LEND

v 1. iqt. borc pul vermək; The bank lent him money Bank ona borc pul verdi; 2. əşyanı borc vermək (istifadəyə); I’ll lend you that book Mən sənə / sizə o kitabı borc verəcəyəm; 3. məc. əl tutmaq; kömək etmək / göstərmək; Would you lend me a hand with my trunk? Sən / Siz çamadanımı aparmağa mənə kömək etməzdinmi? / etməzdinizmi?

LEMONADE
LENGTH
OBASTAN VİKİ
Arnem-Lend
Arnemland (ing. Arnhem Land) — Avstraliyanın şimalıda yerləşən yarımada, ölkənin ayrıca regionlarından biri. Yarımadada Kakadu Milli Parkı yerləşir ki, oda YUNESKO-nun ümumdünya irsi siyahısındadır. İngilis dilli mənbələrdə Arnemland ancaq Avstraliyanın Şimal ərazisinin şimal-şərq bölgəsi nəzərdə tutulur. İnzibati baxımından 97 min km² ərazini əhatə edir. Burada 16 230 nəfər yaşayır (2007). Sovet mənbələrində isə Arnemland bütünlükdə Şimal ərazisinin şimal bölgəsinə şamil edilirdi. Yarımadanın sahillərini Timor, Arafur dənizləri və Karpentariya körfəzi yuyur. == Coğrafiyası == Yarımadanın səthi hamar təpəli platodan ibrətdir. Şimalda hündürlük 180 m, cənubda isə 400 m təşkil edir.
Lend-liz
Lend-liz (ing. lend — borc vermək və ing. lease — kirayəyə vermək, müvəqqəti istifadəyə vermək) — İkinci Dünya müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramı. == Cədvəl == Proqram çərçivəsində ABŞ tərəfindən müttəfiqlərə göndərilmiş məhsul və avadanlıqların ümumi dəyəri.
Edvin Herbert Lend
Edvin Herbert Lənd (Edwin Herbert Land) — (7 may 1909 – 1 mart 1991) Amerikalı alim və ixtiraçı == Həyatı == Edvin Herbert Lənd 7 may 1909-cu ildə anadan olmuşdur. == Fəaliyyəti == Amerikalı alim-optik, ani fotoçəkiliş üçün istifadə olunan "Polaroid" kamerasının ixtiraçısı, Fototexnika və məişət avadanlıqlarının istehsalı ilə məşğul olan "Polaroid Corporation" amerikalı şirkətinin banisi olan Lənd 1963-cü ildə milli elmin inkişafına verdiyi töhfələrə görə ABŞ-nin Prezident Azadlıq Medalı ilə təltif edilmişdir. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Loks-Lend adası
Loks-Lend adası (ing. Loks Land Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Loks-Lend adası Baffin Torpağının Blant yarımadasının cənub-şərqində yerləşir. Ada Frobişer körfəzinin şimal-şərq girişində qərarlaşır. Cənubda (boğazın o tayında) Ecell və Rezolyoşen adaları yerləşir. Adanın sahəsi 419 km², sahil xəttinin uzunluğu 206 km-dir. Loks-Lend adasının maksimum uzunluğu 30 km, eni isə 25 km-dir. Relyefinə görə ada iki hissəyə bölünür: adanın şimal üçdə ikisi hündürlüyü 300 metrə qədər olan dağlıq ərazilərdən ibarət olan yüksəklik, cənub üçdəbir hissəsi 50 metrdən az olan düzənlikdir. Sahil çoxlu sayda buxta və körfəzlərlə sıx girintilidir.
La La Lend
La La Lend (ing. La La Land) — ssenari müəllifi və rejissoru Demyen Şazel olan, əsas rolları Rayan Qoslinq, Emma Stoun, Con Lecend və Rozmari Deuittin canlandırdığı, 2016-cı ildə romantik musiqili komediya-drama janrında çəkilmiş ABŞ filmidir. Filmdə musiqiçi və yeni fəaliyyətə başlayan aktrisanın Los-Ancelesdə görüşüb bir-birlərinə aşiq olmalarından bəhs edilir. Filmin adı həm hadisələrin baş verdiyi şəhərə, həm də reallıqdan uzaq anlamlı idioma işarədir. Şazel ssenarini hələ 2010-cu ildə yazsa da, onun yaradıcılıq ideyalarını sıxışdırmadan maaliyyələşdirməyə razılaşacaq studiya tapmaqda çətinlik çəkirdi. 2014-cü ildə çıxarılmış "Qamçı" filminin uğur qazanmasından sonra, layihə "Summit Entertainment" tərəfindən qəbul edilmişdir. "La La Lend" filminin premyerası 31 avqust 2016-cı ildə Venesiya Film Festivalında baş tutmuş, film ABŞ-də 9 dekabr 2016-cı ildə, Azərbaycanda 12 yanvar 2017-ci ildə təqdim edilmişdir. $30 milyon büdcəsi olan film, ümumilikdə $132 milyon gəlir gətirmişdir. Çıxarıldığı dövrdən başlayaraq təriflənən "La La Lend", 2016-cı ilin ən yaxşı filmlərindən biri kimi dəyərləndirilmişdir. Tənqidçilər tərəfindən Şazelin ssenarisi və rejissor işi, Stoun və Qoslinqin aktyor işi, Castin Hurvitzin orijinal film musiqisi və musiqi nömrələri yüksək qiymətləndirilmişdir.
Seul E-Lend FK
Seul E-Lənd FK (kor. 서울 이랜드 FC) — Seul şəhərini təmsil edən peşəkar Cənubi Koreya futbol klubudur. Klub hal-hazırda K Liqası Çelencdə (İkinci Diviziya) mübarizə aparır. Seul E-Lənd 14 aprel 2014-cü ildə Seulda liqanın ikinci futbol klubu kimi yaradılmışdır. Klub E-Lənd Qrup tərəfindən maliyyələşdirilmişdir. Klub öz ev oyunlarını Seul Olimpiya Stadionunda keçirir. Klub 2014-cü ildə Vankuver Vaytkaps klubunun baş məşqçisi MArtin Renni ilə müqavilə imzalamışdır.
La La Lend (film, 2016)
La La Lend (ing. La La Land) — ssenari müəllifi və rejissoru Demyen Şazel olan, əsas rolları Rayan Qoslinq, Emma Stoun, Con Lecend və Rozmari Deuittin canlandırdığı, 2016-cı ildə romantik musiqili komediya-drama janrında çəkilmiş ABŞ filmidir. Filmdə musiqiçi və yeni fəaliyyətə başlayan aktrisanın Los-Ancelesdə görüşüb bir-birlərinə aşiq olmalarından bəhs edilir. Filmin adı həm hadisələrin baş verdiyi şəhərə, həm də reallıqdan uzaq anlamlı idioma işarədir. Şazel ssenarini hələ 2010-cu ildə yazsa da, onun yaradıcılıq ideyalarını sıxışdırmadan maaliyyələşdirməyə razılaşacaq studiya tapmaqda çətinlik çəkirdi. 2014-cü ildə çıxarılmış "Qamçı" filminin uğur qazanmasından sonra, layihə "Summit Entertainment" tərəfindən qəbul edilmişdir. "La La Lend" filminin premyerası 31 avqust 2016-cı ildə Venesiya Film Festivalında baş tutmuş, film ABŞ-də 9 dekabr 2016-cı ildə, Azərbaycanda 12 yanvar 2017-ci ildə təqdim edilmişdir. $30 milyon büdcəsi olan film, ümumilikdə $132 milyon gəlir gətirmişdir. Çıxarıldığı dövrdən başlayaraq təriflənən "La La Lend", 2016-cı ilin ən yaxşı filmlərindən biri kimi dəyərləndirilmişdir. Tənqidçilər tərəfindən Şazelin ssenarisi və rejissor işi, Stoun və Qoslinqin aktyor işi, Castin Hurvitzin orijinal film musiqisi və musiqi nömrələri yüksək qiymətləndirilmişdir.
Lendava
Lendava (mac. Lendva, alm. Lindau‎) — Sloveniyanın Prekmure regionunda yerləşən şəhər. 1955-ci ildə şəhərin adı Dolnja Lendavadan Lendavaya dəyişdirilmişdir. Sloveniyada macarların məskunlaşdığı əsas mərkəzlərdən biridir. Memar İmre Makoveç tərəfindən inşa edilən Macarıstan İcma Mərkəzi və teatrı ilə məşhurdur. == Demoqrafiyası == 2002-ci il siyahıyaalınmasına əsasən, şəhərdə əhali aşağıdakı dillərdə danışır: Sloven dili 5,516 (49.47%) Macar dili 4,390 (39.37%) Digər Avropalılar və başqaları 1,245 (11.16%) Ümumi 11,151 == Tarixi == Alsólendva 1918-ci ilə kimi Macarıstan Krallığında Zala əyalətində yerləşən bölgə idi. 1941-1945-ci illərdə yenidən Macarıstanın tərkibinə daxil edildi. == Yəhudilərin icması == 18-ci əsrdə şəhərin siyahıyaalınmasına əsas burada iki yəhudi tacirin olduğu müəyyənləşmişdir. Həmin siyahıyaalınmada şəhərin ərazisində yəhudi əsilli tacirlərin, hüquqşünasların, həkimlərin yaşadığını görmək olar.
Lends End
Lends End burnu (ing. Land's End) — Böyük Britaniyanın cənub-qərb hissəssində yerləşən burun. Lends End Kornuollun qərbində, Sennen kəndi ərazisində, Penzansdan 13 km aralıda yerləşir. Burundan qərbdə elədə böyük olmayan Silli arxipelaqı və Lonqşips qayaları yerləşir. Burundan 5 km şərqdə Lends End hava limanı vardır. Lends Enddən Con-о'Qrotsa olan məsafə 1349 km-dir.
Lendə
Lendə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Lendə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,540 nəfər və 1,991 ailədən ibarət idi.