KƏMRƏ

(Bakı)
çirk, kir
KƏMÖ:X’
KƏMRİK
OBASTAN VİKİ
Kəmrəz
Kəmrəz — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == KƏMRƏZ — İrəvan xanlığının Qırxbulaq nahiyəsində, sonra İrəvanquberniyasının İrəvan qəzasında kənd adı. 1590-cı ilə aid türkcə mənbədə və 1728-ci ilə aid mənbədə Kəmris kimidir. XIX əsrin sonlarına aid mənbədə Qəmriz kimidir. 1978-ci ildə kənd ermənicə Kamaras adlandırılmışdır. XVII əsrə aid ermənicə mənbədə isə Qəmrəs yazılmışdır. Yerli əhali içərisində tələffüz forması Kəmrizdir. Lakin XIX əsrin sonlarına aid ədəbiyyatda da kənd Qəmriz yazılmışdır. == Toponimi == Türk dillərində qəm, kəm, "çay", "dərə" və arıs "tayfanın hissəsi" sözlərindəndir. Toponimin tərkib hissəsini təşkil edən kəm sözü XIX əsrdə Stavropol quberniyasının Açi-Kulak dairəsində Kəm-Tübə (dağ adı), Ter əyalətinin Nalçik dairəsində Kəm (kənd adı), İrəvan quberniyasının Novobayazid qəzasında Kəm dərəsi (dərə adı), Zəngəzur qəzasında Kəm-Bil, Kəmdağı toponimlərində də vardır.