 2003-cü ildə partiyadan istefa vermiş, 525-ci qəzetə verdiyi açıqlamada iqtidarla müxalifətin milli maraqlar naminə konstruktiv əməkdaşlığının önəminə diqqət çəkmiş , tarixdə Azərbaycan dövlətçiliyinin formalaşmasında Musavat partiyasının oynadığı müstəsna rolla mövcud siyasətinin üst- üstə düşmədiyini qeyd etmişdir.
Telman Nəbiyev
Telman Nəhmətov
Telman Orucov
Telman Xəlil oğlu Orucov (1940, Qaramanlı, Yevlax rayonu) — Azərbaycan dövlət və siyasi xadimi. Telman Xəlil oğlu Orucov 1940-cı ildə Yevlax rayonunun Qaraimanlı kəndində müəllim ailəsində anadan olmuşdur. Atası Xəlil Həsənqulu oğlu 1943-cü ildə Böyük Vətən müharibəsində cəbhədə həlak olmuş, anası Suqra Nağı qızının himayəsində böyümüşdür. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinə daxil olmuş, 1964-cü idə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə illərində Kommunist partiyası sıralarına daxil olaraq 1991-ci ildəki partiyanın ləğvinə qədər onun sıralarında fəaliyyət göstərmişdir. 1965-ci ilin iyununda Beyləqan (keçmiş Jdanov) rayon partiya komitəsinə təlimatçı təyin olunmuş, 1966-cı ilin sonundan 1969-cu ilin ortalarınadək rayon komsomol komitəsinin birinci katibi işləmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir. 1969-cu ildə iyul ayının əvvəllərində Beyləqan rayon partiya komitəsinin ikinci katibi seçilmiş, bu vəzifədən 1971-ci ilin avqustunda Moskvaya, Sov. İKP Mərkəzi Komitəsi yanındakı Ali Partiya Məktəbində oxumağa göndərilmiş, 1973-cü ilin iyulunda bu təhsilini də fərqlənmə diplomu ilə başa vurmuşdur. 1973-cü ilin avqustundan 1975-ci ilin iyununa qədər Azərbaycan KP Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1975−1980-ci illərdə Ağdam rayon partiya komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1980-ci ilin martında respublika tədarük naziri, bir il sonra isə respublika meyvə-tərəvəz təsərrüfatı naziri təyin edilmişdir.
Telman Paşayev
Telman Paşa oğlu Paşayev (5 mart 1953, Bakı - 2013, Bakı[mənbə göstərin]) — sovet sərbəst güləşçisi, SSRİ, Avropa və dünya çempionatları mükafatçısı, beynəlxalq dərəcəli SSRİ idman ustası. Güləşə 1968-ci ildən maraq göstərməyə başlamışdır. 1972-ci ildə SSRİ idman ustası normasını yerinə yetirmişdir. SSRİ çempionatında 4 dəfə iştirak etmişdir. Beynəlxalq turnirlərin qalibidir. 1974-78-ci illərdə ölkənin yığma komandasının üzvü olmuşdur. Böyük idmanı 1978-ci ildə tərk etmişdir. Sərbəst güləş üzrə SSRİ çempionatı, 1974 — ; Güləş üzrə dünya çempionatı, Minsk, 1975 (52 kq-a qədər), gümüş Güləş üzrə dünya kuboku, Tolido, 1975 (52 kq-a qədər), gümüş Güləş üzrə dünya kuboku, Tolido, 1976 (komanda hesabında), qızıl Güləş üzrə dünya kuboku, Tolido, 1976 (52 kq-a qədər), bürünc Güləş üzrə Avropa çempionatı, Madrid, 1974 (52 kq-a qədər), gümüş Güləş üzrə Avropa çempionatı, Sofiya, 1978 (52 kq-a qədər), gümüş "Telman Paşayev". 6анки.рф. 2016-04-13 tarixində arxivləşdirilib.
Telman Qarabağlı
Telman Qarabağlı (tam adı: Telman Ayrapetoviç Çalyan; d. 23 fevral 1931, Bərdə, Azərbaycan SSR - ö. 22 oktyabr 1999, Moskva, Rusiya) — erməni hüquqşünas, filoloq və yazıçı; SSRİ Yazıçılar İttifaqının üzvü (11 yanvar 1962); "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" (4 may 1989). Telman Qarabağlı 23 fevral 1931-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası çox erkən dünyasını dəyişmişdir. Anası Sona isə Bərdədə məktəb direktoru olmaqla yanaşı, həm də həmin təhsil ocağında Azərbaycan dili dərsini tədris etmişdir. Tam orta təhsil verən məktəb olmadığından Bərdədə 8-ci sinifi bitirdikdən sonra, təhsilini davam etdirmək üçün Mirbəşir rayonuna (hazırkı Tərtər rayonu) getmiş və 10-cu sinfi orada bitirmişdir. 1949-cu ildə əmək fəaliyyətinə dövrünün əksər həmyaşıdları kimi Mirbəşir rayonundakı kolxozlardan birində işləməyə başlamışdır. 1950-ci ilin yazında Kirov adına ADU-nin hüquq fakültəsinin Azərbaycan bölməsinə daxil olmuşdur. 1955-ci ildə oranı bitirib gənc mütəxəssis kimi Neft daşlarında prokuror köməkçisi vəzifəsinə təyinat almışdır.
Telman Qarayev
Telman Qarayev (jurnalist)
Telman Quliyev
Telman Nəsrulla oğlu Quliyev — Qax rayonu icra hakimiyyətinin başçısı (2009–2010). Telman Nəsirulla oğlu Quliyev 23 fevral 1953-cü ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1953-cü ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə 1970-ci ildə "Şərq qapısı" qəzetində başlamış, 1983-cü ilədək orada korrektor, müxbir və tərcüməçi vəzifələrində işləmişdir. 1984-cü ildən 1996-cı ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Teleradio Verilişləri Komitəsində kiçik redaktor vəzifəsindən baş redaktor vəzifəsinədək yüksəlmişdir. 1996–2005-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin baş referenti kimi çalışmış, 2005–2008-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radio verilişləri departamentinin direktoru, 2008–2010-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müşavir vəzifələrində işləmiş, 2011-ci ildə Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. 1990–1995-ci ilərdə Telman Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 nömrəli Naxçıvan şəhər Xətai seçki dairəsindən bitərəf deputatı olmuş, Azərbayca SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2009–2010-cu illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Afət Telmanqızı
Afət Telmanqızı— LAF TV-nin həmtəsisçisi (2020-ci ildən), telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci il, Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. Ali məktəbdə oxuduğu illərdə- 1993–1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub. 2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub.
Allahyar Telmanlı
Elman Telmanoğlu
Elman Telmanoğlu Cəfərov (25 yanvar 1980, Sumqayıt) — Politoloq, Telejurnalist. == Həyatı == Elman Telmanoğlu Cəfərov 25 yanvar 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. "Azərbaycan Jurnalistlət Birliyi"nin üzvüdür. 1997–2001-ci illərdə Azərbaycan Texniki Universitetinin, Telekommunikasiya fakültəsində Bakalavr təhsili almışdır, 2021–2023-cü illərdə Ukrayna respublikasında İ. İ. Meçnikov adına Odessa Dövlət Universitetində Politologiya ixtisası üzrə Magistr dərəcəsinə yiyələnmişdir.
Telman Bağırov küçəsi
Telman Bağırov küçəsi — Bakının cənub- şərqində, tarixi İçərişəhərdə küçə. 1990-cı il yanvarın 20-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində Sovet İttifaqı bölmələrinin siyasi müxalifət mitinqlərinə boğulmasında ölən gənc Telman Bağırovun (1960-1990) adı verilmişdir. Sovet dövründə Pestel adlanırdı. Memarlıq abidələri № 5 (1868), № 6 (1880), № 7 (1890), № 8 (1800),№ 9 (1898), № 11 (1858), № 14 (1800), № 15 (1900), № 17 (1910) yerli əhəmiyyətə malikdir. "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Ичеи-шехер.
Telman Cəfərov (filoloq)
Cəfərov Telman Həmzağa oğlu — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, Rus ədəbiyyatı kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi. Cəfərov (Vəlixanlı) Telman Həmzağa oğlu 1963-cü ilin 22 iyul tarixində Yardımlı rayonunun Vəlixanlı kəndində anadan olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1985-1988-ci illərdə doğma kəndində rus dili və ədəbiyyat müəllimi kimi çalışmış və 1988-ci ildə Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına APRDƏİ) əyani aspiranturasına daxil olmuşdur. Aspirantura müddətində ordu sıralarında xidmət etmiş və 1992-ci ildə «M.Y.Lermontovun nəsri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində» adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 2004-cü ildə isə «Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülmüşdür. 1992-ci ildə Bakı Slavyan Universitetinin (BSU) rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında laborant vəzifəsinə qəbul edilən Telman Cəfərov (Vəlixanlı) hazırda həmin kafedranın professorudur. 2008-ci ildə professor elmi adını almışdır. Elmi və yaradıcı fəaliyyətlə yanaşı, o, 1996-2014-cü illərdə BSU nəzdində Məktəb-lisey Kompleksinin (əvvəlki adları: "Turan" liseyi; BSU Humanitar liseyi) direktoru kimi çalışmışdır. 2014-cü ilin aprel ayında Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru təyin edilmişdir. Filologiya elmləri doktoru, professor Telman Cəfərov (Vəlixanlı) 1993-cü ildə yaradılmış «Mütərcim» Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir.
Telman Cəfərov (rəssam)
Telman İsmayıl oğlu Cəfərov (d.8 aprel 1939, Gəncə şəhəri- ö.11 oktyabr 1994, Gəncə şəhəri) — Sovet, Azərbaycan respublikası rəssamı, müəllim, şair, SSSri rəssamlar ittifaqının üzvü. Erkən illəri Cəfərov Telman İsmayıl oğlu 1939-cu ildə aprelin 8-də Gəncədə anadan olmuşdur. Orta təhsilini Gəncə şəhərində başa vurmuş, 1958-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş və 1963-cü ildə “Rəsm və rəsmxət müəllimi” ixtisası üzrə tam kursu bitirmiş və eyni zamanda SSSri rəssamlar ittifaqına üzv olmuşdur. 1964-cü ildə H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət pedoqoji instituna daxil olmuş və 1969-cu ildə “Pedoqogika və ibtidai təhsil metodikası” ixtisası üzrə tam kursu bitirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə rəsm müəllimi kimi başlamış, uşaq rəssamlıq məktəbində müəllim, direktor vəzifəsində işləmiş. Eyni zamanda Gəncə Dövlət Pedoqoji institunda “Təsviri incəsənət” fənnindən dərs demişdir. 1982-ci ildən ömrünün sonuna qədər Gəncə Dövlət Rəsm Qalareyasının direktoru vəzifəsində işləmişdir. Ailəli olmuş, 2 oğlu, 1 qızı və 7 nəvəsi var. Yaradıcılığı Telman Cəfərovun yaradıcılıq yolu 1960–cı illərin sonu 1970–ci illərin əvvəlindən başlayır. Telman Cəfərov "aralıq" yaş qrupuna aiddir: "sərt uslubun" idealları artıq öz işini bitirmiş, gələcək "yetmişincilərin" yaradıcılıq proqramı isə hələ rüşeym halındadır.
Telman Hacıyev (HİK sədri)
Telman Həbib oğlu Hacıyev — Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Ədliyyə polkovniki. 1951-ci ildə anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci illər ərzində təhsilini keçmiş SSRİ Daxili İşlər Nazir-liyinin Volqoqrad şəhərindəki Ali İstintaq Akademiyasında davam etdirmişdir. 1976-cı ildən 2006-cı ilə qədər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hüquq şöbəsinin müdiri işləmişdir. 2008-ci ilin aprelində Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Telman Hacıyev (bəstəkar)
Telman Hacı oğlu Hacıyev (9 iyun 1930, Gəncə, Gəncə dairəsi – 5 yanvar 1991, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, musiqilərin işlənməsi üzrə mütəxəssis və redaktor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). O, 200-dən çox bədii və sənədli filmə, həmçinin çoxsaylı televiziya və radio verilişlərinə musiqi bəstələyib. Telman Hacı oğlu Hacıyev 9 iyun 1930-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1958–1964-cü illərdə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyası Musiqi bəstəkarlığı ixtisası üzrə təhsil almışdır. Telman Hacıyev 1958-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Komitəsində işləməyə başlamışdır. 1958-ci ildən burada musiqilərin işlənməsi üzrə mütəxəssis, musiqi verilişləri üzrə redaktor köməkçisi, musiqi verilişlərinin redaktoru, Azərbaycan musiqisi üzrə redaksiya heyətinin böyük redaktoru, 1961-ci ildən Azərbaycan musiqisi üzrə redaksiya heyətinin böyük redaktoru, 1963-cü ildən Musiqi verilişləri şöbəsində baş redaktor müavini olmuş, 1971-ci ildə Televiziyada əsas musiqi proqramları üzrə baş redaktor təyin edilmiş, 1973–1975-ci illərdə isə Radioda musiqi redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır. O, 1975-ci ildə Azərbaycan SSR Bəstəkarlar İttifaqıda məsləhətçi olmuş, elə həmin ildən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır. Burada o, 1975–1983-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bədii rəhbəri olmuşdur. 1983-cü ildən Azərbaycan SSR Dövlət Televiziya və Radio Komitəsində işləyən Telman Hacıyev 1983–1984-cü illərdə burada musiqi kollektivlərinin bədii rəhbəri olmuş, 1985-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə qayıdaraq 1989-cu ilədək yenidən Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri işləmiş, 1989–1990-cı illərdə "Tənqid-Təbliğ" Teatrının musiqi direktoru olmuşdur. Telman Hacıyev 5 yanvar 1991-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.
Telman Hacıyev (fleytaçı)
Hacıyev Telman Muxtar oğlu — Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılaq mukafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor. Telman Hacıyev 1937 il yanvarın 31-də anadan olmuşdur. 1961-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə fleyta ixtisası üzrə bitirmişdir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini, 1964-cü il P. İ. Çaykovski adına Moskva dövlət konservatoriyasını fleyta üzrə əyani aspiranturanı bitirmişdir. Musiqi estetikası elminə maraq göstərərək fəlsəfə elmləri doktoru, professor V. K. Skaterşikovun elmi rəhbərliyi ilə 1972-ci ildə «Azərbaycan musiqi mədəniyətində sosializm realizmi metodunun problemi» mövzusunda fəlsəfə elmləri namizədi dissertasiyası müdafiə etmişdir. 1975-1976-cı illərdə SSRİ mədəniyyət nazirliyi xətti ilə Misir Ərəb Respublikasında Qahirə konservatoriyasının professoru vəzifəsində işləmiş və Qahirə, İsgəndəriyyə, Naqhamadi, Xeluan şəhərlərində solo konsertlər vermişdir. 1984-cü ildə «İncəsənətin sosial fəallığı» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə professor elmi adı verilmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Həmin ildən Bakı Musiqi Akademiyasında yaradılmış incəsənət nəzəriyyəsi və tarixi kafedrasınının müdiridir.
Telman Hacıyev (mühəndis)
Hacıyev Telman Muxtar oğlu — elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hidrotexniki qurğular və hidravlika” kafedrasının professoru, hidrotexniki tikinti sahəsində çoxsaylı ixtiraların və kitabların müəllifi idi. Telman Hacıyev 1 dekabr 1934-cü ildə Tərtər rayonunda fəhlə ailəsində anadan olmuş, 1952-ci ildə orta məktəbi, 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Hidrotexniki və hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi bitirtikdən sonra göndərişlə 1957-1960-cı illərdə “Qafqazenerjitikinti” trestində (o cümlədən Əli – Bayramlı istilik elektrik stansiyanın tikintisində) işləyib. 1959-cu ildə Moskvada İnşaat sistemində rəhbər kadrların hazırlıq kursunu bitirmiş, 1961-1963-cü illərdə dosent, 1975-1977-ci illərdə həmin kafedrada, sonra isə Az.İMİ-də dosent, 1977-1999-cu illərdə kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. 1988-ci ildə Moskva şəhər A. N. Kostyakov adına ÜİH Moskva şəhərində A. N. Kostyakov adına ÜİET “Hidrotexnika və Meliorasiya” İnstitutunun aspirantı olub. 1964-1965-ci illərdə AzET “Hidrotexnika və Meliorasiya” İnstitutunun Pirşağı qəsəbəsindəki ET təcrübə stansiyasında müxtəlif vəzifələrdə işləyib. 1966-cı ildən 1975-ci ilə kimi Az.Pİ-də “İnşaat maşınları” kafedrasında və M ET institutunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1989-cu ildən texnika elmləri doktoru elmi dərəcəsi və həmin ilin sonunda da professor elmi adını alıb. 1999-cu ildən də bu günə kimi “Hidrotexniki qurğular və hidravlika” kafedrasında professor vəzifəsində çalışıb. İşlədiyi müddətdə 30 il fasiləsiz (1966-1995-ci illərdə) təsərrüfat hesablı müqavilələrə elmi-texniki və problem mövzuları üzrə geniş elmi – texniki işlər aparıb. Bundan əlavə, çöl şəraitində - naturada ET işlərini aparmaq üçün SSRİ – də analoqu olmayan “Avtotenzolaboratoriya” təşkil edib.
Telman Hacıyev (polkovnik)
Telman Həbib oğlu Hacıyev — Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Ədliyyə polkovniki. 1951-ci ildə anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci illər ərzində təhsilini keçmiş SSRİ Daxili İşlər Nazir-liyinin Volqoqrad şəhərindəki Ali İstintaq Akademiyasında davam etdirmişdir. 1976-cı ildən 2006-cı ilə qədər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hüquq şöbəsinin müdiri işləmişdir. 2008-ci ilin aprelində Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Telman Hacıyev (professor)
Hacıyev Telman Muxtar oğlu — elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hidrotexniki qurğular və hidravlika” kafedrasının professoru, hidrotexniki tikinti sahəsində çoxsaylı ixtiraların və kitabların müəllifi idi. Telman Hacıyev 1 dekabr 1934-cü ildə Tərtər rayonunda fəhlə ailəsində anadan olmuş, 1952-ci ildə orta məktəbi, 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Hidrotexniki və hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi bitirtikdən sonra göndərişlə 1957-1960-cı illərdə “Qafqazenerjitikinti” trestində (o cümlədən Əli – Bayramlı istilik elektrik stansiyanın tikintisində) işləyib. 1959-cu ildə Moskvada İnşaat sistemində rəhbər kadrların hazırlıq kursunu bitirmiş, 1961-1963-cü illərdə dosent, 1975-1977-ci illərdə həmin kafedrada, sonra isə Az.İMİ-də dosent, 1977-1999-cu illərdə kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. 1988-ci ildə Moskva şəhər A. N. Kostyakov adına ÜİH Moskva şəhərində A. N. Kostyakov adına ÜİET “Hidrotexnika və Meliorasiya” İnstitutunun aspirantı olub. 1964-1965-ci illərdə AzET “Hidrotexnika və Meliorasiya” İnstitutunun Pirşağı qəsəbəsindəki ET təcrübə stansiyasında müxtəlif vəzifələrdə işləyib. 1966-cı ildən 1975-ci ilə kimi Az.Pİ-də “İnşaat maşınları” kafedrasında və M ET institutunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1989-cu ildən texnika elmləri doktoru elmi dərəcəsi və həmin ilin sonunda da professor elmi adını alıb. 1999-cu ildən də bu günə kimi “Hidrotexniki qurğular və hidravlika” kafedrasında professor vəzifəsində çalışıb. İşlədiyi müddətdə 30 il fasiləsiz (1966-1995-ci illərdə) təsərrüfat hesablı müqavilələrə elmi-texniki və problem mövzuları üzrə geniş elmi – texniki işlər aparıb. Bundan əlavə, çöl şəraitində - naturada ET işlərini aparmaq üçün SSRİ – də analoqu olmayan “Avtotenzolaboratoriya” təşkil edib.
Telman Hüseynov (alim)
Telman Hüseynov (tam adı:Hüseynov Telman Əlihüseyn oğlu; 28 dekabr 1934, Cəbrayıl rayonu – 4 avqust 2016, Bakı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. Telman Hüseynov 1934-cü il 28 dekabrda Cəbrayıl rayonunda anadan olmuşdur. 1955-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin institutu "Sənayenin iqtisadiyyatı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuş, aspiranturanı bitirdikdən sonra 1967-ci ilədək orada kiçik elmi işçi vəzifəsində çalışmışdır. 4 avqust 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. 1967-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. Ali məktəbdə işlədiyi 50 ilə yaxın müddətdə professor elmi adına layiq görülmüş, kafedra müdiri, fakültə dekanı, prorektor və rektor əvəzi vəzifələrində çalışmışdır. 1967-ci ildə namizədlk dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi, 1989-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Elm sahəsində əldə etdiyi nailiyyətləri ilə respublikada iqtisad elminin inkişafına sanballı nəzəri-praktik töhfələr vermişdir. Elmlər namizədi və elmlər doktoruna elmi rəhbər və məsləhətçi olmuş, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavini işləmişdir.
Telman Hüseynov (hərbçi)
Telman Əsgər oğlu Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Telman Hüseynova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Telman Hüseynov (iqtisadçı)
Telman Hüseynov (tam adı:Hüseynov Telman Əlihüseyn oğlu; 28 dekabr 1934, Cəbrayıl rayonu – 4 avqust 2016, Bakı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. Telman Hüseynov 1934-cü il 28 dekabrda Cəbrayıl rayonunda anadan olmuşdur. 1955-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin institutu "Sənayenin iqtisadiyyatı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuş, aspiranturanı bitirdikdən sonra 1967-ci ilədək orada kiçik elmi işçi vəzifəsində çalışmışdır. 4 avqust 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. 1967-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. Ali məktəbdə işlədiyi 50 ilə yaxın müddətdə professor elmi adına layiq görülmüş, kafedra müdiri, fakültə dekanı, prorektor və rektor əvəzi vəzifələrində çalışmışdır. 1967-ci ildə namizədlk dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi, 1989-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Elm sahəsində əldə etdiyi nailiyyətləri ilə respublikada iqtisad elminin inkişafına sanballı nəzəri-praktik töhfələr vermişdir. Elmlər namizədi və elmlər doktoruna elmi rəhbər və məsləhətçi olmuş, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavini işləmişdir.
Telman Hüseynov (polkovnik)
Telman Əsgər oğlu Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Telman Hüseynova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Telman Həmid oğlu Abdullayev
Telman Əliyev (professor, 1940)
Telman Xurşud oğlu Əliyev (3 aprel 1940, Qaryagin – 7 mart 2021,Bakı ) — Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasının professoru. Telman Xurşud oğlu Əliyev 3 aprel 1940-cı ildə Azərbaycan Respublikası Füzuli rayonunun Aşağı Rəfədinli kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Xurşud Alı oğlu ixtisasca hesabdar olmuş və kolxozda baş mühasib işləmişdir. O, kəndin ziyalılarından olmuş, o vaxtlar Sovet hökumətinin yaratdığı savadsızlığın ləğvi kurslarında dərs demişdir. 1941-ci ildə 31 yaşında dünyasını dəyişmişdir. Anası Gülgəz Vəli qızı Mustafayeva 1912-ci ildə anadan olmuşdur. O, orta məktəbdə təhsil almaqla yanaşı evdə atası molla Vəlidən islam dininin əsaslarını öyrənmiş, Quran dərsi keçmişdir. O, 2003-cü ildə dünyasını dəyişmişdir. Telman Əliyev 1948-ci ildə həmin kənddə orta məktəbə getmiş, 1958-ci ildə Böyük Pirəhmədli kənd orta məktəbini bitirərək, fərqlənmə ilə kamal atestatı almış və həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun İnşaat fakültəsinin Sənaye və mülki tikinti şöbəsinə qəbul olunmuş, 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Telman Əliyev Moskva Hərbi Mühəndislik Akademiyasının kafedra müdiri, Rusiya Federasiyasının Əməkdar elm və texnika xadimi A.P. Sinitsinin elmi rəhbərliyi ilə 28 yaşında dissertasiya müdafiə etmişdir.
Teoman
Teoman xan (çin. - 頭曼 ; e. ə. III əsr) — Hunların bilinən ilk hökmdarı. Mete xaqanın atasıdır. E.ə. III əsr ərəfələrində yaşayan Teoman ilk böyük Hun hökmdarıdır. Fərqli Türk boyları arasında birliyi təmin edərək, mərkəzi bir idarə qurmuş və beləcə e.ə. 220-ci ildə ilk Hun xaqanı olaraq iş başına keçmişdir. Türk boyları o zamana qədər ən yaxınlıqdakı Çin İmperatorluğuna bir çox axın reallaşdırmışdı, hər nə qədər bu axınlar Çinlilər üçün təhdid kimi görünsə də, Türk boyları heç bir zaman birlikdə hərəkət etmədikləri üçün böyük bir Hun axını olmamışdı.
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.