LAVA VULKANI

əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı formalı vulkan. L. v. püskürməsi sakit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan. вулкан лавовый lava volcano
LAVA TUNELLƏRİ
LAVAKA
OBASTAN VİKİ
Lava vulkanı
Lava vulkanı (rus. вулкан лавовый, ing. lava volcano) — əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı formalı vulkan. lava püskürməsi sakit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan.
Lava
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava) — vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır. Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) süxurlar əmələ gətirir.
Aa-lava
Aa-lava — kələ-kötür səthə malik bazalt lavası. Bir-birinə bitişmiş ayrı-ayrı posa parçalarından və daha iri (1 metrədək) künclü sıx hava qırıntılarından ibarətdir. Aa-lava Havay adaları, həmçinin İslandiya və başqa vulkanik vilayətlər səciyyəvidir.
Lava axını
Lava axını (rus. лавовый поток, ing. lava flow) — vulkandan axan lavanın yatım forması; lavanın qatılığından və yer səthinin meyilliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adətən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Lava brekçiyaları
Lava brekçiyaları (ital. breccia-qırma) (rus. брекчии лавовые, ing. lava breccias) — vulkan püskürməsi zamanı qırıntılarının lava ilə sementləşməsi nəticəsində əmələ gələn brekçiya.
Lava gölü
Lava gölü (rus. лавовое озеро, ing. lava lake) — odlu-maye lava ilə dolmuş vulkan krateri və ya sıldırım yamaclı geniş çuxur. Məfhum bəzən bərkimiş L. g. də aid edilir.
Lava konusu
Lava konusu (rus. конус лавовый, ing. lava cone) — başlıca olaraq massiv lava axınlarından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Lava moreni
Lava moreni (rus. морена лавовая, ing. lava moraine) — lava axını ilə gətirilən qayma və şlak yığımı; çox duru lavalı eksploziv-effuziv zirvə püskürməsi zamanı əmələ gəlir.
Lava qovuqcuqları
Lava qovuqcuqları (rus. пузыри лавовые, ing. lava vesicles) - lavalarda dairəvi, silindrik, linzavari, yaxud qeyri-müəyyən formalı boşluqlar; lavanın soyuması zamanı buxarın və qazların ondan ayrılması nəticəsində əmələ gəlir.
Lava stalaktiti
Lava stalaktiti (rus. сталактит лавовый, ing. lava stalactites) — ərinti lavanın boş lava tunelinin tavanından sızaraq əmələ gətirdiyi asılı törəmə.
Lava stalaqmiti
Lava stalaqmiti (rus. сталагмит лавовый, ing. lava stalagmites) — böyük sütunvari formalı effuziv süxurlar kütləsi. Əsasi tərkibli az qatılıqlı lavanın köhnə lava örtüyü, yaxud lava axımının soyumuş səthi üzərində fəvvarəli püskürməsi zamanı yaranır.
Lava tunelləri
Lava tunelləri (rus. туннели лавовые, ing. lava tunnels) — lava axınlarında dəhlizlər şəkilində uzanan boşluqlar. Ən çox dalğalı lava axınlarında müşahidə edilir, uzunluğu yüzlərlə m-ə, eni 20 – m-ə, hündürlüyü isə 5 m-ə çatır /Etna/. Ən uzun tunel /1500 m-dək/ Kaliforniyada Şesta dağı və İslandiyada Şurtoşellira vulkanı aşkar edilmişdir.
Lava örtüyü
Lava örtüyü (rus. лавовый покров, ing. lava sheet) — lavanın böyük miqdarda axmış və böyük ərazilərdə hər tərəfə geniş yayılmış yatım forması. Əsasən çay püskürməsi və duru bazalt axımları üçün səciyyəvidir.
Erebus vulkanı
Erebus — Antarktida və Cənub yarımkürrəsində Cənub qütbünə ən yaxın fəaliyyət göstərən vulkan. Vulkan Ross adasında yerləşir. Erebusdan başqa adada üç sonmüş vulkan vardır. Vulkanın hündürlüyü 3794 metr təşkil edir. Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Nyu-Meksiko ştatının dağlarda ehtiyat çıxarma və texnologiya mühəndisliyi tərəfindən vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır. Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyası rəhbəri Ceyms Ross rərəfindən kəşf edilir. Ekspedisiya Erebus(1826) və Terror(1813) gəmiləri ilə həyata keçirilir. Vulkanın kraterinə ilk dəfə 10 mart 1908-ci ildə Ernest Şelktonun birinci ekspedisiyası zamanı çıxılır.
Eyyafyatlayokudl vulkanı
Eyyafyatlayokudl vulkanı — İslandiyada vulkan. Vulkan İslandiyanın cənubunda, paytaxt Reykyavikdən 125 km şərqdə yerləşən Eyyafyatlayokudl (isl. Eyjafjallajökull) buzlağının altında yerləşir. Buzlaqın adı "ada dağların buzlaqı" kimi tərcümə olunur. Eyja [ɛɪja] — ada, Fjall [fjatll] — dağ, Jökull [jœːkʏtl] — buzlaq. Vulkanın son püskürməsi 20 mart 2010-cu il tarixində müşahidə olunmuşdur. 14 aprel 2010-cu ildə vulkandan böyük həcmdə külün püskürməsi nəticəsində Avropanın bir çox ölkələri hava nəqliyyatını dayandırmışdı.
Fueqo vulkanı
Fueqo vulkanı (isp. Volcán de Fuego) — Qvatemalada Çimaltenanqo, Eskuintla and Sacatepquez deparatmentlərinin sərhəddində yerləşən aktiv stratovulkan. Volkan Qvatemalanın ən məşhur və turistik şəhəri olan Antiquanın 16 km qərbində yerləşir. O, İspaniyanın işğalından bəri tez-tez püskürür, ən son 2018-ci ilin iyun və noyabr aylarında püskürmüşdür. Fueqo aşağı səviyyədə davamlı olaraq aktiv olması ilə məşhurdur. Kiçik qaz və kül püskürmələri hər 15–20 dəqiqədə bir təkrarlanır, ancaq böyük partlayışlar çox nadir görünür. Andezit və bazalt lava tipləri üstünlük təşkil edir və son partlayışlar köhnə partlayışlarla müqayisədə daha ağır materialları püskürtmüşdür. Fueqo Akatenanqo vulkanı ilə birlikdə La Horkita kimi bilinən vulkan kompleksini yaradır.
Hekla vulkanı
Hekla - İslandiyanın cənubunda vulkan. Hündürlüyü 1481 metrdir. 874- cü ildən bəri 20 dəfə püskürüb və İslandiya adasının aktiv vulkanı hesab edilir. Orta əsrlərdə islandlar bu vulkanı "cəhənnəmdəki su " adlandırırdılar. Vulkan külünün öyrənilməsi nəticəsində məlum olmuşdur ki, vulkan 6600 il ərzində aktiv olmuşdur. Sonuncu püskürməsi 2000-ci ildə baş vermişdir. Hekla-uzunluğu 40 km olan vulkan dağının bir hissəsidir. Belə ki, bu dağın ən aktiv tərəfi 5,5 km-lik hissəsi olub Heklugja adlanır və hansı ki, Hekla vulkanına aiddir. == Püskürmənin tarixi == Vulkanın ən erkən püskürməsi 1104-cü ildə qeydə alınmışdır ki, bundan bəri 20-30 püskürmə müşahidə edilmişdir. Heklanın püskürmələri bir-birinə oxşamır.
Kelud vulkanı
Alimlər Kelud vulkanının püskürmə təhlükəsinin real olduğunu bildirirlər. İndoneziya dakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər. == 1919 == Ən dağıdıcı püskürmə isə 1919-cü ildə qeydə alınıb. O zaman baş verən güclü partlayış yüzlərlə yaşayış məntəqəsini dağıtmış və 5160 insanın həyatına son qoymuşdu. == 1990 == Xatırladaq ki, dünyanın ən fəal vulkanlarından olan Kelud vulkanı 1990-cı ildə püskürmüşdü və həmin vaxt onlarla insan tələf olmuşdu. == 2007 == === 17.10.2007 === İndoneziyadakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər.
Klivlend vulkanı
Klivlend vulkanı (ing. Cleveland Volcano) — Şimali Amerikada, Alyaska ştatı, Çuqinadak adasında yerləşən aktiv vulkan. Vulkan 1730 m yüksəklikdə yerləşir. Aleut adalarının ən aktiv vulkanıdır. == Fəaliyyət == Bu vulkanın 19-cu və 20-ci əsrlərdə bir çox qeydə alınmış püskürmələri, həmçinin 18-ci əsrdə ərazidə vulkanik fəaliyyətin bir neçə hesabatı vardır. Son püskürmə 2011-ci ildə baş vermişdir. Vulkan 2011-ci il dekabrın 30-da 4,5 kilometr məsafəyə kül püskürmüşdür.
Krakatau vulkanı
Krakatau (ind. Krakatau) — İndoneziya ərazisində fəaliyyətdə olan vulkan, Malay arxipelaqına daxil olan Yava və Sumatra adaları arasında Zond boğazında yerləşir. Adanın sahəsi 10,5 km² təşkil edir. Hazır ki vulkanın hündürlüyü 813 metrdir. 1883-cü il püskürməsinə qədər vulkanın hündürlüyü daha böyük idi. Böyük ada yerləşən vulkan patlayışdan sonra tamamən dağılır və suya gömülmüşdür. == Tarixi == Krakatau stratovulkan olduğundan hər zaman püskürkələr və küll dumanları müşahidə edilir. Vulkonoloqların fikircə 535-ci ildə baş vermiş ən güçlü püskürmədir. Alimlər belə düşünür ki, bu püskürmə nəticəsində Zond boğazı yaranıb. Belə ki, Sumatra və Yava adaları bir birindən ayrılaraq iki müstəqil adalara çevrilmişlər.
Marumukutru vulkanı
Marumukutru vulkanı (malaq. Maromokotro) — Adanın ən hündür nöqtəsi sönmüş vulkanıdır. Hündürlüyü 2876 metrdir. Zirvə Saratanana dağ massivində yerləşir. Tərcümədə "meyvə ağacları barı" anlamını verir.
Palçıq vulkanı
Palçıq vulkanları – vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpə (hündürlüyü 400m-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, suxur qırıntıları, su (bəzən neftli) püskürür. Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu a.vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən, metandan, qismən ağır karbohidrogenlər və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanının suyu yod, brom, bor və s-li hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stroisium, litium və s.) olur. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir.
Qarqar vulkanı
Qarqar vulkanı — Azərbaycan və Ermənistan sərhəddində yerləşən yatmış vulkan. Vulkanın hündürlüyü 3584 metr təşkil edir. Son püskürmənin b. e. ə 3000 illərdə baş verməsi ehtimal edilir.
Santorini vulkanı
Santorini (yun. Σαντορίνη) — Egey dənizində yerləşən Tira adasında olan vulkan şəbəkəsinə aid kaldera. Bu kalderanın əmələ gəlməsi zamanı güçlü vulkan püskürməsi baş vermiş və nəticədə Egey sivilizasiyası, Krit, Tira adaları və Egey dənizi sahillərində olan yaşayış məntəqələrti məhv olmuşdur. Pürkürmənin b.e.ə 1645—1600 illərdə olması qeyd olunur. Partlayışın güçü 7 ball olaraq qiymətləndirilir. Bu isə Tambora və Krakatau vulkanlarının püskürməsindən 3 dəfə güçlü olması anlamına gəlir. Sunaminin hündürlüyü 100 metrə çatmnası ehtimal edilir. Nəticədə isə Krit adasında mövcud olan Minoy sivilizasiyası məhv olmuşdur. Vulkandan 200–1000 km aralıda yerləşən ərazilər küllə örtülmüşdür Minoy sivilizasiyasında yaşayan insanlar yaxşı dənizçilər və tacirlər idilər. Onların donanması bir zamanlar Egey dənizində hakimlik edirdi.
Solfatara vulkanı
Solfatara (it. Solfatara di Pozzuoli) — İtaliyanın Possuoli şəhəri yaxınlığında yerləşən vulkan. Bu vulkan roma mifalogiyasına görə Vulkan adlı dəmirçılık tanrısının evi olmuşdur. Bir deyimə görə vulkanın adı italyanca «solfo» yəni «azot» sözündən əmələ gəlmişdir. Digər versiyada isə latınca «Sulpha terra» sözündən əmələ gəlmiş mənası «Kükürdlü torpaq» mənasını verir.