Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
MOWAG Piranha
MOVAG Piranya (alm. MOWAG Piranha‎) İsveçrənin MOWAG şirkəti tərəfindən yaradılmış Zirehli döyuş maşını. 2010-cu ildən sonra, ABŞ-nin General Dynamics şirkətinə məxsusdur. Maşının 4 × 4, 6 × 6, 8 × 8 və 10 × 10 formaları var. Maşının zirehli personal daşıyıcısı, piyadaların döyüş maşını, döyüş kəşfiyyatı vasitəsi, kəşfiyyat maşını, komanda qərargah maşını, zirehli bərpa maşını və təcili yardım maşını variantları var. MOWAG Piranya zirehli texnikası 20-dən çox ölkənin ordusuna xidmət göstərir və bir sıra xarici şirkətlər tərəfindən lisenziya ilə istehsal olunur. İstehsal olunan və sifariş siyahısına daxil edilən Piranya maşınlarının ümumi sayı 10.700-dən çoxdur. == Hazırlanması == Piranya maşınları 1970-ci illərin əvvəllərində İsveçrənin MOWAG konstruksiya idarəsi tərəfindən hazırlanmışdır. Hazrılanmasında məqsəd, müxtəlif təyinatlı hərbi maşınların yaradıla biləcəyi universal şassiyə malik bir maşını yaratmaq olub. Piranya maşınları 4x4, 6x6, 8x8 və 10x10 təkər formulunda hazırlana bilir.
MOO
MOO (ing. Multi-user Object Oriented) texnologiyaları MOO texnolologiyaları obyekt yönümlü çoxistifadəçilərin qısaldılmışıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOO-nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san sürətli modemlərlə də işləmək olar.
Moe
Moe (萌え, «cazibə, dəlicəsinə sevgi») — otakuların jarqon sözü. Manqa, anime və ya videooyun qəhrəmanına fetiş dərəcəsində fanatlıq deməkdir. Məsələn, meqanekko-moe (眼鏡っ娘萌え, «eynəkli qıza moe») termini insanın eynəkli qızlardan xoşu gəldiyini bildirir. Sonradan bu söz hər hansı bir hobbi və qeyri-seksual fetiş mənasını daşımağa başladı, məsələn, tetsudo-moe (鉄道萌え, «dəmiryolu» + «moe») — dəmiryolu ilə maraqlanmaq.
Mol
Mol — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarına deyilir. Bu ifadədən görünür ki, karbonun molyar kütləsi 12 q/mol-dur. Mol BS-də 1971-ci ildən başlayaraq əsas yeddi vahiddən biri olub, maddə miqdarının vahididir. Bütün maddələrin 1 molunda 6,023·1023 sayda molekul olur. Şimali Amerikada hər il 23 oktyabr 1991-ci ildən etibarən səhər 6:02-dan, axşam 6:02-yə kimi "Mol günü" keçirilir. Əsas səbəbi isə məhz həmin gün Avoqadro ədədinin (NA=6,023·1023mol−1) hesablanmasıdır. == Düsturlar == v = m M {\displaystyle \mathrm {v={\frac {m}{M}}} } Müəyyən kütləli maddənin neçə mol olduğunu tapmaq üçün həmin kütləni ( m ) {\displaystyle ({m})} maddənin molyar kütləsinə ( M ) {\displaystyle ({M})} bölmək lazımdır. v = V V m {\displaystyle \mathrm {v={\frac {V}{V_{m}}}} } Müəyyən həcmdə verlmiş qazın neçə mol olduğunu tapmaq üçün həmin həcm ( V ) {\displaystyle ({V})} molyar həcmə ( V m ) {\displaystyle ({V_{m}})} bölmək lazımdır. v = N N A {\displaystyle \mathrm {v={\frac {N}{N_{A}}}} } Müəyyən sayda hissəciyin neçə mol olduğunu tapmaq üçün həmin sayı ( N ) {\displaystyle ({N})} Avoqadro ədədinə ( N A ) {\displaystyle ({N_{A}})} bölmək lazımdır.
Moz
Moz (Dərələyəz)
Mon
Mon — soyad. Mon Hyan-Ja — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Kyon-Ha — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Pil-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu.
"Wow!" siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. == Texniki detallar == Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
Emre Mor
Əmrə Mor (d. 24 iyul 1997, Brøsøj, Danimarka) — Türkiyəli futbolçu. Mövqeyi yarımmüdafiəçi olan Əmrə Mor, Türkiyə Super Liqasında çıxış edən Fatih Karagümrük klubunda forma geyinir. Əmrə Mor 2016-cı ildən Türkiyə yığmasının uğurları üçün çalışır. Türkiyə yığmasında 8 oyunda meydana daxil olan Əmrə Mor, 2016-cı ildə Fransada baş tutan UEFA Avropa Çempionatında da mübarizə apardı. == Həyatı == Əmrə Mor 24 iyul 1997-ci ildə Danimarkanın Brøsøj şəhərində immiqrant ailəsində anadan olub. Atası əslən Türk, anası isə əslən Makedoniyalıdır.Atası əslən Türkiyənin Uşak vilayəti,Sivaslı mahalı,Tatar qəsəbəsindəndir. == Komanda karyerası == === Norşellann FK === 28 noyabr 2015-ci il tarixində Əmrə Mor "Ranners FK" ilə baş tutan Danimarka Liqası oyununun 84-cü dəqiqədə meydana daxil olaraq, birinci oyununa çıxdı. 28 fevral 2016-cı ildə "Viborg FF" ilə keçiriən oyunda Əmrə Mor karyerasında birinci qolunu atdı. 2015/2016 mövsümündə 13 oyunda meydana daxil olan Əmrə Mor 2 qol atdı və 2 qolun ötürməsini verdi.
Kasia Mos
Katarjina "Kasia" Mos (pol. Katarzyna "Kasia" Moś, d. 3 mart 1987, Ruda Slyoska, Polşa) — Polşa müğənnisi, bəstəkarı və rəqqasəsi. O, 2011-ci ildə Amerikanın məşhur The Pussycat Dolls qrupunun üzvü olmuşdur. 2012-ci ildə Kasia Polşanın Must Be the Music musiqi yarışmasında iştirak edərək, üçüncü yeri qazanmışdır. Müğənni "Flashlight" mahnısı ilə Polşanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kasia Mos 3 mart 1987-ci ildə Polşanın Ruda Slyoska şəhərində, Aukso orkestrinin dirijoru Marek Mosun ailəsində dünyaya göz açmışdır. Erkən yaşlarından musiqi ilə maraqlanan Kasia Polşanın Bıtom şəhərində yerləşən Frederik Şopen adına musiqi məktəbində təhsil almış və orada violonçel və pianoda ifa etməyi öyrənmişdir. O eyni zamanda Katovitse şəhərində yerləşən Karol Şımanovski adına musiqi akademiyasında caz və müasir musiqi janrında təhsil almışdır. Musiqi karyerasına başlamazdan öncə Kasia 15 yaşında ikən vokal dərsləri almağa başlamışdır.
MOV (informatika)
MOV - 1. (metal oxide varistor) elektron avadanlıqları gərginliyin ani sıçrayışından qorumaq üçün istifadə olunan elektron komponent. 2. Assembler dillərinin (ASSEMBLER LANGUAGE) əksəriyyətində “move” komandasının abreviaturası. Arqumentlərin ardıcıllığı dildən asılıdır: Intel prosessorlarında MOV 7,8 komandası 8 qiymətinin 7 yerinə yerləşdirilməsini bildirir; Motorola prosessorlarında isə həmin komanda 7 qiymətinin 8 yerinə yerləşdirilməsini göstərir. 3. QuickTime proqramında filmlər üçün istifadə olunan fayl formatı == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
MOY-Tranzistorlar
Metal oksid yarımkeçirici sahə effekti tranzistoruları (MOYSET) — elektron siqnalları dəyişmək və gücləndirmək üçün istifadə olunan tranzistor. MOYSET rəqəmli və analoq sxemlərin hər ikisində ən əsas tranzistordur. == Tərkibi == Adətən alternativ yarımkeçirici silisiumdur, ancaq bəzi çip istehsalçıları, xüsusən, IBM və Intel son zamanlar silisium və germaniumun kimyəvi birləşmələrindən istifadə etməyə başlayıb.
Mif Mol
Mif Mol - cazmen == Həyatı == 1898-ci ildə Nyu-Yorkda anadan olmuş İrvinq Milfred Mol stilistika baxımından Kid Orinin tam əksi idi. Onlar hər ikisi diksilend formatında ifa etsələr də, Orinin ifa üslubu bir qədər çılğın və kobud təsir bağışlayırdı, Molun üslubu isə səsin daha parlaq olması ilə seçilən, texniki cəhətdən daha mükəmməl ifa idi. Bundan əlavə, Ori qlissando və "diş qıcırtma" priyomlarındgan gen-bol istifadə etdiyi halda Mol bu priyomlardan imtina edirdi. Molun diksilend caz orkestri ilə ilk kontaktı başlananda Edvin Eddi Edvards burada çox populyar bir ifasını yazdırmışdı. Yeni səsin sehrinə düşmüş Mol bu orkestrin Nyu-Yorkdakı çıxışlarını daim izləyirdi. Az sonra o özü də bu orkestrin ifasında eşitdiklərini təqlid etməyə başladı. Nyu-Yorkdakı bir qrup başqa musiqiçi ilə birlikdə Mol müxtəlif adlar altında yüzlərlə melodiyanı "Memfis beş" və "Ladın qara tuzları" adı ilə yazdırmışdır. Sonuncu melodiyanın belə adlanması qaradərili əhali üçün marketinq mülahizələri ilə bağlı idi. Mol bir sıra başqa orkestrlərlə, o cümlədən Çarli Rendallın və Eyb Limanın kollektivləri ilə işləyəndən sonra 1925-ci ildə Red Nikolsun kornetçiləri ilə uzunmüddətli əməkdaşlığa başlayır. Beş il davam etmiş bu əməkdaşlığın bəhrəsi olaraq, "Red Nikols və onun Beş pennisi" və "Mif Mol və onun balaca mollerləri" kimi müxtəlif adlar daşıyan çoxsaylı yeni qruplar yaranmışdı.
Moh suyu
Moh suyu – Qax rayonu İlisu kəndi ərazisində, Kürmükçayın sol sahilində termal bulaqdır. == Ümumi məlumat == Suyun tərkibi məşhur “İlisu hamamı” ilə (kükürd-rodon tərkibli) eynidir. Suyun temperaturu isə 18-21°-yə qədərdir. Müalicə üçün istifadə edilərkən xüsusi qızdırılmış daşları vannalara salıb suyun temperaturunu artırırlar. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində çox effektlidir. İlisu termal bulaqlar kompleksinə aid edilir. Kəndə yaxın olması (1 km-ə qədər) ilin bütün fəsillərində istifadə edilməsinə imkan verir və bulağın daha qədimdən məlum olması güman edilir. Bəzən Kürmükçaya güclü sel gəldikdə “bulağın gözü” yerini dəyişir.
Moj Svijet
Moj Svijet (azərb. Mənim Dünyam‎) — Monteneqronun 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Mol (Alye)
Mol (fr. Molles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03174. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 802 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 513 nəfər (15-64 yaş) arasında 382 nəfər iqtisadi fəal, 131 fəaliyyətsiz (fəaliyyət göstərici 74.5%, 1999-cu ildə 74.5%) idi. Fəal olan 382 nəfərdən 353 nəfər (183 kişi və 170 qadın), 29 nəfəri işsiz (10 kişi və 19 qadın) idi. 131 hərəkətsiz 29 nəfər arasında şagird və ya tələbə, 64 nəfər təqaüdçü, 38 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mom (mifologiya)
Mom (yun. Μῶμος) — yunan mifologiyasında tanrı, məzhəkə, acıdil, lağaqoymanın şəxsləşdirilmiş forması. Niksin və Erebin oğlu, Hipnosun qardaşı. Afroditanı lağa qoymaq üçün onda eyib tapmadığından hirsindən çatlamışdır.
Mon-Dofen
Mon-Dofen (fr. Mont-Dauphin, oks. Montdaufin) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05082. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 142 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 92 yaşda (15-64 yaş arasında) 77 nəfər iqtisadi cəhətdən, 15 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83,7%, 1999-cu ildə 79.4%). Fəal olan 77 nəfərdən 73 nəfər (39 kişi və 34 qadın) işləyir, 4 nəfər işsizdir (2 kişi və 2 qadın).
Mon (simvol)
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Mor Yokay
Mor Yokay (mac. Jókai Mór; 18 fevral 1825[…], Komarno – 5 may 1904[…], Budapeşt) — Macarıstan dramatisti, romançı və inqilabçısı. Peşt şəhərində 1848-ci ildə başlanan Macarıstan Liberal İnqilabının fəal iştirakçısı və lideri olmuşdur. Yokayın romantik üslubda yazılan romanları Viktoriya dövründə İngiltərənin elit təbəqələri arasında məşhurlaşdı; ingilis mətbuatında onu Çarlz Dikkens ilə müqayisə edirdilər. Onun ən məşhur pərəstişkarlarından və heyranlarından biri də elə Kraliça Viktoriyanın özü idi. == Həyatı == Macarıstan krallığının Komarom (hazırda Slovakiyanın Komarno şəhəri) şəhərində anadan olmuşdur. Atası Jozef qədim Yokay ailəsinin Asva qolunun nümayəndəsi idi. 12 yaşı olarkən atasının vəfat etməsindən sonra ailəsi Mordan atasının sənətini davam etdirməsini istədi. Beləliklə, Mor hüquq sənətinə yiyələndi və hüquqşünas kimi ilk işində uğur qazandı. == Fəaliyyəti == === Əsərləri === "Hétköznapok" (Weekdays), 1846 "Vadon virágai" (Flowers of the Wild) 1848 — short stories "Forradalmi és csataképek" (Pictures of Revolution and Fight), 1850 (in English: Hungarian Sketches in Peace and War — a selection by Imre Szabad, 1854) (**) "Erdély aranykora" (The Golden Age of Transylvania), 1852 (in English: Midst the Wild Carpathians — translated by R. Nisbet Bain, 1894) (**) "Török világ Magyarországon" (Turkish World in Hungary), 1852 (in English: The Slaves of the Padishah — translated by R. Nisbet Bain, 1902) (**) "A kalózkirály" (The King of the Pirates), 1852–53 (in English: The Corsair King — translated by Mary J. Safford, 1901) (***) "Egy magyar nábob" (A Hungarian Nabob), 1853 (in English: An Hungarian Nabob — translated by R. Nisbet Bain, 1898) (**) "A fehér rózsa" (The White Rose), 1854 (in English: Halil the Pedlar — translated by R. Nisbet Bain, 1901) (**) (film: 1919) "Janicsárok végnapjai" (The Last Days of the Janissaries), 1854 (in English: The Lion of Janina — translated by R. Nisbet Bain, 1897) (**) "Kárpáthy Zoltán" (Zoltán Kárpáthy), 1854 (film: 1966) "Szomorú napok" (Sad Days), 1848–56 (in English: The Day of Wrath — translated by R. Nisbet Bain, 1900) (**) "A régi jó táblabírák" (The Good Old Justices), 1856 "Az elátkozott család" (Doomed Family), 1858 "Szegény gazdagok" (Poor Rich), 1860 (in English: Poor Plutocrats — translated by R. Nisbet Bain, 1899) (**) "Politikai divatok" (Political Fashions), 1862 "Az új földesúr" (The New Squire), 1863 (in English: The New Landlord — Translated by Arthur J. Patterson, 1868) (**) "Felfordult világ" (An Upturned World), 1863 "Mire megvénülünk" (By the Time We Grow Old), 1865 (in English: Debts of Honor [1] — translated by Arthur B. Yolland, 1900) "Szerelem bolondjai" (Maniacs of Love), 1868 "A kőszívű ember fiai" (The Heartless Man's Sons), 1869 (in English: The Baron's Sons — translated by Percy Favor Bicknell, 1900) (**) (film: Şablon:Interlanguage link multi) "Fekete gyémántok" (Black Diamonds), 1870 (in English: Black Diamonds — translated by Frances Gerard [Geraldine Fitzgerald], 1896) (**) "Eppur si muove — És mégis mozog a Föld" (And Yet It Moves), 1872 "Az arany ember" (The Golden Man), 1872 (films: 1936, 1962, 2005) English translations published: Timar's Two Worlds — translated by Hegan Kennard, USA, 1888; Modern Midas; The Man with the Golden Touch "A jövő század regénye" (The Novel of the Next Century), 1872–74 (A Novel of the Coming Century) * "Enyim, tied, övé" (It's Mine, It's Yours, It's His), 1875 "Egész az északi pólusig!" (Up to the North Pole!), 1875 "Az élet komédiásai" (Comedians of the Life), 1876 "Egy az Isten" (God is One), 1876 (in English: Manasseh — translated by Percy Favor Bicknell, 1901) (**) "Névtelen vár" (Nameless Castle), 1877 (in English: The Nameless Castle — translated by Sarah Elisabeth Boggs, 1898) (**) "Szép Mikhál" (Pretty Mikhál), 1877 (in English: Pretty Michal — translated by R. Nisbet Bain, 1891) (**) "Görögtűz" (Greek Fire), 1877 "Rab Ráby" (Ráby the Prisoner), 1879 (in English: The Strange Story of Ráby — anonymous, 1909) (**) "Egy hirhedett kalandor a 17.
Mor dili
Mor dili — Malidə Mor qəbiləsinin danışdığı dil. == Mənbə == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Mor qəbiləsi
Mosilər və ya Morlar —Şimali Afrikada xalq. Onlar Mor dilində danışırlar. == Tarix == XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Ümumi məlumat == Özlərini daqari, birifor. nankanse, kusasi, mamprusi və başqa adlarla adlandırırlar. More dilində danışırlar. Dinləri İslamdır. Bir hissəsi xristiandır. Əsasən, əkinçilik, həmçinin heyvandarlıqla məşğul olurlar. == Həmçinin bax == Bambara qəbiləsi == İstinadlar == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh.
Mos maiorum
"Mos maiorum" (Latınca tələffüz: [ˈmoːs majˈjoːrʊ̃]; "ata-baba adət") — qədim romalıların sosial normalarını əldə etdikləri yazılmamış kodeks. Bu, Roma ənənəçiliyinin əsas konsepsiyasıdır. Yazılı hüquqdan fərqlidir, lakin onu dinamik şəkildə tamamlayır. "Mos maiorum" kollektiv olaraq Qədim Romada şəxsi, siyasi və hərbi həyata təsir edən zamanla tanınan prinsiplər, davranış modelləri və sosial təcrübələr idi.
Moz (Dərələyəz)
Moz, Mozrov — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Moz kəndi Arpa çayının cənub qolu boyu Keşkənddən Əzizbəyova (Soylana, Paşalıya) və İstisuya (Cermuxa) gedən şose yolunun üstündə yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Mor kimi qeyd edilmişdir. Toponimdə r~z səsdəyişməsi baş vermişdir ki, bu da Azərbaycan dilində qanunauyğun haldır. Erməni mənbələrində Mozrov formasında da qeyd edilir. Toponim qədim türk dilində «ağ, çal, boz, bozumtul» mənasında işələnən moz sözündən əmələ gəlmişdir. Görünür, kəndin yerləşdiyi ərazinin torpağı boz, bozumtul rəngdə olmuşdur. Moz sözü böz sözünün fonetik formasıdır. Türk dillərində b~m səsəvəzlənməsi də qanunauyğundur: bən~mən, buna-muna və s. Ona görə də kəndə relyefə uyğun olaraq Moz adı verilmişdir.
Moz (Kəlbəcər)
Moz, Mozkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Moz kəndi Moz çayının sahilində, dağlıq ərazidədir. XIX əsrə aid sənədlərdə kəndin ərazisi qışlaq yeri kimi qeydə alınmişdir. Yaşayış məntəqəsində sonralar indiki Laçın rayonunun Pircan və keçmiş Muncuqlu kəndlərindən köçmüş ailələr məskunlaşmişdir. Yerli məlumata görə, keçmişdə buraya Xaraba Moz deyilirmiş. Kəndin ərazisindəki maddi-mədəniyyət qalıqları burada qədim yaşayış məskəni olduğunu göstərir. Keçmişdə Şərur-Dərələyəz qəzasında Moz adlı kənd və şəhər xarabalıği qeydə ahnmişdir. Tovuz rayonu ərazisində da Moz kəndi mövcud olmuşdur. Antik müəlliflərdən Ptolomeyin (II əsr) “Coğrafi təlimnamə” əsərində Qafqaz Albaniyasi ərazisində Moziata yaşayış məntəqəsinin adi çəkilir.
Moz şəhəri
Moz şəhəri — Dərələyəz mahalı Moz şəhəri 735-ci ildə zəlzələ nəticəsində dağılıb, burada o qədər əhali ölüb ki, sağ qalanların ahnaləsi, vay-şivəni ərşə bülənd olub. O vaxtdan da bu dərənin adı “Vay dərəsi” kimi yaddaşlara yazılıb. (Moz şəhərinin xarabalıqları Məlikşah kəndi ilə Söylan qəsəbəsinin arasında, Arpaçayın sağ sahilində yerləşirdi, İrəvana gedən magistral yol buradan keçirdi).
Moş Krakiun
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.