LAYİHƏ-KƏŞFİYYAT

прил. проектно-изыскательский Layihə-kəşfiyyat işləri проектно-изыскательские работы
LAYİHƏ-AXTARIŞ
LAYİHƏ-KONSTRUKTOR
OBASTAN VİKİ
Layihə
Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət. == Layihə mərhələləri == Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur; Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir; İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır; Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır. == Layihə idarəedilməsinin müxtəlif səviyyələri == Vaxtın idarəedilməsi Büdcənin idarəedilməsi Resursların idarəedilməsi Keyfiyyətin idarəedilməsi İnsan resurslarının idarəedilməsi Risklərin idarəedilməsi == Layihənin növləri == Sosial layihələr İqtisadi layihələr Ekoloji layihələr 1)hazırlanan hər bir şeyin ilk variantı; 2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur. 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.
Kəşfiyyat
Kəşfiyyat — siyasi mövqelərə təqdim edilmək üzrə toplanmış və təhlil edilmiş izlemsel və ya taktika məzmunlu işlənmiş məlumatlara deyilir. Hər cür qaynaqdan əldə edilən xam məlumat əlaqəsiz kimi görünən parçalardan ibarət olan, ziddiyyətli, etibarsız, yanıldıcı və ya səhv ola bilər. Kəşfiyyat isə birləşdirilmiş, qiymətləndirilmiş, təhlil edilmiş, şərh olunmuş və ayırd edilmiş məlumatdır. Tamamlanmış bir kəşfiyyat, kəşfiyyat çevriminin nəticə məhsulu olan və siyasi təyin edicilərə təqdim edilməyə hazır olan işlənmiş məlumatdır.Hər dövlət üçün, ölkənin bölünməz bütünlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı içdən və xaricdən gələcək mövcud və ola biləcək təhdidlər haqqında məlumat yığmaq və kəşfiyyat meydana gətirmək üçün imtina edilməz bir ehtiyacdır. Kəşfiyyat dövlət üçün, rəqib və ya rəqib olması ola biləcək adam, təşkilat-quruluş, dövlətlər və digər təşkilatlar haqqında açıq və ya bağlı qaynaqlardan məlumat yığıb, təhlil etmə və qiymətləndirmələrə əsas tutaraq nəticəyə çatılması mənasını verməkdədir. == Sözün kökü == Kəşfiyyat, söz mənası olaraq xəbər alma mənasını versə də, anlayışın ifadə etdiyi məna, bir az daha genişdir və xəbər alma anlayışı kəşfiyyat anlayışının əhatə etdiyi müddətin yalnız bir addımıdır. kəşfiyyat anlayışı, ölkə təhlükəsizliyinin təmin edilməsi üçün qərar mexanizmlərinə lazımlı məlumatın toplanması, analiz və təsnif edilməsi, hesabatlandırılması və əlaqədar qərar vericilərə çatdırılması müddətidir.
Layihə:Bürokratlar
Bürokrat aşağıdakı hüquqlara sahib inzibatçılara verilən addır. istifadəçiyə müvafiq bürokrat seçkisinin nəticəsinə uyğun olaraq bürokrat statusu vermək (bürokrat bu statusu istifadəçidən geri ala bilməz); istifadəçiyə müvafiq inzibatçı seçkisinin nəticəsinə uyğun olaraq inzibatçı statusu vermək (bürokrat bu statusu istifadəçidən geri ala bilməz); istifadəçiyə bot statusu vermək (bürokrat konkret səbəblər göstərərək bu statusu istifadəçidən geri ala bilər); istifadəçiyə interfeys inzibatçısı statusu vermək (bürokrat konkret səbəblər göstərərək bu statusu istifadəçidən geri ala bilər). Bürokratlar öz fəaliyyətlərində ilk növbədə qanunlara və vikicəmiyyətin razılığına əsaslanmalıdırlar. Məsələn, onlar istifadəçiyə inzibatçı statusu verərəkən inzibatçılar, bürokrat statusu verərkən isə Bürokratlar səhifəsindəki səsvermənin nəticələrini əsas götürülməlidir. Bot statusunun verilməsi üçün bot sahibinin Botlar səhifəsində müraciəti olmalıdır. Bot statusunun alınması üçün ya bot sahibinin özünün razılığı, ya da bunun üçün tutarlı əsaslar lazımdır. Azərbaycanca Vikipediyada hal hazırda 4 bürokrat var (bürokrat hüququ olan istifadəçilərin tam siyahısı). == Bürokratlar == === Hazırkı === Sortilegus (müzakirə • töhfələr) Eldarado (müzakirə • töhfələr) Turkmen (müzakirə • töhfələr) Toghrul R (müzakirə • töhfələr) === Keçmiş === Mehrdad (müzakirə • töhfələr) Crepusculum (müzakirə • töhfələr) == Bürokrat namizədlərinin seçkisi == Hazırda heç bir seçki yoxdur.
Layihə A
Layihə A və ya "A" Layihəsi (ing. Project A, Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 — 'A' gai waak) — 1983-cü ildə Ceki Çanın məşhur filmlərindən biridir. Film bir çox adla, o cümlədən, «Pirate Patrol» və «Jackie Chan's Project A» adları ilə tanınır. == Şüar == Nonstop Action On The High Seas! (azərb. Açıq dənizdə davamlı hərəkət!‎) == Məzmun == XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır.
Layihə menecmenti
Layihə – müəyyən vaxt ərzində, tələb olunan büdcə daxilində gözlənilən nəticəyə çatmaq üçün həyata keçirilən işlərdir. Layihənin gündəlik işlərdən fərqi onun konkret müddətlə bağlı olmasıdır. Layihənin həyata keçirilməsi üçün maliyyə resurslarından (büdcə) başqa, digər resurslar da müəyyən edilir. Bunlara insan resursları, fiziki və informasiya rersursları aiddir. Xüsusi şərtlərlə, vaxt məhdudiyyəti, qiymət, keyfiyyət, fəaliyyət növü və digər məqsədlərlə xarakterizə olunan nadir işlər çoxluğu Layihə adlarıir. == Layihənin əlamətləri == Dəyişkənlik əlaməti; vaxt məhdudiyyəti əlaməti; büdcə əlaməti; ehtiyatlar əlaməti; təkrarolunmazlıq əlaməti; yenilik əlaməti; bütövlük, tamlıq əlaməti; hüquqi təminat əlamətləri təşkilat əlamətləri məhdudiyyətçilik əlamətləri; === Dəyişkənlik əlaməti === Layihələrdə bu əlamət əsas xassələrdən biri kimi qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə "yaşayır". İlk növbədə, yəni layihənin start dövründə, onun bütün elementləri passiv vəziyyətdə olurlar. Vaxt keçdikcə layihədəki işlər (elementlər) yerinə yetirilir. Bu zaman işlər passiv vəziyyətdən aktiv vəziyyətə keçir.
Elektron kəşfiyyat
Elektron kəşfiyyat və ya ELINT/SIGINT (ing: electronic intelligence və signals intelligence. Az: Elektron kəşfiyyat və Siqnal kəşfiyyatı) müasir və yüksək texnologiyaların effektiv istifadəsinə əsaslanan bir kəşfiyyat törəməsidir. Elektron kəşfiyyat rabitə cihazları və ya düşmən və ya potensial təhdid elementləri tərəfindən istifadə olunan kommunikasiya vasitələri və digər elektron cihazların yaydığı radio dalğaları ilə və ya kabeldə daşınan digər rəqəmsal və analoq məlumatların müxtəlif vasitələrlə ələ keçirilib analiz edilməsi nəticəsində gizli məlumatların ələ keçirilməsi texnikasını ifadə edən anlayışdır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, Türkiyə Silahlı Qüvvələri və Türkiyə Polisi Kəşfiyyat Dairə İdarəsi tərəfindən həyata keçirilir.
Hərbi kəşfiyyat
Hərbi kəşfiyyat — hərbi əməliyyatlar zamanı bir ərazidəki təbii xüsusiyyətlər və düşmən haqqında məlumat əldə etmək üçün həyata keçirilən fəaliyyət. Hərbi kəşfiyyat nümunələrinə piyada əsgərlər, hərbi gəmilər və ya sualtı qayıqlar, pilotlu və ya pilotsuz uçuş aparatları və süni peyklər tərəfindən həyata keçirilmiş olan patrullar və ya gizli müşahidə nöqtələrinin qurulması daxildir. Casusluq əsasən hərbi kəşfiyyat sayılmır, çünki bu iş əsas qüvvələrin qabağında işləyən hərbi təyinatlı xüsusi qüvvələr tərəfindən həyata keçirilir. Cəsuslar düşmən mövqelərinin arxasında mübarizə aparırlar.
Kəşfiyyat idarəsi
Kəşfiyyat orqanı, hüquq mühafizə, milli təhlükəsizlik, müdafiə və xarici siyasət məqsədlərini dəstəkləmək üçün təhlil və ya araşdırma apararaq məlumat və kəşfiyyat məlumatları toplayan dövlət orqanıdır. Kəşfiyyat orqanlarının açıq və məxfi, casusluq, əks kəşfiyyat, elektron kəşfiyyat, kriptoanaliz, digər qurumlarla əməkdaşlıq və ictimai mənbələrdən istifadə etmək kimi vəzifələri var. Bu məlumatların toplanması və yayılması kəşfiyyat təhlili və ya kəşfiyyat kimi tanınır. Daxili kəşfiyyat ilə xarici kəşfiyyat arasında bir fərq var. Daxili kəşfiyyat terrorizm və əks-kəşfiyyat kimi daxili təhdidlərlə məşğul olur. Xarici kəşfiyyat isə xarici dövlətlərin siyasi və ya iqtisadi fəaliyyəti barədə məlumat toplamağı özündə cəmləşdirir. Ən məşhur kəşfiyyat agentlikləri CIA, KGB, Mossad və MI6 hesab olunur.
Kəşfiyyat təyyarəsi
Kəşfiyyat təyyarəsi – havadan hərbi kəşfiyyat aparmaq məqsədilə yaradılmış və ya modernizasiya edilmiş olan bir hərbi təyyarə növüdür. Bu cür təyyarələr, adətən, çox yüksəkdən uçaraq düşmənin radar sistemlərinə yaxalanmamaq şərti ilə düşmən torpaqlarından vizual görüntü və ya elektron kəşfiyyat məlumatları toplayırlar. Müasir müharibələrin hamısında bu cür kəşfiyyat təyyarələrinin xidmətlərindən istifadə edilmişdir. Bu cür təyyarələrdən Birinci dünya müharibəsi zamanında da istifadə edilmiş olsa da, bu təyyarələrdən daha effektiv şəkildə İkinci dünya müharibəsi zamanı və ondan sonrakı bir çox müharibələrdə istifadə edilmişdir. Kəşfiyyat təyyarələri müasir dövlətlərin silahlı qüvvələrinin və hərbi kəşfiyyat xidmətlərinin əvəzedilməz qüvvələrindən biri hesab olunur.
Əks kəşfiyyat
Əks-kəşfiyyat, kəşfiyyata qarşı durmaq, onların vəzifəsi düşmənin və ya digər ölkələrin kəşfiyyat idarələri tərəfindən həyata keçirilən kəşfiyyata qarşı mübarizə, düşmənlərin və düşmən kəşfiyyat orqanlarının kəşfiyyat məlumatları toplamasının qarşısının alınması və ya əldə ediləcək məlumatları manipulyasiya etməkdir. Milli kəşfiyyat orqanları, buna əsaslanan ölkələrin təhlükəsizliyi hücum üçün həssasdır. Dövlətlər əks-kəşfiyyat idarələrini xüsusi məqsədlər üçün xüsusi xidmət orqanlarından ayrı və müstəqil şəkildə təşkil edirlər. Əksər ölkələrdə əks kəşfiyyat orqanları birdən çox agentliyin nəzdində düşmən kəşfiyyatına qarşı mübarizə aparır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, İngiltərədə Security Service əks kəşfiyyat orqanlarına nümunə göstərilə bilər. Əksər hallarda əks kəşfiyyat agentliklərinin birbaşa polis gücündən istifadə etmə hüququ yoxdur; lakin qanun çərçivəsində yerli təhlükəsizlik qüvvələrindən istifadə edə bilər və ya detektiv qüvvədən istifadə etmək səlahiyyəti olan qurumlar yarada bilərlər. İngiltərədə Təhlükəsizlik Xidməti nəznində (Security Service) “Xüsusi şöbə” (Special Branche) adlandırılan və Milli Təhlükəsizlik məsələlərində detektiv qüvvədən istifadə etmək səlahiyyətinə sahib olan xüsusi bir ofis mövcuddur. Rusiyada FSB, Polşada Służba Kontrwywiadu Wojskowego, Agencja Bezpieczeństwa Wewnętrznego kimi təşkilatlar bir çox daxili təhlükəsizlik agentliklərinə birbaşa əmrlər verirlər.
Layihə A (film)
Layihə A və ya "A" Layihəsi (ing. Project A, Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 — 'A' gai waak) — 1983-cü ildə Ceki Çanın məşhur filmlərindən biridir. Film bir çox adla, o cümlədən, «Pirate Patrol» və «Jackie Chan's Project A» adları ilə tanınır. == Şüar == Nonstop Action On The High Seas! (azərb. Açıq dənizdə davamlı hərəkət!‎) == Məzmun == XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır.
Layihə A 2
Layihə A 2 (ing. Project A Part II) — Ceki Çanın rol aldığı 1987-ci ildə ərsəyə gətirilmiş Honq Konq filmidir.Film Layihə A filminin sahil mühafizə çavuşu Ma Yulonqun sərgüzəştlərinin davamıdır. == Məzmun == Honq Konq yerli rəhbərliyi, bir neçə rayonu idarə edən baş idarə rəisi cənab Çanın (David Lam) təmizliyinə şübhə edir. Səlahiyyətlilər, pirat denizinin məhv edilməsi ilə məşhurlaşan Ma Yulonq-un nəzarəti altındakı bölgələrdən birini (Saivan) təhvil verir. Müəyyən bir Pələng dəstəsi yerli polisin çox qorxduğu bu bölgəyə rəhbərlik edirdi. Dostları ilə stansiyaya gələn Ma Yulonq, Tiqer'i həbs etməyi planlaşdırır, ancaq Constable Ho yerli polisə kömək etmək üçün könüllü olaraq işləyir.
Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərərgahının General-kvartmeystr İdarəsinin Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu. == Strukturu == 1919-cu ilin martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərərgahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi.
Kəşfiyyat Mərkəzi İdarəsi
Kəşfiyyat orqanlarının siyahısı
Bu, ölkələrə görə kəşfiyyat orqanlarının siyahısı. Bura yalnız hazırda fəaliyyət göstərən qurumlar daxildir.
Milli Kəşfiyyat Təşkilatı
Milli Kəşfiyyat Təşkilatı — Türkiyə Cümhuriyyətinin bölünməz bütövlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı daxildən və xaricdən gələcək mövcud və olabiləcək təhdidlər haqqında məlumat yığmaq, tədbir görmək və lazımlı vəziyyətlərdə əlaqədar mövqeləri xəbərdar etməklə vəzifəli təşkilatdır. Təşkilat Türkiyə Prezidentinə tabedir. Büdcəsi 855 milyon Türk lirəsi təşkil edir. " … Müasir dövlətlərdə olduğu kimi, bizdə də müasir bir kəşfiyyat təşəkkülü qurmaq məcburiyyətindəyik… " (Mustafa Kamal Atatürk, 1925) Dövlətin milli təhlükəsizlik siyasətinin hazırlanmasıyla əlaqədar hər mövzuda kəşfiyyatın tək əldə toplana bilməsi məqsədiylə, 22 iyul 1965-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən 644 saylı qanun qəbul edilmiş və bu qanun ilə quruluşun adı Milli İstihbarat Təşkilatı (MİT) olaraq dəyişdirilmişdir. Qanun ilə MİT-in bir rəhbər tərəfindən idarə olunması və rəhbərin, qanun ilə təyin olunan vəzifələrin yerinə yetirilməsində yalnız Baş Nazirə qarşı məsul olması nəzərdə tutulmuşdur. MİT, təxminən 19 il davam edə ilə fəaliyyətlərini 644 saylı qanun hökmləri istiqamətində icra etmiş, ancaq sürətlə dəyişən və inkişaf edən şərtlərin işığında yeni bir qanuni tənzimləmənin ehtiyacı ortaya çıxmışdır. Bu məqsədlə, 1 noyabr 1983-cü il tarixində 2937 saylı "Dövlət Kəşfiyyat Xidmətləri və Milli Kəşfiyyat Təşkilatı Qanunu" çıxarılmış olub, qanun 1 yanvar 1984 tarixində qüvvəyə girmişdir. Ölkələrin bir-birlərinə istiqamətli siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətləri ilə gözləmələrinin əvvəldən müəyyən olunması ehtiyacının zaman içərisində gedərək artması, xəbər almağa dönük quruluşlanmaların varlığını zəruri etmişdir. Türkiyədə, sistemli və mütəşəkkil xüsusiyyətdə kəşfiyyat təşkilatı qurma cəhdləri, Osmanlı Dövlətinin son illərində başlamışdır. Siyasi birliyin qorunması, ayrılıqçı hərəkətlərin önlənməsi və xüsusilə xarici dövlətlərin Orta şərq üzərində mərkəzləşən fəaliyyətlərinin izlənilə bilməsi üçün fərdi əsasda və məhdud xüsusiyyətdə davam etdirilən kəşfiyyat işlərinin bir mərkəzdən mütəşəkkil şəkildə icra edilməsinə ehtiyac duyulmuş və 17 noyabr 1913 tarixində Ənvər Paşa tərəfindən Təşkilatı Məxsusa adlı kəşfiyyat təşkilatı qurulmuşdur.
Mərkəzi Kəşfiyyat Agentliyi
Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency) — ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 21 575 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub. Daxili təhlükəsizlik xidməti olan Federal Təhqiqat Bürosundan fərqli olaraq Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik deyil və əsasən xarici kəşfiyyata yönəlmişdir, lakin daxili kəşfiyyat və əks-kəşfiyyatın bəzi elementləri ilə. Xarici kəşfiyyat sahəsində ixtisaslaşan yeganə ABŞ hökumət təşkilatı olmasa da, elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agentliyi də var. Bundan əlavə, CIA, Prezidentin göstərişi ilə gizli əməliyyatları qanuni şəkildə həyata keçirmək və nəzarət etmək səlahiyyətinə sahib olan yeganə orqandır. CIA xarici siyasət təsirini Xüsusi Hadisələr Bölməsi kimi taktiki bölmələri vasitəsilə həyata keçirir. CIA, Milli Kəşfiyyat Direktorunun rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin bir hissəsidir.
Mərkəzi Kəşfiyyat İdarəsi
Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency) — ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 21 575 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub. Daxili təhlükəsizlik xidməti olan Federal Təhqiqat Bürosundan fərqli olaraq Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik deyil və əsasən xarici kəşfiyyata yönəlmişdir, lakin daxili kəşfiyyat və əks-kəşfiyyatın bəzi elementləri ilə. Xarici kəşfiyyat sahəsində ixtisaslaşan yeganə ABŞ hökumət təşkilatı olmasa da, elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agentliyi də var. Bundan əlavə, CIA, Prezidentin göstərişi ilə gizli əməliyyatları qanuni şəkildə həyata keçirmək və nəzarət etmək səlahiyyətinə sahib olan yeganə orqandır. CIA xarici siyasət təsirini Xüsusi Hadisələr Bölməsi kimi taktiki bölmələri vasitəsilə həyata keçirir. CIA, Milli Kəşfiyyat Direktorunun rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin bir hissəsidir.
Ulduz Kəşfiyyat İdarəsi
Ulduz Kəşfiyyat İdarəsi — Osmanlı sultanı II Əbdülhəmid tərəfindən 1880-ci ildə yaradılmış türk tarixinin ilk mütəşəkkil kəşfiyyat idarəsi. XIX əsrin sonlarında Osmanlı imperiyasının daxilində və imperiya xaricində baş verən hadisələr II Əbdülhəmidi birbaşa özünə tabe olan kəşfiyyat idarəsi yaratmağa sövq etdi. Bu cür hadisələrə öz vəziri də daxil olmaqla bir çoxlarının başqa dövlətlərin adından öz dövlətinə qarşı fəaliyyət göstərmələrini misal göstərmək olar. Bunun nəticəsində "Ulduz" Kəşfiyyat İdarəsi yaradıldı. "Ulduz" Kəşfiyyat İdarəsi digər idarələrdən fərqli olaraq, dövlətə yox, tək bir nəfərə bağlı şəkildə xidmət göstərirdi. İdarə bir müddət sonra Sultan II Əbdülhəmidin lehinə və əleyhinə fəaliyyət göstərənlər olmaqla iki yerə ayrıldı. İdarə ölkə daxilində, xüsusilə də erməni komitəçilərə qarşı kəşfiyyat fəaliyyətləri aparmaqla məşğul olurdu. Bununla yanaşı ölkə xaricində də yaxşı təşkilatlanmışdırlar. İdarə mənsubları Paris, Roma, London kimi müxtəlif mərkəzlərdəki şəxsləri və qurumları yaxından izləyirdilər. Çox qısa müddət ərzində geniş əraziyə yayılan xəfiyyələri sayəsində saraya hər ay 3000-dən çox jurnal gəlirdi.
Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKX — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
Xüsusi Təyinatlı Kəşfiyyat
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycana məxsus Ələkbər Cahangirovun komandanlıq etdiyi xüsusi təyinatlı hərbi birləşmə. Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi. İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir.
Kəşfiyyat Nazirliyi (İran)
İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi (fars. وزارت اطّلاعات جمهوری اسلامی ایران‎) Vezârət-e Ettelâ'ât-e Jumhuriy-e Eslâmi İran İslam Respublikasının əsas kəşfiyyat təşkilatıdır və İran Kəşfiyyat Cəmiyyətinin üzvüdür. O, həmçinin VAJA və əvvəllər VEVAK (Vezarat-e Ettela'at va Amniyat-e Keshvar) və ya alternativ olaraq MOIS kimi tanınır. Şahın kəşfiyyat aparatını SAVAK-ı ələ keçirdikdən sonra əvvəlcə SAVAMA kimi tanındı. Nazirlik daxili və xaricdəki işinin xarakterinə görə İranın üç "suveren" nazirlik orqanından biridir. == Tarix == Nazirlik haqqında etibarlı və istifadə olunacaq məlumatı əldə etmək çox vaxt çətindir. Başlanğıcda təşkilat SAVAMA kimi tanınırdı, və şahın hakimiyyəti dövründə İranın kəşfiyyat orqanı olan SAVAK-ı əvəz etmək niyyətində idi, lakin iki təşkilat arasında nə qədər davamlılığın olduğu aydın deyil — onların rolu oxşar olsa da, onların əsasını fərqlilik təşkil edir. ideologiya kökündən fərqlidir. Ehtimal olunur ki, yeni hökumət əvvəlcə SAVAK elementlərini yeni təşkilatdan təmizləmək istəyirdi, lakin nəticədə praqmatizm üstünlük təşkil etdi və bir çox təcrübəli SAVAK kadrları öz rollarında saxlanıldı. Keçmiş SAVAK işçilərinin nazirliyin solçu müxalif qruplara və İraq Baas Partiyasına nüfuz etməsində mühüm rol oynadığına inanılır.
Layihə:Vizual redaktor/Rəy
Layihə A (film, 1983)
Layihə A və ya "A" Layihəsi (ing. Project A, Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 — 'A' gai waak) — 1983-cü ildə Ceki Çanın məşhur filmlərindən biridir. Film bir çox adla, o cümlədən, «Pirate Patrol» və «Jackie Chan's Project A» adları ilə tanınır. == Şüar == Nonstop Action On The High Seas! (azərb. Açıq dənizdə davamlı hərəkət!‎) == Məzmun == XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır.
Layihə X (film, 2012)
Layihə İks (ing. Project X) — Nima Nurizadənin rejissorluğu, Todd Fillipsin müəllifliyi və “Warner Bros. Pictures”in distribütorluğu ilə 2012-ci ildə çəkilmiş ABŞ komediya filmi. Ssenarisi Maykl Bekoll və Mett Dreyk tərəfindən yazılan filmin əsas rollarını Tomas Mann, Oliver Kuper və Conatan Deniel Braun ifa edir. Filmin məzmunu qonaqlıq təşkil edərək məktəbdə məşhurluq qazanmağa çalışan üç dostdan — Tomas (Tomas Mann), Kosta (Oliver Kuper) və C.B.-dən (Conatan Deniel Braun) bəhs edir.